Gəncədə yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO
2692
24 Dec 2025 | 11:55

Gəncədə yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO

Sevindik Bağırova məxsus 6 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
 
Moderator.az xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğın söndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
 
Müdaxilə nəticəsində yanğın söndürülüb.
 
İlkin məlumata görə, hadisə elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
 
11:24
 
Gəncədə yaşayış evində yanğın başlayıb.
 
Moderator.az xəbər verir ki, hadisə Gülüstan qəsəbəsi AKTA-6 adlanan ünvanda qeydə alınıb.
 
Fərdi yaşayış evi anidən alışıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.
 
Alovun söndürülməsi istiqamətində iş aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər