Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar
Maraqlı
1617
07 Oct 2024 | 07:07

Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar

Sinqapurun baş naziri Lourens Vonq dünyanın ən çox maaş alan lideri olub.
 
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
 
Nəşrin məlumatına görə Vonq ildə təxminən 1,69 milyon dollar qazanır. Ondan sonra gələn ad isə ildə təxminən 570 min dollar alan İsveçrə prezidenti Viola Amherddir.
 
Siyahıda Üçüncü yeri Avstraliyanın baş naziri Entoni Albanese (413 min dollar), dördüncü yeri ABŞ prezidenti Co Bayden (400 min dollar) tutub.
 
Onların ardınca Avstriya kansleri Karl Nehammer, Yeni Zelandiyanın baş naziri Kristofer Lakson, Kanadanın baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şolz gəlir.
Link kopyalandı!
Son xəbərlər