Yeni il hədiyyəsi seçərkən nələrə diqqət edilməlidir?
Maraqlı
345
08:29, Bu gün

Yeni il hədiyyəsi seçərkən nələrə diqqət edilməlidir?

"Yeni il üçün seçilən hədiyyə iki əsas meyara cavab verməlidir: təəccübləndirməli və sevinc bəxş etməlidir".
 
Moderator.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Psixologiya kafedrasının psixoloqu və dosenti Yelena İvanova bu barədə Gazeta.ru-ya açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, ideal hədiyyə anlayışı zamanla dəyişir. Məsələn, 20 il əvvəl insanlar bir-birlərinə daha çox yataq dəstləri, qab-qacaq və suvenirlər hədiyyə edirdilər. Müasir gənclər isə daha çox pul və ya oyun valyutası hədiyyə etməyə üstünlük verirlər.
 
Psixoloq qeyd edib ki, aparılan araşdırmalar sürprizin yaxşı hədiyyənin əsas açarı olduğunu təsdiqləyir. Bu səbəbdən konkret bir hədiyyə növü uzunmüddətli populyarlıq qazanmır.
 
Hədiyyənin uğurunda digər vacib amil onun alıcı üçün arzuolunanlıq dərəcəsidir. Lakin bu zaman sürprizlik prinsipi qismən aradan qalxır.
 
"Əlbəttə, kimsə bizə diqqət yetirəndə, arzularımızı müşahidə edib düzgün nəticə çıxaranda daha çox sevinc hiss edirik. Bu isə vaxt və səy tələb edir. Nəticədə hədiyyə sevindirməli, konkret şəxs üçün seçilməli və onun maraqlarını, ehtiyaclarını, istəklərini əks etdirməlidir", - deyə Y.İvanova vurğulayıb. (Oxu.az)
 
Link kopyalandı!
Son xəbərlər