Aybəniz Haşımovaya ittiham: "Öz adınızın da, qızınızın adının da mənasını bilmirsiz"
Oxunub: 8710
24 Nov 2015 | 14:57
Aybəniz Haşımovaya ittiham:
Düz iyirmi bir gün bundan qabaq - noyabrın üçü axşam yazıçı Nahid Şəmşirin “DÖNÜŞ” adlı kitabı haqqında 1000 işarəlik yazı yazmışdım ki, kiçik qardaşım Şəhriyar kanalı dəyişdi. Bir xanım Polad Bülbüloğlunun ifasında bəlkə də yüz dəfə qulaq asıb yorulmadığım “Gəl, ey səhər”mahnısını oxuyurdu. Bəstə əla, sözlər gözəl, ifa yaxşı. Musa Yaqub demişkən, ləzzət edirdi. Yazı yazdığım üçün televizora baxmırdım. Daha doğrusu, mənə müğənni yox, ifa marağlıydı. Lapdan böyük qardaşım Zamiq ”“ “Bu Aybəniz Haşımovanın qızı deyil?” deyəndə, istər-istəməz müğənni də mənə maraqlı gəldi. Yazını yarımçıq qoyub diqqətimi ekrana səmtlədim... (Nahid Şəmşirin gözündən iraq). SƏS haqqı, Zamiq düz tanımışdı, Türkiyənin tv 8 kanalında oxuyan qız, əməkdar artist Aybəniz xanım Haşımovanın adı yadımdan çıxan qızı idi... İfaçılara üz çevirib, üz gizlədən jürü, Aybəniz xanımın qızının ifasını bəyənərək qarşılarındakı qıpqırmızı düyməni bir-bir basıb üz göstərməyə başladılar... Murad Bozla, Ebru Gündəşi dərhal tanıdım.

Gökanı, Ərkanı və Hadisəni handan-hana avara bildim. Nə gözünüzü yorum, Aybəniz xanımın ifa boyunca ha vurnuxub, adını yada sala bilmədiyim, boy-buxunlu, yar-yaraşıqlı, zilli-pəsli, yaxşı səsli qızı nəhayət ki, mahnını oxuyub qurtarıdı. Üzünü üçüncü göstərən, Aybəniz xanımın qızına “mərhabalar” deyən, Hadisəyə aman verməyən, qulağındakı qulağcığı qurdalayıb, ilk üzünü göstərən Murad Boz, Aybəniz xanımın qızına - hoş gəldin, - dedi.

Qız:

”“ Hoş bulduq.

Murad Boz:

”“ Nasılsın?

Qız:

”“ İyiyim, siz nasılsınız?

Murad Boz:

”“ Buralı deyilsin bəncə sən?

Qız:

”“ (Başıyla) Hmm, Azərbaycanlıyam...

Murad Boz:

”“ İnteresan...

Murad Bozun  “interesan” sözü gurultulu alqışlandı. Çəpiyin beşi altı qəpik. Arada Murad Boz nə qırıldatdısa, səsdən eşidə bilmədim. Alqışlardan sonra Murad Boz ”“ ya bən zatən bir şey.., ismin nəydi, çox özlərim.., dedi.

Qız:

”“ Aynişan.

Bozluğuna salan Murad Boz ”“ Aynişan nə demək? ”“ deyəndə dalağım sancdı. Dədəmin çörəyi, nənəmin fətiri haqqı, ürəyimə damdı ki, bu qız adının mənasını bilməyəcək. “Ürəyə daman başa gələr” deyiblər, elə də oldu. Aynişanın matı-mutu qurudu... Utanmaz-utanmaz qayıdıb nə desə yaxşıdı, “bilmiyorum”... Aynişanın “bilmiyorum” deməsinə Zamiqlə Şəhriyar şiləvəngəli dəli Abdulla kimi nətəhər əsəbləşdilərsə, mənim əsəbim onların əsəbinin yanında toya getməli, susub Aynişana tamaşa etməli idi.

Zamiq hirs ilə:

”“ Adnalıda mal peynindən yapma yapan arvadlar bu mahnını bu qızdan yaxşı oxuyurlar, - dedi.

Şəhriyar onun sözünü ağzından alıb, ”“ ən azından, yaxşı oxumasalar da, Adnalıdakı arvadlar adlarının mənasını bilirlər. Oxumağı təpəsinə dəysin, heç adının mənasını da bilmir, - dedi.

Mən özümü toxdaq, təmkinli göstərirdim; guya adının mənasını bilməyən Aynişana normal baxırdım. İstədim deyəm, bu qədər də amansız olmayın, qızcığaz yaxşı oxudu... Sözüm ürəyimdə qaldı.

Zamiq:

”“ Bunun xəcalətini anası çəksin, - deyib yumruğuyla mizin üstünə necə vurdusa, külfət diskindi.

O biri otaqda Əsnad yuxudan oyandı; nə oyandı, başladı ağlamağa... Şəhriyar da elə amadə durmuşdu, Zamiqin sözünü ağzından alıb, yumruğunun dalıyca yumruq vursun. “Əlisi dəli, vəlisi dəli”... bu dəli banbılıların hamısı dəli...

SÖZ haqqı, macal vermədilər ki, Aynişan haqqında bir-iki cümlə xoş söz deyim. Baş üstə Allah var, Zamiqlə Şəhriyar nə Aybəniz xanımın, nə də qızının ünvanına bir kəlmə də olsun artıq-əskik heç nə demədilər. Qıvlasızlar ağız-ağıza verib dişlərinin dibindən nə çıxdısa gupbuldatdılar TV 8-in ünvanına...

Zamiqlə Şəhriyarın səsindən çəkinib farağat duran dayıoğlu Zaur: - Görüm gözlərinə boz gəlsin, Murad Boz, Aynişandan adının mənasını soruşduğun yerdə, - dedi.

Mən də ürəylənib istədim Aynişana qahmar çıxım, gördüm, əşi, bu xına o xınadan deyil. Ayağım yer, dilim söz, əlim qələm tutandan bəri bəlkə də ilk dəfəydi yıxılana balta vuranlara susurdum.

Zamiqnən Şəhriyarın qırımından sezdim ki, onların dilbirliyinə tuş gəlsəm, sapına bilməyəcəm. Məni də nişan alıb qatacaqlar Aynişana. Deyəcəklər, Adnalıda mal otaran kişilər səndən yaxşı şeir yazırlar.

Nə isə..

Nə Zamiqin, nə Şəhriyarın sözünün başına ip salıb höcətləşmək istəmədim, kiridim. Azca qımıldasaydım, od olub yapışacaqdılar yaxamdan.Zamiqlə Şəhriyar nə konuşuyorlar, qoy konuşsunlar... Benim size bir kaç kelme sözüm var, Aynişanın annesi. Telegüzgülər vasitəsilə mentalitetdən, milli-mənəvi dəyərlərdən, əxlaqdan, səhnə mədəniyyətindən, təzə müğənnilərin təzə, köhnə müğənnilərin köhnə  mədəniyyətindən, nə bilim, daha nələrdən tamaşaçılara, xalqa az qala mühazirə oxumaq istəyən, Aybəniz xanım. Yaxşı-yaxşı yeyib, içirdib, gözəl-gözəl geyinib, keçindirib, böyüdüb, boya-başa  çatdırdığınız qızınızın əziyyətini təkcə siz çəkməmisiniz. Sizinlə bərabər oxuyub pul qazandığınız mahnıların bəstəkarları, sözlərin müəllifləri də ən azından Aynişan üçün siz qədər əziyyət çəkiblər. Başa düşürsünüz? İnanmıram başa düşəsiniz. Başa düşsəydiniz tv 8-də “O Səs Türkiyə” yarışmasına qatılan qızınıza oxuyacağı mahnının sözlərinin Fikrət Qocaya məxsus olduğunu deyərdiniz.

Aybəniz xanım, sizdən və qızınızdan iraq, niyə bu ölkədə qavalbaş müğənnilər özlərinə birinci, onlara ad-san, şan-şöhrət, var-dövlət qazandıran, oxuduqları mahnının bəstəkarına, sözlərin müəllifinə axrıncı dərəcəli baxırlar, niyə?

Adım Anar olduğu üçün adaşım Anarın və Azərbaycan Yazıçılar Birliyinin adından oxuduğu mahnının sözlərinin Fikrət Qocaya məxsus olduğunu bilməyən qızınız Aynişanı SÖZün xətrinə bağışlayıram. Ancaq adının mənasını bilmədiyi üçün qızınızı hələ ki, bağışlaya bilmirəm. Çünki  Aynişan onun da, sənin də, mənim də yaşadığım bu ölkənin, bu xalqın musiqisini qardaş ölkədə təmsil edirdi...

Aybəniz xanım, Siz təzəkdən qalaq quran bu arvadlara - Zərnişana, Təranəyə, Həliləyə, Xoşavaza, Güllüyə telegüzgülər vasitəsilə məsləhət verirsiniz.

Halbuki sizin qızınızdan iraq, oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən  müğənnilərin mütaliəsi, savadı, intellekti bu arvadların topuğundan da aşağıdı.

Aybəniz xanım, Güllü arvad sizdən ötrü and içir. Çalışın, biz tərəflərə toya gəlməyin...O gün Güllü arvad bizə nehrəyə gəlmişdi. Ordan-burdan xeyli söhbət elədik, söz dolanıb sizin üstünüzə gələndə elə bil onu cin vurdu. Bilirsiniz, Güllü arvad mənə nə dedi? Dedi ki, Sultanın, Dilavərin,- sözünə bir az ara verərək sağ əlini sol çiynimə qoyaraq sərt bir görkəm alıb-Mürsəlin, Nadirin, Tacəddinin canı haqqı, şair, o Aybənizi hansı toyda görsəm abrın alıb əlinə verəcəm...

Dedim, ay Güllü nənə, nə deyəcəksən? Dedi deyəcəm ki, ay Aybəniz, həftə səkkiz mən doqquz televizora çıxıb bizə mentalitetdən, mill dəyərlərdən, əxladan, mədəniyyətdən dəm vurub məsləhət verirsən. Nə mənim, nə ərimin, nə oğlumun, nə də qızımın sənin məsləhətinə ehtiyacımız yoxdu. Sənin böyüdüb boya-başa çatdırdığın, oxuduğu sözlərə o anonimdi, atonimdi nədi, yazdıran, adının mənasını bilməyən qızını gördük də. Sən get qızına məsləhət ver. Sənin tamaşaçılara, bu xalqa örnəy olmağa, məsləhət verməyə haqqın yoxdu. Öz gözündə tiri qoyub özgə gözündə çöp axtarma!!!

Beş oğlunun beşinin də canına andı su kimi içən Güllü nənə od püskürürdü. Onun sözlərini redaktə edib yazıdım ki, o od, o sözlər sizi yandırıb, cızdağ eləməsin, Aybəniz xanım...

Nə isə, qulağıma səs gəldi. “Göylər guruldayır, şimşəklər çaxır, verdiyin geriyə alır təbiət, yağır, Adnalıya yağışlar, yağır” bura qədər yazdıqlarımı Ctrl S edirəm ki, gedib talvarın altında Məlikqırağına baxa-baxa iki-üç siqaret öldürüm sizin və qızınızın sağlığına. Həm hirsim soyusun, həm də görüm hələ Aynişanı bağışlaya bilirəm, ya yox.

Bir az əvvəl adının mənasını bilmədiyi üçün qızınızı hələ ki, bağışlaya bilmirəm deyirdim. Lakin sonuncu siqaret barmaqlarımın arasında öləziyəndə, elə bil kimsə mənə - “bu ölkənin, bu xalqın musiqisini Türkiyədə təmsil etmək Aynişanın intellekti üçün deyil, Aynişan uzaqbaşı hər hansı bir ölkədə oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən müğənniləri təmsil edə bilər, necə ki etdi də.., - dedi. Bir hovur dincəlib, rahatlandım.

Neçə illərdi bu ölkədə şairlər, yazıçılar bar-bar bağırıb mənəm-mənəm deyən müğənnilərin, qaval döyən xanəndələrin mütaliyə, savad, intellekt çatışmazlığından əziyyət çəkdiyini desələr də, bunu heç kimə sübut edə bilmirdilər ki, bilmirdilər.

Mən Azərbaycan Yazıçılar Birliyi adından Aynişana təşəkkür edirəm. O, Türkiyədə tv 8-də gedən “O səs Türkiyə” yarışmasına qatılaraq bu gün bu ölkədə mənəm-mənəm deyən müğənnilərin, qaval döyən qavalbaş xanəndələrin mütaliyəsinin, savadının və intellektinin nə səviyyədə olduğunu hər kəsə sübut edə bildi... Ona görə də adının mənasını bilmədiyi üçün Aynişanı SƏSin xətrinə bağışlayıram.

Aybəniz xanım, bilirsiniz, bu ölkədə ad alan, almayan, oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən nə qədər Aynişan kimi müğənni var?! İmanım Allah amanatı, bəlkə də siz nəinki qızınızın, heç öz adınızın da mənasını bilmirsiniz. Bilsəydiniz, qızınız da adının mənasını bilərdi.

Nuhu tüfandan, İbrahimi Nəmrudun odundan, İsmayıl Zəbullahı qurbangahdan qurtaran pak və qəyyum Allah, Aynişan kimi müğənnilərin timsalında əyər çəkirsinizsə, bir də sizə belə xəcalət çəkməyi rəva görməsin! AMİN!!!

Özgəsinin xəcalətini çəkmək öz xəcalətini çəkməkdən daha ağır imiş. Aynişanın yerinə elə xəcalət çəkdim, elə xəcalət çəkdim, Aybəniz xanım. Siz də oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən qızınızın yerinə xəcalət çəkdiniz, hə? Mən ataların “Yerinə xəcalət çəkim” deməsini bir daha başa düşdüm. Siz də başa düşdünüz, hə, Aybəniz xanım? İnanmıram başa düşəsiniz...

Məni başa düşüb ünvanıma aşağılayıcı sözlər deməsəniz, heç, yox əyər başa düşməyib manıslara xas olan “Tanınmaq üçün mənim və qızımın haqqında ağzına gələni yazan o Anardı-manardı, şairdi-mairdi, nəçidi, bilmirəm, bizi aşağılamaqla özünü reklam edir...”, bu cür şablon sözlər  deməyin. Bu kimi, buna bənzər ifadələri mütaliəsi, savadı, intellekti, dünyagörüşü sıfır səviyyədə olan çox mügənnidən eşitmişik.

Məni aşağılamaq istəsəniz, sizi and verirəm 24 yaşa qədər adının mənasını bilməyən, hələ utanmaz-utanmaz durub burdan Türkiyəyə gedərək, “ O səs Türkiyə” yarışmasına qatılıb özünü və sizi biabır edən qızınızın canına, məni yepyeni, təptəzə, heç bir qadın müğənninin slikonlu dodağına dəyməyən şəhdi-şirəli sözlərlə aşağılayın, çeynə-tüpür sözlərlə aşağılanmağdan hoşlanmam.

Aybəniz xanım, sonda sizə bir sual da verim, qızınız Aynişan Quliyeva oxuduğu mahnının müəllifini və adının mənasını bilməməylə anası Ay üzlü, Aybənizli Aybəniz Haşımovanın üzünü niyə qara etdi, niyə? Bu sualın cavabını özünüzdə və qızınızda axtarın...

Bu dünyada axtarmaq qədər kədərli, tapmaq qədər sevincli heç nə yoxdu. Axtarın ki, kədərdən sevincə dönüş edə biləsiniz

Dönüş demişkən, yenə də Nahid Şəmşirin “DÖNÜŞ” adlı kitabından yazı yaza bilmədim...

Anar Amin, şair
Oxşar xəbərlər
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
GÜNLÜK
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
AYLIQ
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq