Bu ərazilər dünyanın sonunda gizli sığınacaq OLACAQ
Maraqlı
1081
21 Dec 2024 | 18:18

Bu ərazilər dünyanın sonunda gizli sığınacaq OLACAQ

Dünya əhalisinin sürətlə artması, epidemiyalar, iqlim dəyişikliyi və qlobal istiləşmə kimi təhlükələr bəşər sivilizasiyası üçün ciddi risklər yaradır. Elm adamları illərdir bu təhlükələrə qarşı hazırlaşır və mümkün çöküş ssenarisində ən təhlükəsiz ölkələri müəyyən etməyə çalışırlar. Ən son araşdırma qlobal fəlakət zamanı belə sağ qala biləcək beş ölkəni vurğulayır.
 
Moderator.az xəbər verir ki, araşdırmalara görə, Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti mümkün qlobal dağılma zamanı ən təhlükəsiz sığınacaq kimi seçilir. Bu ölkələr əhalinin aşağı sıxlığı, güclü kənd təsərrüfatı infrastrukturu və dayanıqlı enerji resurslarından faydalanır. Xüsusilə Yeni Zelandiya geotermal və hidroelektrik enerji ehtiyatları, geniş kənd təsərrüfatı sahələri və təcrid olunması sayəsində siyahının başındadır.
 
Tədqiqatçılar bildirirlər ki, milyarderlər qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada torpaq alırlar. Sustainability jurnalında dərc edilən araşdırmada bu bölgəyə asanlıqla baxıla bilən sərhədləri və mülayim iqlimi ilə üstünlük verildiyi bildirilir.
 
İngiltərənin də siyahıda olması təəccüblü nəticə kimi qiymətləndirilir. Əhali sıxlığına və xarici istehsaldan asılı olmasına baxmayaraq, Böyük Britaniyanın şoklara davamlı olmaq potensialına malik olduğu bildirilir.
 
Tədqiqatçılar deyirlər ki, qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu zərər, ağır maliyyə böhranları, pandemiyalar və iqlim dəyişikliyinin birləşməsi qlobal çöküşə səbəb ola bilər.
 
 
 
Link kopyalandı!
Son xəbərlər