Bizi sosial şəbəkələrdən izləyin:
Bir milyard ildən sonra Yer kürəsində fəlakətli dəyişikliklər baş verəcək ki, bu da planetdəki canlıların əksəriyyətinin ölümünə səbəb olacaq.
Belə bir qənaətə Çikaqo Universitetinin alimləri gəliblər.
Tədqiqatçıların fikrinə görə, buna əsas amili ulduzun yaşlanması nəticəsində Günəşin parlaqlığının artması olacaq. Hazırda Günəşdə partlayışların sayı üçdə bir artıb, lakin zaman keçdikcə bu, atmosferdə karbon qazının səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
Bəşəriyyət üçün ilk ciddi siqnal bitkilərin kütləvi ölümü olacaq. Onların məhv olması digər növlərin ölümünə səbəb olacaq zəncirvari reaksiyaya başladacaq.( News24.az)