Ömrü altı saat necə uzatmaq olar? - Sadə üsul açıqlandı
Maraqlı
1770
27 Dec 2024 | 07:37

Ömrü altı saat necə uzatmaq olar? - Sadə üsul açıqlandı

Avstraliyanın Qriffit Universitetinin alimləri gəzintiyə çıxmaq üçün tutarlı səbəb təqdim ediblər. Belə ki, hər gün cəmi bir saat gəzinti ömrünüzü altı saata qədər uzada bilər.

 
Moderator.az Oxu.az - a istinadla xəbər verir ki , bu araşdırmanın nəticələri "British Journal of Sports Medicine" (BJSM) jurnalında dərc olunub.
 
Məlumata görə, tədqiqatçılar ABŞ-də keçirilmiş sağlamlıq və qidalanma ilə bağlı milli sorğunun nəticələrini təhlil ediblər. Nəticələr göstərib ki, hətta kiçik əlavə aktivlik belə vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
 
Qeyd edilir ki, gəzintidən maksimum fayda əldə etmək üçün gündə üç saatdan bir qədər az vaxt sərf etmək tövsiyə olunur. Buna baxmayaraq, hətta bir saatlıq gəzinti belə əhəmiyyətli nəticələr verə bilər.
 
Alimlər həmçinin ona diqqət çəkiblər ki, fiziki aktivlik hər bir fərdin sağlamlığı üçün faydalı olmaqla yanaşı, həm də səhiyyə sistemlərinin yükünün azaldılmasına və ümumilikdə ekoloji vəziyyətin yaxşılaşmasına kömək edə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər