Bakıda ucsuz-bucaqsız yer boş qalıb: vahimə saçır…
Mədəniyyət
Oxunub: 1529
05 Jul 2024 | 08:37
Bakıda ucsuz-bucaqsız yer boş qalıb: vahimə saçır…
Bizim kinoteatrlarda niyə xarici filmlər rus, türk, indilis dillərində nümayiş olunur? Niyə xarici filmlər dublyaj olunmur, yalnız Azərbaycan dilində subtitrlərlə nümayiş edilir? Dilimizə qarşı bu qədər etinasızlıq hardan qaynaqlanır? Məsələnin mənəvi tərəfi öz yerində, bəs qanunvericilikdə bu barədə nə deyilir?
 
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində (2 bənddən ibarət Dövlət dili maddəsi) qeyd olunur:
 
“1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası dövlət dilinin inkişafını təmin edir”.
 
Konstitusiyanın bu maddəsinə yenidən qayıdacağıq. İndi isə baxaq Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa. Bu Qanunda televiziya və radio yayımlarında, xidmət sahələrində, reklam və elanlarda dövlət dilinin işlənməsinə dair maddələr olsa da, xarici filmlərin kinoteatrlarda nümayişi ilə bağlı heç nə deyilmir.
 
Kinemotoqrafiya haqqında Azərbaycan Respublikasının Qanununda da xarici ölkə istehsalı olan filmlərin kinoteatrlarda dövlət dilində nümayişi haqqında heç bir maddə yoxdur.
 
Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının 2-ci maddəsində, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9 bəndində "Xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu ilə dublyaj edilməsi" qeyd olunur.
 
Mən mövzu ilə əlaqədar xeyli sayda qanunlarla, hüquqi normativ aktlarla, çap olunmuş və internetdə açıq yayımda olan sənədlərlə tanış olmağa çalışdım. Hətta Azərbaycan Respublikasl Kino Agentliyinin Nizamnaməsini də gözdən keçirdim. Nizamnamənin 3.2.5 bəndində qeyd olunub: "Xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması və dublyaj edilməsi (o cümlədən subtitrləşdirmə üsulu ilə) ilə bağlı tədbirlər görmək”.
 
ARKA kinemotoqrafiya sahəsində dövlət siyasətini həyata keçirən qurumdur. Eyni zamanda Mədəniyyət Nazirliyinin tabeliyində kinemotoqrafiya sahəsində bütün işləri həyata keçirən və dublyaj işinə də nəzarət etməli olan publik hüquqi şəxsdir.
 
Bütün bu hüquqi sənədlərlə tanışlıqdan sonra məndə belə bir sual yarandı: Görəsən niyə ölkəmizdə xarici filmlərin dövlət dilində kütləvi nümayişinə dair qanunvericilikdə boşluqlar var? Kinemotoqrafiya haqqında, Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunlarında bu məsələ niyə öz həllini tapmayıb? Məgər kinoteatrlarda nümayiş kütləvi nümayiş deyil? Necə olur ki, televiziyalarda xarici filmlərin dövlət dilində yayımlanması qanunlarda bir mənalı şəkildə qeyd olunur, kinoteatrlarda isə kütləvi nümayişə belə tələb qoyulmur? Bunun səbəbini necə izah etməli? Axı söhbət dövlət dilindən gedir, dövlət dilinin tətbiqindən və ona olan münasibətdən gedir.
 
Düşünürəm ki, bu vəziyyətin yaranması iki səbəbdən baş verə bilər. Birincisi, bu qanunların hazırlanmasında iştirak edən mütəxəssislərin və parlamentdə müzakirə edərək bu qanunların qəbuluna səs verən deputatların məsələyə biganə yanaşması. İkinci səbəb isə xarici filmlərin Azərbaycanda prokatı ilə məşğul olan şirkətlərin lobbiçilik fəaliyyəti.
 
Dünyanın hər yerində mümkündür ki, hər hansı biznes strukturu öz maraqları naminə lobbiçilik etsin. Bu normal haldır. Amma burda söhbət dövlət dilindən gedir. Ona görə də bunu yolverilməz hal hesab edirəm.
 
Bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramında xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu ilə dublyaj edilməsi qeyd olunur. Yəni xarici filmlərin prokatı ilə məşğul olanlara imkan verilmişdir ki, on il müddətində dublyaj işini qursunlar, edilən güzəştlər hesabına maddi-texniki baza yaradaraq bu işi təşkil etsinlər. Hazırda 2024-cü ildə yaşayırıq. Hələ də Azərbaycanda dubıyaj işi təşkil olunmayıb.
 
Rəsmi sənədlərlə yanaşı mən eyni zamanda illərlə mətbuatda bu problemə həsr olunmuş xeyli sayda məqalələrlə də tanış oldum. Diqqətimi çəkən əsas məqam bu oldu ki, Azərbaycanda prokatla məşğul olan şirkətlərin hüquqşünasları Konstitusiyanın verdiyi hüquqlara uyğun fəaliyyət göstərdiklərini bildirirlır. Bəs əslində necədir?
 
Konstitusiyanın Dövlət dili haqqında maddəsinin ikinci bəndində qeyd olunub:
 
"2. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir."(Azərbaycan Respublilası Konstitusiyası. Maddə 21, bənd 2).
 
Konstitudiyanın bu bəndini əsas kimi gətirərək Azərbaycanda xarici filmlərin prokatı ilə məşğul olan şirkətlər öz fəaliyyətlərinə haqq qazandırırlar. Çünki Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununda xarici filmlərin kütləvi nümayişi zamanı dövlət dilinin tətbiqi haqqında heç bir maddə yoxdur. Əgər qanunda belə bir tələb olsaydı, o zaman heç bir mübahisə yaranmazdı. Qanuna nəzarət edən icra strukturları da istədikləri kimi qərar verməzdilər.
 
Düşünürəm ki, Konstitusiyanın 21-ci maddəsinin 2-ci bəndi xarici filmlərin əcnəbi dildə yayımlanmasına əsas vermir. Fikrimcə, Konstitudiyanın 21-ci maddəsinin 2-ci bəndi Azərbaycan Respublilasında yaşayan köklü xalqların - talış, ləzgi, tat, avar, saxur, ingiloy, yəhudi və başqa yerli xalqların öz dillərindən sərbəst istifafə etməyi nəzərdə tutur. Çünki türk, ingilis, rus dillərinin sərbəst işlədilməsini və inkişafını Azərbaycan Respublikasının təmin etməsi məntiqli anlaşılmır. Bu dillərin inkişafını təmin edən başqa dövlətlər var. Ona görə də hesab edirəm ki, xarici filmlərin Azərbaycanda kütləvi nümayişi ilə məşğul olanların Konstitusiyaya istinad edərək fəaliyyət göstərdikləri izahatı qəbuledilməzdir.
 
Azərbaycanda kino prokatı tamamilə özəl biznes strukturlarının istifadəsindədir. Bu, belə də olmalıdır. Mədəniyyət Nazirliyi yalnız filmləri qeydə alır və dövlət reyestrinə daxil edir. Sonra isə həmin filmlərin nümayişi üçün yayım vəsiqəsi verir. “Filmlərin yayımı və nümayişi Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə (6 iyul 2006-cı il. N 165) tanış oldum. Bu hüquqi sənəddə də xarici filmlərin Azərbaycan ərazisində dublyaj edilərək nümayişi haqqında heç nə deyilmir.
 
Əslində bizim kinoteatrlarda Amerika istehsalı olan filmlərin rus dilində dublyaj olunmuş halda nümayişi özü bir çox suallar yaradır. Çünki Amerika kino istehsalçıları 2022-ci ildən Rusiya Federasiyası ilə bütün əlaqələrini dayandırıb və Rusiya bazarından çıxdıqlarını elan ediblər. Hətta yadıma gəlir ki, bu səbəbdən Rusiyada fəaliyyət göstərən minlərlə kinotetr bağlanmaq, müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu sahədə çalışan yüz minlərlə insan iş yerlərini itirə bilərdilər. Ona görə də hökumət səviyyəsində bu bizneslə məşğul olanlara müxtəlif yollarla xarici filmləri əldə edib nümayiş etdirmələrinə icazə verildi. Yəni dövlət səviyyəsində Rusiyada piratçılığa yaşıl işıq yandırıldı.
 
Belə görsənir ki, bizim kinoprokatla məşğul olan şirkətlər rus dilinə dublyaj olunmuş filmləri piratçılıqla məşğul olan Rusiya şirkətlərindən alırlar. Əgər belədirsə, ciddi problemlərlə üzləşə biləcəyimizdən bizi heç nə sığortalaya bilməz.
 
Ümid edirəm ki, Mədəniyyət Nazirliyinin Dövlət reyestr şöbəsi xarici filmləri qeydiyyatdan keçirib yayım vəsiqəsi verərkən bu amilləri nəzərə alır.
 
Vaxtı ilə “Azərbaycafilm” Kinostudiyasında olduqca peşəkar dublyaj studiyası fəaliyyət göstərirdi. Orta və yaşlı nəslin nümayəndələri yəqin xatırlayırlar, o zaman filmlər Azərbaycan dilində yüksək səviyyədə dublyaj olunurdu. Hətta bəzən aktyorlarımızın səsi filmin orijinalında olan səslərdən daha gözəl olurdu.
 
Qəribə mənzərədir, Sovetlər dönəmində biz xarici filmləri doğma dilimizə çevirib kinoteatrlarda nümayiş etdirirdik. Müstəqilliyimizi qazanandan sonra isə bu sahədə dövlət dilimizə biganəliyin son həddini görürük. İllərlə qazandığımızı, təkmilləşdirdiyimizi necə rahatlıqla itirə bilirik? Dublyaj işində böyük təcrübəsi, peşəkar mütəxəssisləri olan kinemotoqrafiyamız bu sahədə aciz duruma düşüb. Ən maraqlısı isə odur ki, bu gün demək olar ki, kinosu olmayan, amma iki kino ittifaqı olan (şükürlər olsun ki, nəhayət barışdılar və birləşdilər) ölkəmizdə kino xadimləri kreslo, kabinet mücadiləsi aparır. Kino məmurları isə Orta Asiya ölkələri ilə müştərək film çəkilişi üçün razılıq almaqdan ötrü gecələrini gündüzə qatıb çalışırlar. İşləri avand olsun!
 
Aydın məsələdir ki, müasir dublyaj üsulu əvvəlki illərdən fərqlənir. Texnoloji baxımdan fərqlilik olsa da, mahiyyət eynidir. Azərbaycan tamaşaçısını dünya kinosunun uğurlu, maraqlı nümunələri ilə tanış etmək vacibdir. Keçmişdə filmləri Moskva alıb İttifaq respublikalarına da paylayırdı. Yəni bütün işlər mərkəzləşdirilmiş qaydada aparılırdı. Hər respublikada olduğu kimi, bizdə də kinoprokat idarəsi var idi və bu idarənin xətti ilə kinostudiyada dublyaj olunmuş filmlər kinotetrlara, klublara, mədəniyyət evlərinə paylanırdı. İndi vəziyyət fərqlidir. Dövlət strukturları kiniprokatla məşğul olmur.
 
Xarici filmlərin Azərbaycanda nümayişi ilə məşğul olan şirkətlərin dublyaj işi ilə əlaqədar mövqeləri maraqlıdır. Bu məsələ ilə bağlı mətbuatda gedən xeyli yazı ilə tanış oldum. Bu yazılarda kinoteatr şəbəkələri bildirirlər ki, əgər Mədəniyyət Nazirliyi onlara pul ayırarsa, onda onlar xarici filmləri dublyaj edə bilərlər. Maraqlı yanaşmadır. Mədəniyyət Nazirliyi kiməsə pul ayırmaqdansa, özü bu işi asanlıqla təşkil edə bilər. Göründüyü kimi, bizdə dublyajla bağlı bütün problemlər qanunvericilikdə olan boşluqdan irəli gəlir.
 
Bu priblemin həlli heç də çətin deyil. Sadəcə istək və dövlət dilimizə hörmət kifayətdir ki, məsələ həllini tapsın.
 
Mədəniyyət Nazirliyi Milli Məslisə təkliflərlə müraciət edib bu məsələnin qanunlarda öz əksini tapmasına nail ola bilər. Eyni zamanda "Azərbaycanfilm" kinostydiyasında mərkəzləşdirilmiş dublyaj studiyasının yaradılmasına qərar verib işə başlamaq olar. İnanın ki, Mədəniyyət Nazirliyinin təşkil edəcəyi dublaj studiyasını müasir texniki avadanlıqlarla təchiz etmək üçün çox asanlıqla investor cəlb etmək olar. Ucsuz-bucaqsız Kinostudiya binasının 90%-i istifadəsiz qalaraq yararsız hala düşür. Binanın kimsəsiz, qaranlıq dəhlizləri adamı vahiməyə salır. Dublyaj studiyası yaranarsa, Kinostudiyada əməlli-başlı canlanma olar. Bu iş konveyer üsuluna keçəndən sonra isə televiziya kanalları da aldıqları filmləri peşəkar dublyaş etdirmək üçün bura sifariş edəcəklər.
 
Subtitrlə nümayişə icazə vermək çıxış yolu deyil. Bu, sadəcə xarici filmlərin nümayişi ilə məşğul olanların işini asanlaşdırmaqdır. Yeri gəlmişkən qeyd edim ki, subtitrlə filmə baxmaq o qədər də rahat deyil. Tamaşaçının fikri titrlərdə qalır, ekranda baş verən hadisələri tam izləyə bilmir. Düşünürəm ki, filmlər dublyaj olunarsa, kinoteatrlara gələn tamaşaçıların sayı da artacaq. Bu işlə məşğul olanların biznesi də inkişaf edəcək. Yetər ki, dilimizi sevək, ona hörmət edək. Biznes maraqlarımızı dövlət dilimizdən üstün tutmayaq.
Oxşar xəbərlər
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 23:29
Ermənistanda zəlzələ oldu
07 Jul 2024 | 23:05
"Le Penin Fransanın Ukraynaya yardımı ilə bağlı bəyanatı çaşqınlıq yaradıb" - CNN
07 Jul 2024 | 22:35
Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar
07 Jul 2024 | 22:27
Samsungun ağıllı üzüyünün qiyməti məlum oldu
07 Jul 2024 | 22:22
Fransanın ən böyük muzeylərindən biri BAĞLANDI
07 Jul 2024 | 22:18
Gürcüstanın xarici borcu AÇIQLANDI
07 Jul 2024 | 22:13
Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 21:46
Azərbaycanın ümidi bu şahmatçılaradır - Olimpiada BAŞLAYIR
07 Jul 2024 | 21:31
III Milli Yaylaq Festivalı başa çatıb
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 21:17
Siqaret yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir
07 Jul 2024 | 21:15
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
07 Jul 2024 | 21:14
Kondisioner necə təmizlənir?
07 Jul 2024 | 21:08
Misir Sudan böhranının siyasi həllini dəstəkləyir
07 Jul 2024 | 21:04
HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib
07 Jul 2024 | 21:03
"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
07 Jul 2024 | 20:48
Ermənipərəst deputatdan AÇIQLAMA
07 Jul 2024 | 20:40
Evi qanunsuz sökülən qadınla bağlı SON XƏBƏR
07 Jul 2024 | 20:35
Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
07 Jul 2024 | 20:30
Ərdoğan: Pezeşkian Azərbaycan türküdür
07 Jul 2024 | 20:24
“Mən sağlığında bütün sözləri İlhamənin üzünə demişəm” – VİDEO
07 Jul 2024 | 20:18
Paşinyan tələyə salınır: Qərbin çirkin planları üzə çıxır
07 Jul 2024 | 20:17
Rəhim Rəhimlidəndən danışıb AĞLADI - VİDEO
07 Jul 2024 | 20:13
Rusiyada güclü zəlzələ
07 Jul 2024 | 20:05
Göyçayda yeniyetmə bıçaqlandı
07 Jul 2024 | 20:02
Daha bir partiya seçkidə iştirak qərarı verdi
07 Jul 2024 | 19:59
“Formula 1” üzrə Britaniya Qran-prisinin qalibi bəlli olub
07 Jul 2024 | 19:55
Məşhur filmin prodüseri vəfat etdi
07 Jul 2024 | 19:54
Bu gün müğənni Rüfət Mehdiyevin doğum günüdür
07 Jul 2024 | 19:40
Üç ölkə konfederasiyada birləşib
07 Jul 2024 | 19:35
Suriyada avtobus aşıb, 13 nəfər ölüb
07 Jul 2024 | 19:30
İş adamı, QHT sədri deputatlığa hazırlaşır — Şeyxin qardaşına rəqib olacaq
07 Jul 2024 | 19:17
“Ağdam və Xankəndi kimin kim olduğunun ən böyük isbatıdır”
07 Jul 2024 | 18:48
Güney Azərbaycanda qələbə şənlikləri keçirilir
07 Jul 2024 | 18:47
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib
07 Jul 2024 | 18:31
Bakıda yaşayış binasında yanğın söndürüldü - Yenilənib
07 Jul 2024 | 18:29
İranda Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi qəzaya uğrayıb
07 Jul 2024 | 18:29
Aralıq dənizində zəlzələ olub
07 Jul 2024 | 18:28
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
07 Jul 2024 | 18:27
Ərdoğandan UEFA-ya cavab: "Almanların qartalı, fransızların xoruzu var, cəzalandırırsan?"
07 Jul 2024 | 17:49
QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib
07 Jul 2024 | 17:43
Taxıl anbarında YANĞIN: Yük maşını külə döndü
07 Jul 2024 | 17:41
Dənizdə batan qadını xilas edərkən özü boğuldu
07 Jul 2024 | 17:39
Üç məşhur həkim hakim qarşısına çıxarılır
07 Jul 2024 | 17:33
Rusiyanın Voronej vilayətinə PUA hücumu nəticəsində döyüş sursatları anbarında yanğın baş verib
07 Jul 2024 | 17:32
Azərbaycanda müəllim vəfat etdi
07 Jul 2024 | 17:31
Ərdoğan: "Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq"
07 Jul 2024 | 17:16
Fransada növbədənkənar parlament seçkisinin ikinci turu keçirilir
07 Jul 2024 | 15:54
"İranın yeni islahatçı prezidenti kimdir və o, ölkəsinə və dünyaya nə vəd edir?" - BBC
07 Jul 2024 | 15:51
"Orban Qərbin Ukraynaya dəstəyini sarsıtmağa cəhd göstərir" - ISW
07 Jul 2024 | 15:25
Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
07 Jul 2024 | 15:23
İspaniyada ilin ilk öküz qaçışı: Yaralananlar var
07 Jul 2024 | 15:17
Bakıda taksi fəaliyyəti ilə bağlı son vəziyyət necədir?
07 Jul 2024 | 15:15
Türkiyə Ordusu İraq və Suriyada 5 terrorçu zərərsizləşdirib
07 Jul 2024 | 15:13
Uşaqların sevimlisi olmuş "Ələkbər əmi"nin doğum günüdür
07 Jul 2024 | 15:08
İlon Mask: "ABŞ-də ölkəni idarə edəcək prezident yoxdur"
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 14:42
DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub
07 Jul 2024 | 14:33
Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq
07 Jul 2024 | 13:19
Bir gündə 49 nəfər suda batdı
07 Jul 2024 | 13:00
Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndi
07 Jul 2024 | 12:40
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
07 Jul 2024 | 12:31
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA
07 Jul 2024 | 12:06
Xalq artistinin toyda çətin anları - VİDEO
07 Jul 2024 | 11:57
Ürəyi yüz il sağlam saxlayan 5 meyvə
07 Jul 2024 | 11:51
İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?
07 Jul 2024 | 11:46
Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün ABŞ-yə gedəcək
07 Jul 2024 | 11:29
Ebeko vulkanı kül püskürüb
07 Jul 2024 | 11:20
"Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil"
07 Jul 2024 | 11:17
Türkiyə bayrağına hücum edən daha bir şəxs ələ keçirildi - FOTO
07 Jul 2024 | 11:16
Tornado fəlakəti: 5 ölü, 88 yaralı var
07 Jul 2024 | 11:15
Atatürkün heç yerdə yayımlanmayan GÖRÜNTÜLƏRİ - VİDEO
07 Jul 2024 | 11:14
Təcili yardım avtomobili zəncirvarı qəzaya düşdü
07 Jul 2024 | 11:13
Beş bürcə ŞAD XƏBƏR: Xoşbəxtliyə doğru gedəcəksiniz
07 Jul 2024 | 11:01
“İranın Azərbaycanla bağlı siyasətində müsbət dəyişikliklərin baş verməsi mümkündür, səbəb...”
07 Jul 2024 | 10:34
Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur
07 Jul 2024 | 10:31
Qarğıdalının çoxlarının bilmədiyi faydaları
07 Jul 2024 | 10:27
Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü
07 Jul 2024 | 10:20
Kompüter başında çox vaxt keçirənlər üçün gözləri qorumağın 7 yolu
07 Jul 2024 | 10:08
Ukraynaya ŞOK XƏBƏRDARLIQ: "Nəticələr fəlakətli ola bilər"
07 Jul 2024 | 10:07
"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib
07 Jul 2024 | 10:05
İsmayıllıda 3 ailənin yaşadığı ev yanaraq külə dönüb, xəsarət alanlar var
07 Jul 2024 | 09:55
Naftalanda istixanada yanğın olub
07 Jul 2024 | 09:52
ABŞ-da atışma - ölənlər var
07 Jul 2024 | 09:36
Britaniyalı qadın çardaqdakı sınıq qab-qacaqla sərvət qazandı
07 Jul 2024 | 09:31
Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB
07 Jul 2024 | 09:22
Bu şəhərlərin sakinləri turist istəmir
07 Jul 2024 | 09:21
Əhalinin NƏZƏRİNƏ: Sabah gündüzə qədər...
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
07 Jul 2024 | 09:09
Bu ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
07 Jul 2024 | 09:06
Azərbaycanda zəlzələ oldu
07 Jul 2024 | 08:52
Daimi yorğunluğun gizli təhlükələri...
07 Jul 2024 | 08:51
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
07 Jul 2024 | 08:49
"Whatsapp" təhlükəsiz deyil - İLON MASK AÇIQLADI
07 Jul 2024 | 08:47
ABŞ ballistik raketlərin inkişafı proqramını elan edəcək
07 Jul 2024 | 08:46
Bruno Fernandeş Ronaldo ilə klub yoldaşı ola bilər
GÜNLÜK
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 09:21
Əhalinin NƏZƏRİNƏ: Sabah gündüzə qədər...
07 Jul 2024 | 07:52
Məsud Rusiyanı məyus edə bilər
07 Jul 2024 | 07:35
Qarpızın saymaqla bitməyən faydaları
07 Jul 2024 | 07:42
Bölgələrdə 1 manata satılan gilas paytaxt bazarlarında 9 dəfə baha satılır - Səbəb nədir?
07 Jul 2024 | 07:37
Selena Qomes və Benni Blanko: Tənqidlərin hədəfində olan məhəbbət
07 Jul 2024 | 07:33
Axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
07 Jul 2024 | 07:40
Peruda dörd min illik məbəd aşkarlandı
07 Jul 2024 | 08:19
Ayı balıq tutan qadına hücum etdi
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
04 Jul 2024 | 07:17
"Azərbaycan bayrağı addım-addım irəliləyir..."- Vardanyan...- FOTO
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 09:21
Əhalinin NƏZƏRİNƏ: Sabah gündüzə qədər...
07 Jul 2024 | 07:52
Məsud Rusiyanı məyus edə bilər
07 Jul 2024 | 07:35
Qarpızın saymaqla bitməyən faydaları
07 Jul 2024 | 07:42
Bölgələrdə 1 manata satılan gilas paytaxt bazarlarında 9 dəfə baha satılır - Səbəb nədir?
07 Jul 2024 | 07:37
Selena Qomes və Benni Blanko: Tənqidlərin hədəfində olan məhəbbət
07 Jul 2024 | 07:33
Axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
07 Jul 2024 | 07:40
Peruda dörd min illik məbəd aşkarlandı
07 Jul 2024 | 08:19
Ayı balıq tutan qadına hücum etdi