Bizi sosial şəbəkələrdən izləyin:
"Apple" şirkəti hər il məhsullarının yeni versiyalarını buraxmağı dayandıra bilər.
Publika.az xəbər verir ki, bunu "Apple" analitiki, tanınmış insayder Mark Qurman deyib.
"Hazırda "Apple" hər il öz cihazlarının yeni versiyalarını təqdim edir, lakin gələcəkdə şirkət məhsulları yalnız tam hazır olduqda buraxaraq daha çevik yanaşmaya keçə bilər. Bu, daha yaxşı və orijinal cihazlar yaratmağa imkan verəcək", - deyə Qurman qeyd edib.
O əlavə edib ki, bütün cihazları hər il yeniləmək səmərəsizdir.