Abay Kunanbayevin "İşıq varsa könüldə..." kitabına Ön söz... - Cavanşir FEYZİYEV
Mədəniyyət
Oxunub: 241
10:58, Bu gün
Abay Kunanbayevin
Qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Abay Kunanbayevin bütün külliyyatını özündə əks etdirən "İşıq varsa könüldə..." kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir. "İşıq varsa könüldə..." kitabının rəyçiləri Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı xanım Raimkulova, Kostanay Dövlət Universitetinin professoru Akılbek Şayaxmet və Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidlidir. Layihənin rəhbəri, Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı Ön sözdə Abay Kunanbayevin yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edərək, Abay Kunanbayevin qazax xalqının milli dirçəlişi uğrunda mübarizəsinin Mirzə Fətəli Axundzadənin mövqeyi ilə yaxından səsləşdiyini vurğulayır.
Hər bir xalqın taleyində elə şəxsiyyətlər var ki, onların adı xalqın adı, milli-mənəvi kimliyi kimi səslənir. Belə adamlar mənsub olduqları xalqın simvolu - pasportu hesab olunurlar. Məsələn: Şekspir deyəndə gözlərimiz önündə ingilislər, Robert Börns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Şota Rustaveli deyəndə gürcülər, Taras Şevçenko deyəndə ukraynalılar canlanır. Qazax xalqından danışanda isə, yada düşən ilk böyük şəxsiyyət Abay Kunanbayev olur. Bu xalqın özü də varlığını Abaysız təsəvvür edə bilmir. Avrasiyanın nəhayətsiz ərazilərinə yayılmış çoxsaylı qazax tayfaları Abay işığına yığışaraq vahid bir xalq, millət halına gəldiklərini etiraf edirlər. Çox az sayda şairlər var ki, öz xalqı tərəfindən Abay qədər sevilir və yada salınır.
 
Təkcə ana vətəni Qazaxıstanda deyil, bütün türk dünyasında şəxsiyyəti böyük sevgiylə anılan, yaradıcılığı rəğbətlə qarşılanan qazax xalqının böyük şairi, mütəfəkkiri, bəstəkarı, maarifçisi, yazılı qazax ədəbiyyatının banisi Abay Kunanbayev 1845-ci ildə Semey (əski Semipalatinsk) vilayətində, Tobıklı nəslinin başçısı Kunanbay Oskenbayevin ailəsində dünyaya gəlib.  Arqın tayfasından olan Kunanbay rus rəhbərliyinin müəyyən etdiyi Karkaralı dairəsinin baş sultanı vəzifəsini daşıyırdı, bu vəzifənin sahibləri ərazidə inzibati və məhkəmə hakimiyyətinə malik idilər. Abayın əsl adı İbrahim olub, Abay isə nənəsi Zereninin ona əzizləmə mənasında verdiyi addır. O nənəsinin verdiyi bu adı 1886-cı ildə qələmə aldığı "Yay" şeirində  ilk dəfə ədəbi təxəllüs olaraq işlətməklə, qazax xalqının tarixi-mənəvi yaddaşına "Abay" kimi öz adını həkk edib.
 
Həyatda və əsərlərində ictimai ədalətsizliklərə qarşı çıxmış Abay Kunanbayev xalqın nicat yolunu maariflənməkdə, milli-mənəvi özünüdərkdə axtarmışdır. Buna görə də hakim təbəqələr tərəfindən təqib olunmuş, hətta ona qarşı sui-qəsd təşkil edilmişdir. Sui-qəsddən xilas olmaq mümkün olsa da, ümumiyyətlə təzyiqlərdən yaxa qurtara bilməmişdir. Hakim təbəqələr onu cəmiyyətdən təcrid etmək, təkləmək, xalqın gözündən salmaq üçün müxtəlif təxribatlara əl atmaqdan çəkinməmişlər. Buna baxmayaraq, Abay Kunanbayev akın poeziyası, yəni xalq şeiri ruhunda poeziya nümunələri yaratmaqla ölkəsini və doğma xalqını cəmiyyətdə gedən prosesləri dərk etməyə çağırmışdır.
 
Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxsaylı lirik və satirik şeirlərin, lirik-epik poemaların və maarifçi-realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.
 
Abay Kunanbayev,  ilk növbədə, şair kimi şöhrət qazanmışdır. Qazax ədəbiyyatında XVIII əsrdən başlanmış xalq akın poeziyası ənənələrinin genişlənməsi və yazılı poeziyada xəlqiliyin qüvvətlənməsinə təsir göstərməsi proseslərinin dalğasında ədəbiyyata qədəm qoymuş sənətkar  öz ölkəsində yeni ruhlu şeirin əsas yaradıcılarından biri kimi ədəbiyyat meydanına gəlmişdir. Azərbaycan ədəbiyyatında olduğu kimi, XIX əsr Qazax ədəbiyyatında, o cümlədən, Abayın əsərlərində də maarifçiliklə xəlqilik üzvi surətdə bir-birini tamamlamış və qüvvətləndirmişdir.
 
Abay Kunanbayevin qazax xalqı arasında "Qara söz" kimi tanınan dərin məzmunlu kitabı mənsub olduğu xalqı ağ günə çıxarmaq uğrunda mübarizəyə ruhlandıran mühüm maarifçi-didaktik çağırışlardan ibarətdir.
 
Göründüyü kimi, Abayın şeirlərində öz əksini tapmış ictimai mətləblər XIX əsr Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadədən, Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və maarifçi problemlərlə yaxından səsləşir. Bu şeirlərdə didaktikadan maarifçi realizmə doğru ciddi bir yolun ibrətamiz məqamları ifadə olunmuşdur.
 
Qazax tayfalarının parçalanması ilə bağlı vətəndaş narahatlığı Abayın əsərlərində aparıcı xətlərdən birini təşkil edir. Bu məqamda Abay xalqının dərdlərini dərindən başa düşən, birləşmək üçün ona çarə axtaran və yol göstərən mütəfəkkir şair kimi çıxış edir.
 
"İsgəndər", "Maqsud" və "Əzim haqqında nağıl" poemaları XIX əsrdə qazax ədəbiyyatında meydana çıxmış mənzum hekayətçiliyin poemaya doğru inkişafını əks etdirən yeni tipli bədii əsərlərdir. Şeirlərində cəhaləti və ədalətsizliyi poetik cəhətdən ümumiləşdirilmiş şəkildə mənalandıran Abay poemalarında həmin motivləri canlı və ibrətamiz həyat hadisələri vasitəsi ilə təsvir etmişdir. Bu poemalar qazax ədəbiyyatını didaktik maarifçilik səviyyəsindən maarifçi-realist ədəbiyyat mərtəbəsinə qaldırmağın bariz nümunələridir. Bu, XIX əsrdə türk xalqları ədəbiyyatının, o cümlədən, qazax ədəbi fikrinin gəlib çatdığı mühüm bir mərhələ idi.
 
Abay Kunanbayevin yaradıcılığının zirvəsi "Əqliyyə" romanı hesab olunur. "Əqliyyə" romanında məşhur hind ədəbi abidəsi "Kəlilə və Dimnə" müdrikliyi ilə Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə məktubları" fəlsəfi traktatındakı tənqidi ruh vəhdətdə ifadə olunmuşdur. "Əqliyyə" romanı Abayın əxlaq nəzəriyyəçiliyindən maarifçi realizmə doğru təkamül proseslərini bütün reallığı ilə əks etdirir. Bu, ümumi nəsihətçilikdən uzaq olub, cəmiyyətdə baş verən hadisələrdən, ictimai münasibətlərdən çıxarılan ümumiləşdirilmiş nəticələri meydana qoyan, çıxış yollarını diqqətə çatdıran mükəmməl sənət nümunəsidir. Bu mənada, XIX əsr qazax nəsrinin şah əsəri olan "Əqliyyə" romanı dünya maarifçi-realist ədəbiyyatının mühüm və əhəmiyyətli örnəklərindən biri sayılmağa layiqdir.
 
Abay Kunanbayevin "Qara söz" adlandırdığı "Əqliyyə" romanı böyük və müdrik söz kimi qazax xalqını ağ günə çıxarmağın ibrətamiz dərsləri və çağırışlarıdır. Bu əsər bir daha sübut edir ki, Abay qazax maarifçilik hərəkatının ən böyük ideoloqu olmuşdur. O, cəmiyyətin inkişafını sosial ədalətin təmin olunmasında, idrak yolunda və elmə yiyələnməkdə axtarmışdır. Əsərlərindəki didaktik-maarifçi ideyalar böyük mütəfəkkirin əsas qayəsini və məramını ifadə edən baxışların təcəssümüdür.
 
Bütün bunlara görə, Abay Kunanbayev indiyədək ədəbiyyatşünaslıq əsərlərində qeyd edildiyi kimi, heç də tənqidi realizmin yox, qazax ədəbiyyatındakı maarifçi realizmin görkəmli nümayəndəsi və əsas yaradıcılarından biridir.
 
Abay Kunanbayevin həyatı və yaradıcılığını Azərbaycanla bağlayan xeyli məqamlar vardır. Belə ki, Abayın ədəbi dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin mühüm rolu olmuşdur. Əsərlərindən də aydın görünür ki, Abay XIX əsrin yetmiş-səksəninci illərində Orta Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin dram əsərləri və fəlsəfi baxışlarını əks etdirən "Kəmalüddövlə məktubları" fəlsəfi traktatı ilə də tanış imiş.
 
Tərcümeyi-halından aydın olur ki, Abayın dünyagörüşünün formalaşmasında Qərb mədəniyyəti və Şərq ədəbiyyatı ilə yanaşı, zəngin ənənələrə malik rus ədəbiyyatının da böyük rolu olmuşdur. "Əqliyyə" romanında müşahidə edirik ki, Abay tarix baxımından və coğrafi ərazi etibarilə Qazaxıstana yaxın olan Rusiya ilə əlaqələri, rus dili və mədəniyyətini öyrənməyi öz dövrü üçün faydalı hesab etmişdir. Abay  rus dili və maarifçiliyinə yiyələnməyi o zamankı feodal geriliyindən inkişafa doğru mühüm addım kimi dəyərləndirmişdir: "Rus dilini öyrənmək, rus məktəblərində oxumaq, rus elminə yiyələnmək bu xalqın ən yaxşı keyfiyyətlərini mənimsəməyə və onun nöqsanlarından uzaq olmağa imkan yaradır. Rus dilini bilmək - gözüaçıq dünyanı görməkdir. ...Rus elmi və mədəniyyəti dünyanı dərk etməyin açarıdır. Onlara yiyələnməklə xalqımızın həyatını xeyli yüngülləşdirmək olar".
 
Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Abay Kunanbayevin fəaliyyətində tərcüməçilik  özünəməxsus yer tutur. O, rus ədəbiyyatı klassiklərinin əsərlərini qazax dilinə tərcümə etməklə, həm öz xalqını Aleksandr Puşkin və Mixail Lermontov kimi böyük sənətkarların əsərləri ilə tanış etmək istəmiş, həm də onların əsərlərindəki ibrətamiz, tərbiyəvi, maarifçi fikirləri cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Abayın rus ədəbiyyatından tərcümə üçün müraciət etdiyi bədii nümunələr maarifçi-didaktik fikirlərin və vətənpərvərlik duyğularının geniş üstünlük təşkil etdiyi əsərlərdir. Abay Aleksandr Puşkinin "Yevgeni Onegin" poemasını çox sevmiş, bu əsərin bir çox hissələrini əzbər söyləməklə qazax xalqı arasında yaymışdır. O, "Yevgeni Onegin" poemasındakı Tatyananın məktublarından  seçilmiş parçalardan mahnı mətni tərtib etmiş və onun əsasında musiqi əsəri bəstələnmişdir.
 
Ümumiyyətlə, Abay musiqi və nəğmənin böyük təsir gücündən maarifçi məqsədlərini xalqa çatdırmaq üçün bacarıqla istifadə etmişdir. O, məşhur qazax akını Cambul Cabayevlə dostluq edərək onun oxuduğu mahnıları dinləmiş və yüksək qiymətləndirmişdir.
 
Abayın bəstələdiyi mahnılar el-akın nəğmələri kimi səslənir və xalq tərəfindən rəğbətlə qarşılanır. Onun mahnıları bu gün də milli-mənəvi özünüdərk baxımından mühüm əhəmiyyətə malikdir. Abay Kunanbayevin sözlərinə bəstələnmiş mahnılar doğma xalqını aydın sabahlara səsləyən nəğmələrdir.
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazax ədəbiyyatının görkəmli klassiki Abay Kunanbayevin anadan olmasının 125 və 150 illik yubileylərində iştirak və çıxış etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev  Abayın yaradıcılığına həmişə yüksək qiymət vermişdir: "Abay, onun yaradıcılığı... qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var. Bununla yanaşı, o bütün bəşəriyyətə, eyni zamanda  Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk".
 
Abay Kunanbayevin həyat yolu haqqında Muxtar Auezov 1942-1947-ci illərdə "Abay" adlı roman yazmış, daha sonra bu əsər üzərində yenidən işləyərək  genişləndirmiş və 1952-ci ildə onu "Abay yolu" epopeyası şəklində oxuculara təqdim etdirmişdir. Muxtar Auezovun "Abay yolu" qazax xalqının milli oyanış və dirçəlişinin mükəmməl epopeyasıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov "Abay yolu" epopeyasını "türk xalqlarının ortaq estetik və sosial ensiklopediyası" adlandırmışdır. Qazax xalqının taleyində oynadığı mühüm rola, dərin ictimai məzmununa və yüksək sənətkarlıq xüsusiyyətlərinə görə Muxtar Auezovun "Abay yolu" epopeyasını görkəmli rus yazıçısı Mixail Şoloxovun "Sakit Don" trilogiyası ilə müqayisə etmək olar. Obrazlı şəkildə belə demək olar ki, Muxtar Auezovun "Abay yolu" epopeyası qazax ədəbiyyatının "Sakit Don"udur.
 
Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun "Xalqın böyük ədibi" məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar "Ağaclar quruyur qocalar kimi" adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır.
 
Abayın yaradıcılığında Azərbaycan klassik ədəbiyyatı motivləri və müasiri olmuş azərbaycanlı şair və yazıçıların yaradıcılıq idealları ilə səsləşən şeirləri təhlil edən Anar doğru olaraq belə qənaətə gəlmişdir ki: "Azərbaycan türkləriylə qazaxların dərdləri, bəlaları da dilləri və taleləri kimi yaxın idi. Odur ki, bu xalqların şairləri də eyni oda yanırdılar". Həqiqətən, Abayın qazax xalqının oyanışı və dirçəlişi uğrunda apardığı mübarizə Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ilə başlanan və mollanəsrəddinçilərə qədər davam edən maarifçi-demokratik hərəkatı təmsil edən görkəmli şair və yazıçıların baxışları və fəaliyyəti ilə səsləşir, "eyni oda yanmağın" fəlsəfəsi ilə doğmalıq təşkil edir.
 
Abay Kunanbayev Azərbaycan ədəbiyyatşünaslığında "qazax ədəbiyyatının dan ulduzu" (Pənah Xəlilov) və "bədii söz nəhəngi" (Xəlil Rza) kimi yüksək qiymətləndirilmişdir. Ölkəmizdə çap olunmuş kitablar və məqalələr Azərbaycan elminin və ədəbi-ictimai fikrinin dünya Abayşünaslığına əhəmiyyətli töhfələridir.
 
Böyük qazax mütəfəkkiri və şairi Abayın əsərləri dünyanı ədalətə, insanlığa, bərabərliyə, dostluğa, həmrəyliyə çağırır. Abayın yolu - milli-mənəvi birlik və müstəqillik uğrunda mübarizə aparan xalqların ortaq tale yollarının bədii ifadəsidir. Bütün bunlara görə Abay Kunanbayevin yaradıcılığı ortaq taleyi paylaşan Azərbaycan üçün hər zaman aktual və müasirdir.
 
Dövlətimiz Bakının gözəl yerlərinin birində qazax xalqının böyük şairi Abayın əzəmətli heykəlini ucaldıb. Qoy, bu kitab da dövlətimiz adına böyük şairə həsr olunan növbəti abidə olsun!
 
 
Ədəbiyyat Qəzeti
Oxşar xəbərlər
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxşıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
13:06, Bu gün
“Son bir ayda 3-4 təklif gəlib, amma istəmirəm çəkilim, çünki..” - Xalq artistindən özünə QADAĞA - ÖZƏL + FOTO
12:59, Bu gün
Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
12:55, Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ
12:50, Bu gün
Maqnit qasırğası yenidən Yeri bürüyəcək
12:44, Bu gün
Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artırıldı - FOTO
12:38, Bu gün
Müəllimi baltalayaraq qətlə yetirən şəxs: "Mən meşədə olanda arvadıma sataşdı..."
12:32, Bu gün
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı? - FOTO
12:25, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
12:17, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
12:11, Bu gün
“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, "komsomol Cəlal" dərmanlardan şikayətləndi
12:05, Bu gün
Hakan Fidan HƏMAS-ın yeni lideri ilə görüşdü
12:01, Bu gün
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
11:59, Bu gün
Rusiyanı gözləyən strateji dalan...
11:58, Bu gün
İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
11:53, Bu gün
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
11:52, Bu gün
Zəlzələ Ermənistanla Gürcüstanı silkələdi
11:48, Bu gün
“Dedim öləcəm, amma görüşlərimdən qalib ayrılacam” - VİDEO
11:44, Bu gün
Laçının bu kəndinə köç olacaq
11:43, Bu gün
Qarışıq reallıq: cihaz gələn il təqdim ediləcək
11:39, Bu gün
Sosial yardım alanlara şad xəbər: Müddət 5 günə endirildi
11:35, Bu gün
Bu ilin sentyabrında Qarabağda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
11:30, Bu gün
Gələn həftədən təşviqat kampaniyası başlayır
11:26, Bu gün
Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür
11:24, Bu gün
Xüsusi şərtlərlə pensiya alanların sayı AÇIQLANDI
11:19, Bu gün
Abdulla Şaiqin nəticəsi: Valideynlərim həmişə bizimlə Azərbaycan dilində danışıblar
11:15, Bu gün
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
11:10, Bu gün
Cizgi filmləri uşaqların psixikasına zərər verə bilər
11:03, Bu gün
UNEC “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA təlim proqramına start verir
11:01, Bu gün
O, Ermənistanın bu məsələdə Kremlin sifarişini yerinə yetirdiyini iddia etdi...
10:58, Bu gün
Abay Kunanbayevin "İşıq varsa könüldə..." kitabına Ön söz... - Cavanşir FEYZİYEV
10:50, Bu gün
Əcnəbi rəqqaslar "Uzundərə"ni ifa etdilər: Video sosial şəbəkələrdə virus kimi yayıldı
10:46, Bu gün
IV “Yüksəliş” müsabiqəsinin qaliblərindən 10 nəfəri UNEC məzunudur
10:42, Bu gün
90 nəfər şəhid ailəsi üzvü işlə təmin olundu
10:36, Bu gün
Ən çox maaş verilən 10 ölkə
10:28, Bu gün
Azərbaycan neftinin qiyməti cüzi artıb
10:20, Bu gün
Əhaliyə xəbərdarlıq: “Bu linkləri açmayın” – VİDEO
10:12, Bu gün
Detoks pəhrizləri
10:00, Bu gün
Bərdədə gənc oğlan özünü asdı
09:53, Bu gün
COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı
09:45, Bu gün
"Nar" natiqlik çempionatının qaliblərini mükafatlandırdı
09:37, Bu gün
"Apple" cihazlarının kilidini ürək ritmi ilə açmaq mümkün olacaq
09:31, Bu gün
Bu gündən hava dəyişir - İstilər başlayır
09:26, Bu gün
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
09:24, Bu gün
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
09:23, Bu gün
Azərbaycanda 74 nəfər zəhərləndi, ölənlər var
09:17, Bu gün
Azərbaycanda naməlum vəhşi heyvan kənd sakinlərini QORXUYA SALDI - FOTOLAR
09:10, Bu gün
UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
09:02, Bu gün
12 ildən sonra 2 qızıllı Olimpiada  təkrarı - FOTOLAR
08:55, Bu gün
“Curiosity” Marsda təmiz kükürd tapdı
08:48, Bu gün
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
08:34, Bu gün
"CNN" Kamala Harrisin Rusiya ilə məhbus mübadiləsindəki rolundan danışdı...
08:30, Bu gün
Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək
08:22, Bu gün
Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir
08:17, Bu gün
2030-cu ilə qədər bu 9 şəhər suyun altında qalacaq
08:10, Bu gün
Ev heyvanını tərk edən şəxsləri 3000-ə qədər cərimə gözləyir
08:05, Bu gün
Bu bitki güclü antioksidant təsirə malikdir
07:59, Bu gün
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:07, Bu gün
Husilər də İsrailə qarşı çağırış etdi
00:06, Bu gün
Ərdoğanla Bayden arasında telefon danışığı olub
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 22:30
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 22:02
“Bu, güclü dövlətdən gələn ciddi bir təhdid deyil, bu, sadəcə milçək vızıltısıdır”
01 Aug 2024 | 21:53
Prezident və xanımı cüdoçu Zelim Kotsoyevə zəng ediblər
01 Aug 2024 | 21:44
Endokrinoloq: piylənmə şəkərli diabet və insulta gətirib çıxarır
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 21:30
"Sabah" - "Makkabi" oyununda 3-cü qol - YENİLƏNİR - VİDEO
01 Aug 2024 | 21:23
QHT Agentliyinin dəstəklədiyi layihə Binəqədi rayonunda icra olunub
01 Aug 2024 | 21:16
Qarın piylərini əridən tərəvəz
01 Aug 2024 | 21:08
"Vəziyyət gərginləşir": İran diplomatının 5 mühüm görüşü və Blinkenin təkidedici çağırışı
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
01 Aug 2024 | 20:55
“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin qalibləri elan edilib
01 Aug 2024 | 20:48
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəldi
01 Aug 2024 | 20:32
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Kino günü” ənənəvi mükafatının qaliblərini açıqladı
01 Aug 2024 | 20:16
Yatmadan əvvəl nə yemək lazımdır?
01 Aug 2024 | 20:08
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşü start götürüb
01 Aug 2024 | 19:58
Əkbər Əlizadə hava limanında DAVA ETDİ - VİDEO
01 Aug 2024 | 19:50
İşsiz qalan 5 min müəllim: onlara yenidən şans yaradılacaq?
01 Aug 2024 | 19:41
Azərbaycana 2-ci medal qazandırdı
01 Aug 2024 | 19:37
52 yaşlı aktrisa gənc görünməyin sirrini açıqladı - FOTOLAR
01 Aug 2024 | 19:30
Azərbaycan daha bir ölkəyə qaz satmağa başladı
GÜNLÜK
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 15:42
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 15:19
AXC əleyhdarları Əliheydər Qarayev, Ayna Sultanovanın və s. sonunu bu erməni gətirmişdi...
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 15:48
Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 14:26
"Ukrayna heç vaxt öz ərazilərindən imtina etməyəcək" - Zelenski
01 Aug 2024 | 14:20
Əməkdar artist vəfat etdi - FOTO
01 Aug 2024 | 14:30
Selcan Familzadə yüksək posta gətirildi
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
AYLIQ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 15:42
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 15:19
AXC əleyhdarları Əliheydər Qarayev, Ayna Sultanovanın və s. sonunu bu erməni gətirmişdi...
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 15:48
Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 14:26
"Ukrayna heç vaxt öz ərazilərindən imtina etməyəcək" - Zelenski
01 Aug 2024 | 14:20
Əməkdar artist vəfat etdi - FOTO
01 Aug 2024 | 14:30
Selcan Familzadə yüksək posta gətirildi