Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
Maraqlı
Oxunub: 279
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
Tibb elmi sahəsində ən nüfuzlu jurnallardan biri “New England Journal of Medicine” miqrenin yeni müalicə üsulu haqqında məqalə dərc edib. Bu hadisə, təkcə çoxlarının, müalicəsini mümkün hesab etmədiyi xəstəliyə qarşı yeni dərmanın meydana çıxması ilə əhəmiyyətli deyil. Eyni zamanda, məqalənin müəllifi və tədqiqatın rəhbəri Danimarkada yaşayan həmyerlimiz, nevroloq professor Məsud Aşina olduğu üçün əhəmiyyətlidir. O, öz sahəsində dünyanın aparıcı mütəxəssislərindən biridir.
 
Hazırda Aşina, Kopenhagen Universitetində nevrologiya üzrə professor və Kopenhagen Universitet Xəstəxanası – “Rigshospitalet”də bu sahədə baş məsləhətçi vəzifəsində çalışır. 2024-cü ilin məlumatlarında deyilir ki, “Expertscape” reytinqinə əsasən, o, baş ağrısı ilə əlaqəli pozuntular üzrə dünyanın aparıcı ekspertlərindən biri kimi tanınır. Məsud Aşina 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra Kopenhagen Universitetində dissertasiya müdafiə edərək Fəlsəfə doktoru və Tibb elmləri doktoru dərəcələri alıb, həmçinin, Kopenhagen Universitet Xəstəxanası – “Rigshospitalet”də nevrologiya üzrə rezidentura keçib.
 
 "Azlogos" professor Aşina ilə onun kəşfi, tədqiqatı və miqrenin müalicə perspektivləri haqda söhbət edib.
 
- Professor, miqren haqqında daha ətraflı danışmanızı xahiş edirəm. Miqreni daha çox güclü baş ağrısı kimi qəbul etsələr də, əslində, bu, ciddi xəstəlikdir. Onun müalicəsinin mümkünsüzlüyü ilə bağlı mifləri dağıda bilərsinizmi?
 
- Miqren, çoxlarının düşündüyü kimi sadəcə güclü baş ağrısı deyil. Bu, planetdə təxminən bir milyard insanın və ya hər yeddinci şəxsin əziyyət çəkdiyi, geniş yayılmış və düzgün qiymətləndilməmiş xəstəliklərdən biridir. Miqren baş ağrısı ilə yanaşı, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi simptomlarla müşayiət olunan xroniki nevroloji pozğunluqdur. Tutmalar bir neçə gün davam edə, hər hansı hərəkət və ya səs ağrını dözülməz səviyyəyə çatdıra bilər.
 
Qeyd etmək vacibdir ki, miqrendən əziyyət çəkənlərin təxminən 20%-i, həftədə ən azı iki dəfə tutmalarla üzləşir. Bu o deməkdir ki, təxminən 200 milyon insan daima bu vəziyyətdə yaşayır və güclü miqren tutmaları səbəbindən, onlar ömürlərindən günlər itirirlər.
 
Miqren əmək qabiliyyətini və sosial fəallığı əhəmiyyətli dərəcədə azaldır. “Əlilliklə keçən ömür” göstəricisinə görə o, nevroloji xəstəliklər arasında liderdir. Bu, diqqətli müalicə yanaşması tələb edən ciddi xroniki xəstəlikdir.
 
- Professor, miqren elmi necə inkişaf edir və müasir dərmanlar onun müalicəsinə necə təsir göstərir? Bu xəstəliklə mübarizədə xəstələr və həkimlər hansı yeni çağırışlarla üzləşirlər?
 
- Miqrenin gedişatını müəyyən edən unikal neyrobiologiyası var. Son 30 ildə elm onun müalicəsində əhəmiyyətli addım atıb. 1990-cı illərin əvvəllərində, miqren tutmalarını aradan qaldırmaq məqsədilə dərmanlar meydana çıxdı. Həmin dərmanlar yalnız miqrenə təsir göstərir və digər ağrı növlərinə təsir etmir ki, bu da mühüm irəliləyiş sayılırdı.
 
Lakin yeni problem meydana çıxdı – bu dərmanların tez-tez istifadəsi zamanı paradoksal baş ağrısı yarana bilər. Bu vəziyyət isə “medication-overuse headache” – yəni dərmanların həddindən artıq istifadəsi nəticəsində yaranan baş ağrısı adlanır. Odur ki, dərmanlar nadir hallarda tutmaları olan insanlar üçün effektivdir. Lakin intensiv miqren zamanı, onların düzgün istifadə edilməməsi vəziyyəti ağırlaşdıra bilər.
 
- Dərmanların hazırlanmasında son nailiyyətləri nəzərə alsaq, miqrenin qarşısını effektiv şəkildə almaq artıq mümkündürmü? Hazırda hansı profilaktik metodlar effektivdir və onlar bütün xəstələrə uyğundurmu?
 
- Bəli, miqrenin profilaktikası mümkün olub. Amma əvvəllər onun profilaktikası spesifik xarakter daşımırdı. Çünki hipertoniya və epilepsiya kimi digər xəstəliklər üçün yaradılmış dərmanlardan istifadə olunurdu ki, onlar tutmaların tezliyini azaltmağa kömək edirdi, lakin yan təsirlər yaradırdı və həmişə effektiv olmurdu.
 
CGRP molekuluna təsir edən yeni dərmanların meydana çıxması ilə miqrenin profilaktikası daha çox dəqiqləşdi. Bu dərmanlar tutmaların tezliyini 50% və daha çox azaldaraq xəstələrin 40%-də miqrenli günlərin sayını azalda bilər. Lakin onlar hamı üçün əhəmiyyətli nəticə vermir. Bu isə daha çox xəstəyə kömək etmək məqsədilə, əlavə işləmələrin zəruriliyini göstərir.
 
Beləliklə, irəliləyişlərə baxmayaraq, miqrenin profilaktikası hamı üçün effektiv deyil və yeni həllərin işlənib hazırlanması tələb olunur.
 
- Zəhmət olmasa, miqren sahəsindəki tədqiqatlarınız haqqında danışın. Sizin tədqiqatlarınız nəyə fokuslanır və bu xəstəliyin mexanizmlərini anlamaq üçün hansı perspektivləri açır?
 
- Mənim qrupum 2006-cı ildən bəri miqren tədqiqatları ilə məşğul olur və onun inkişafında əsas rol oynayan molekullara diqqət yetirir. Biz tutmaların yaranması prosesində iştirak edən molekulları müəyyən etməyə çalışırıq ki, miqrenin mexanizmlərini daha dərindən başa düşək. Bizim tədqiqatlarımız birbaşa insanlar üzərində aparılır və beyin damarlarının ətrafında yerləşən sinirlərlə, həmçinin, ağrının keçirilməsinə cavabdeh olan sinirlərə təsir edən molekullarla bağlıdır.
 
Mənim hipotezim ondan ibarətdir ki, müəyyən molekullar xəstələrdə miqren tutmalarını provokasiya edə bilər. Tədqiqat bu prosesləri bloklamaq üçün yeni terapevtik yanaşmaların işlənib hazırlanmasına kömək edə bilər. Bu da miqrenin müalicəsinin keyfiyyətini yaxşılaşdıracaq.
 
- Qeyd etdiniz ki, tədqiqatlarınızda xəstələrdə miqren tutmaları yaradırsınız. İzah edə bilərsinizmi, bu, necə baş verir və belə bir metodun digər nevroloji xəstəliklərin tədqiqatları ilə müqayisədə unikallığı nədədir?
 
- Bəli, nəzarət olunan şəraitdə miqren tutmalarını yaratmaq imkanı bizim tədqiqatlarımızın vacib hissəsidir. Miqren digər nevroloji xəstəliklərdən onunla fərqlənir ki, onun tutmaları epizodik xarakter daşıyır, yəni gəlib gedir. Bu, bizə miqreni, onun aktiv fazasında öyrənməyə imkan verir. Belə bir imkan isə Parkinson xəstəliyi və ya demensiya kimi xroniki xəstəliklərdə yoxdur. Çünki burada simptomlar həmişə mövcuddur.
 
Mənim yanaşmamın unikallığı ondadır ki, biz xəstələrdə miqren tutmalarını, onların inkişafını müşahidə və bioloji mexanizmləri real vaxt rejimində tədqiq etmək üçün yaradırıq. Bu, şərabın miqreni provokasiya edə biləcəyini bilən, lakin yenə də onu içməyə qərar verən insanın vəziyyətinə bənzəyir. Tədqiqatlarımızda xəstələr tutmanın baş verə biləcəyini dərk edirlər, lakin tibbi nəzarət altında olduqlarını və lazım gəldikdə onlara kömək göstəriləcəyini başa düşürlər.
 
Miqren tutmalarını provokasiya etmək üçün müəyyən molekullardan istifadə edirik. Miqreni olmayan insanlarda həmin molekullar, yalnız yüngül, qısamüddətli baş ağrısı yarada bilər. Lakin miqrendən əziyyət çəkənlərdə onlar uzunmüddətli tutmanı provokasiya edir. Bu, bizə miqrenin molekulyar səviyyədə necə inkişaf etdiyini daha dərindən anlamağa imkan verir və yeni, məqsədyönlü müalicə metodlarının işlənib hazırlanmasına kömək edir.
 
Beləliklə, bizim metodumuz miqreni aktiv fazada öyrənmək üçün unikal imkan təqdim edir, bu da effektiv terapevtik həllər axtarışı istiqamətində yeni perspektivlər açır.
 
- Migrenin inkişafında molekulların rolu və eksperimentlərinizin xəstəliyin patogenezinə necə təsir etməsi barədə ətraflı məlumat verə bilərsinizmi?
 
- Miqrenin inkişafına təsir göstərən əsas molekullardan biri PACAP-dır (Pituitary Adenylate Cyclase-Activating Polypeptide). Sözügedən molekul miqrenlə əlaqəli strukturlarda, məsələn, beyin damarlarını innervasiya edən və onların stimullara reaksiyasını tənzimləyən perivaskulyar sinirlərdə mövcuddur. Bu sinirlərin aktivləşməsi zamanı PACAP kimi mediatorların ifrazı miqren tutmalarını başlada bilər.
 
2009-cu ildə mənim laboratoriyam bir tədqiqat apardı. Tədqiqatın gedişində PACAP molekulu xəstələrə 20 dəqiqə ərzində venadaxilinə yeridilirdi. Tədqiqat iki sessiyadan ibarət idi: birində PACAP, digərində plasebo yeridilirdi. Xəstələrin 50%-dən çoxunda PACAP-ın yeridilməsi miqren tutmalarını yaratdı ki, bu da onun xəstəliyin patogenezindəki əhəmiyyətini təsdiqlədi.
 
Bu məlumatlar, PACAP və ya onun reseptorlarının bloklanmasının, miqrenin yeni müalicə metodu ola biləcəyi haqqında hipotez irəli sürməyə imkan verdi. Həmin tədqiqat miqrenin inkişafında iştirak edən molekulların bloklanmasına yönəlmiş hədəf terapiyası sahəsində, gələcək işləmələr üçün əsas oldu, daha effektiv və dəqiq dərmanların yaradılması perspektivlərini açdı.
 
- Bəs kiçik molekullar və monoklonal anticisimlərdən istifadə kimi iki müalicə yanaşması arasında fərq nədən ibarətdir? Bu metodların hər birinin hansı üstünlükləri və çatışmazlıqları var? Onlar müalicə strategiyasının seçiminə necə təsir edir?
 
- Kiçik molekullar və monoklonal anticisimlər miqrenin müalicəsində fərqli yanaşmalara malikdir. Reseptor antaqonistləri kimi kiçik molekullar miqrenin inkişafına cavabdeh olan reseptorları bloklayır və qısamüddətli effekt (6-12 saat) təmin edir. Onlar həb şəklində mövcud olduğundan qəbulu rahatdır. Çatışmazlıq ondadır ki, onları tez-tez qəbul etmək lazımdır.
 
Monoklonal anticisimlər eyni reseptorları bloklayır, lakin həftələr və ya aylarla davam edə bilən daha uzunmüddətli təsir göstərir. Bununla belə, onlar inyeksiya tələb edir, çünki oral qəbul zamanı mədə-bağırsaq traktında parçalanırlar.
 
Kiçik molekullar və anticisimlər arasında seçim simptomların tez aradan qaldırılması və ya uzunmüddətli profilaktika ehtiyacından, həmçinin, xəstənin istəyindən və istifadə rahatlığından asılıdır.
 
- Zəhmət olmasa, miqrenin müalicəsində anticisimlərdən istifadə etmək kimi yeni yanaşmalar haqqında məlumat verin. “Lundbeck”lə əməkdaşlığınız bu metodların inkişafına necə kömək edir, onların effektivliyini yoxlamaq üçün hansı tədqiqat addımları təklif olunub?
 
- Yeni yanaşmalar PACAP kimi molekullara qarşı anticisimlərin hazırlanmasını əhatə edir. Metodlardan biri reseptorları deyil, PACAP molekulunun özünü bloklayan monoklonal anticisimlərin yaradılmasıdır. Bu, onun reseptorlarla qarşılıqlı əlaqəsinin qarşısını alaraq təsirini neytrallaşdırır. Belə bir yanaşma ənənəvi yanaşmalardan fərqlənir, çünki, o, patoloji prosesin daha erkən mərhələsində təsir göstərərək, miqreni törədən molekulları kənarlaşdırır.
 
“Lundbeck” PACAP-a qarşı yönəlmiş anticism hazırladı, tədqiqatımdan və bu hipotezə marağımdan xəbərdar olaraq əməkdaşlıq üçün mənə müraciət etdi. Biz birlikdə miqren xəstələrində bu anticismin effektivliyini qiymətləndirmək üçün tədqiqat aparmağı təklif etdik. Belə bir müalicə yanaşması əhəmiyyətli irəliləyiş ola bilər, çünki o, miqrenin patogenezində iştirak edən əsas molekula birbaşa təsir etmək imkanı verir.
 
Mən miqren xəstələri üzərində klinik sınaqlara keçməzdən əvvəl sağlam insanlar üzərində əlavə tədqiqatlar aparmağı təklif etdim. Sağlam könüllülər üzərində aparılan tədqiqatlar (faza 1) preparatın dözümlülüyünü yoxlamağa, yan təsirlərini aşkar etməyə və optimal dozanı müəyyən etməyə kömək edir. Mənim ideyam, könüllülərə venadaxili PACAP yeritməklə və eyni zamanda, anticisimlərin PACAP-ın səbəb olduğu fizioloji reaksiyaların qarşısını almaq qabiliyyətini sınamaqla, anticismlərin bloklayıcı təsirini yoxlamaq idi. Bu tədqiqat yeni metodun effektivliyini daha yaxşı başa düşməyə kömək edəcək və miqren olan xəstələrdə klinik sınaqların növbəti mərhələsinə yol açacaq.
 
- Hansı fizioloji reaksiyaları gözləyirdiniz?
 
- Damarların genişlənməsi, üzün qızarması, qan təzyiqinin düşməsi və ürək döyüntülərinin artması kimi reaksiyalar-PACAP-ın tipik təsiri gözlənilən idi. Əgər dərman sağlam insanlarda bu reaksiyaların qarşısını ala bilsə, miqrendən əziyyət çəkən xəstələrə qarşı effektli olma ehtimalını artıracaq.
 
Tədqiqat göstərdi ki, PACAP-a qarşı anticisim uğurla vazodilatasiyanın, ürək döyüntülərinin artmasının qarşısını aldı və baş ağrısını azaltdı. Bu, anticismin miqrenə və PACAP-la əlaqəli olan digər xəstəliklərə qarşı terapiya potensialını təsdiqlədi. Bundan sonra mən “Lundbeck” tərəfindən maliyyələşdirilən 2-ci faza sınaqlarına rəhbərlik etdim.
 
- Migreni olan xəstələrin iştirak etdiyi tədqiqat necə təşkil olundu və hansı mərhələləri əhatə etdi?
 
- Tədqiqat həm epizodik, həm də xroniki miqrenli xəstələri əhatə etdi. İştirakçıların daxil edilməsinə cavabdeh olan müxtəlif mərkəzlər və tədqiqatçılarla çoxmərkəzli bir araşdırma hazırladıq.
 
Birincisi, xəstələrin həqiqətən miqreni olduğundan əminlik üçün skrininq aparıldı. Bundan sonra onlara bütün tutmalar və simptomları qeyd etmək üçün elektron gündəliklər verildi. Bu ilkin addım, xəstənin tədqiqata uyğunluğunu təsdiqləməsinə yardımçı oldu və həmçinin, xəstənin təlimatlara əməl etmək istəyini üzə çıxardı.
 
Xəstələr daha sonra randomizasiya edildi – onlar aktiv dərman və ya plasebo qəbul edəcəklərini bilmirdilər. Sonrakı dövr ərzində, onlar bizim dərmanın effektivliyini qiymətləndirə bilməyimiz üçün gündəlik yazmağa davam etdilər. Müalicə başa çatdıqdan sonra mümkün yan təsirləri qeyd etmək məqsədilə müşahidə müddəti başladı. Bu, yalnız müalicə zamanı yox, həm də ləğv edildikdən sonra dərmanın təhlükəsizliyini qiymətləndirmək üçün vacibdir.
 
Beləliklə, dərmanın istifadəsindən əvvəlki və sonrakı məlumatları müqayisə etdik ki, onun miqrenin tezliyinə və intensivliyinə təsirini qiymətləndirək.
 
- Tədqiqatın əsas məqsədi nə idi və o, hansı nəticələri göstərdi?
 
- Tədqiqatın əsas məqsədi preparatın yüksək dozalarının (750 mq) plasebo ilə müqayisədə effektivliyini yoxlamaq idi. Tədqiqat 750 mq preparat alan xəstələrdə əhəmiyyətli yaxşılaşma göstərdi ki, bu da onun miqren tutmalarının qarşısını almaqda effektivliyini təsdiqlədi. Nəticə konsepsiyanın həyata keçirilə biləcəyini sübut etdi və klinik sınaqların növbəti mərhələsinə – 3-cü fazaya yol açdı.
 
3-cü faza preparatın effektivliyini və təhlükəsizliyini son dəfə yoxlamaq üçün çox xəstəni əhatə edəcək və daha uzun müddət davam edəcək. Nəticələr müsbət olarsa, preparat bazarda əlçatan olacaq və miqrenin profilaktikası üçün yeni vasitə olacaq.
 
Tədqiqatın əhəmiyyəti ondadır ki, o, 15 il ərzində bir molekulun miqrenə təsirinin öyrənilməsindən potensial yeni preparatın yaradılmasına qədər irəliləyib. Preparat hələlik venadaxili yeridilir; lakin müalicəni əhəmiyyətli dərəcədə asanlaşdıracaq- dərialtı yeridilmə forması üzərində işlər aparılır.
 
- Bu yeni dərman və yaxınlarda qeydiyyatdan keçmiş, digər molekula qarşı təsir göstərən dərman arasındakı fərq nədir?
 
- Fərq ondan ibarətdir ki, onlar müxtəlif molekullara yönəlib və fərqli mexanizmlər vasitəsilə işləyirlər. Təsəvvür edin ki, hər bir dərman hüceyrənin “qapılarına” təsir edir, lakin onların hər biri sistemi müxtəlif hissələrə aparır və fərqli prosesləri aktivləşdirir. Bu dərmanlar miqrenin qarşısını almaq üçün müxtəlif reseptorlardan istifadə edirlər.
 
Bu, müalicə imkanlarını genişləndirir, çünki biz xəstənin fərdi ehtiyaclarına əsaslanaraq dərmanı seçə biləcəyik. Əgər bir dərman kifayət qədər effektiv olmazsa, gələcəkdə kombinə edilmiş terapiya sayəsində xəstələrin miqrenli günlərinin sayı daha da azala bilər.
 
Həmçinin, indi PACAP-ın miqreni törətdiyi proses zamanı hansı reseptorun əsas olduğunu anlamaq vacibdir. Çünki bu halda yeni və daha doğru, dəqiq dərmanların hazırlanması mümkün olacaq. Biz gələcəkdə miqrenin daha effektiv və spesifik müalicə üsullarını təklif etmək məqsədilə bu mexanizmləri araşdırmağa davam edirik. Hazırda isə sözügedən dərman klinik istifadədə mövcud deyil, çünki hələ tədqiqat mərhələsindədir.
 
Musavat.com
Oxşar xəbərlər
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
07 Sep 2024 | 22:10
"İran Rusiyaya ballistik raketlər tədatük edir, ABŞ narahatdir" - "Reuters"
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
07 Sep 2024 | 21:58
Putini bu cür dayandıracağam - Tramp elan etdi
07 Sep 2024 | 21:50
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi
07 Sep 2024 | 21:43
Paralimpiya Oyunlarının qalibi bu ölkədir
07 Sep 2024 | 21:38
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş
07 Sep 2024 | 21:30
Xərçəng xəstəsi olan kralın vəziyyəti necədir?
07 Sep 2024 | 21:22
Selena Qomez milyarder oldu
07 Sep 2024 | 21:14
Hadisə jurnalistə əsəbiləşdi
07 Sep 2024 | 21:06
Azərbaycandan xaricə uçuşların sayında kəskin artım
07 Sep 2024 | 20:58
Yemək bişirməyə vaxtı olmayanlar bunu oxusun
07 Sep 2024 | 20:50
İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat
07 Sep 2024 | 20:47
"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev
07 Sep 2024 | 20:43
Bu ölkədə meymunlara görə referendum keçirilir
07 Sep 2024 | 20:41
Həftədə iki dəfədən artıq XƏNGƏL YEMƏK OLMAZ- ALİMLƏR AÇIQLADI
07 Sep 2024 | 20:31
İpotekanın verilməməsinin imtina SƏBƏBLƏRİ- KREDİT KARTLARINIZI...
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 20:20
Kimlərə isti havada qəhvə içmək olmaz?
07 Sep 2024 | 20:13
Qadın tabutu içindəki meyitlə birlikdə oğurladı - FOTO
07 Sep 2024 | 20:05
Gəlinin şirinlik istəyən uşağa reaksiyası qınağa səbəb oldu - VİDEO
07 Sep 2024 | 19:58
Alimentdən yayınanların diqqətinə - VİDEO
07 Sep 2024 | 19:56
3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ
07 Sep 2024 | 19:50
Xoşbəxt həyat üçün əsas amillər
07 Sep 2024 | 19:46
Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
07 Sep 2024 | 19:40
Tacikistanda zəlzələ oldu
07 Sep 2024 | 19:32
Semafordan svetofora qədər- KEÇMİŞDƏN GƏLƏCƏYƏ
07 Sep 2024 | 19:31
"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?
07 Sep 2024 | 19:24
Tədqiqatçılardan Ay haqqında yeni kəşf
07 Sep 2024 | 19:16
Dondurulmuş ətlərə möhtac qala bilərik
07 Sep 2024 | 19:08
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07 Sep 2024 | 19:00
Azərbaycanlı aktrisa paylaşımı ilə diqqət çəkdi - VİDEO
07 Sep 2024 | 18:47
Zelenski Pokrovskdakı vəziyyətdən danışdı
07 Sep 2024 | 18:43
Cüdoçularımızdan Avropa çempionatında 8 medal
07 Sep 2024 | 18:37
Dünyada bir ilk: Bu avtomobil tarixə düşdü - FOTO
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 18:25
İrəvandan Ankaraya bu tarixi körpü ilə bağlı məktub
07 Sep 2024 | 18:20
Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
07 Sep 2024 | 18:18
Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:10
Bu kitablar kimdə varsa, varlı olacaq
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:00
"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."
07 Sep 2024 | 17:52
Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazandı
07 Sep 2024 | 17:46
Ucarda 16 yaşlı qız qaçırıldı
07 Sep 2024 | 17:39
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
07 Sep 2024 | 17:37
“Rusiyanın bu addımı Ukraynanın uzaqvuran raketlərlə təchizatına kömək edəcək”
07 Sep 2024 | 17:32
XİN Braziliyanı Milli Günü münasibətilə təbrik etdi
07 Sep 2024 | 17:26
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
07 Sep 2024 | 17:20
Gecələr başsız dolaşan sirli adam: Qarşısına çıxanın ruhunu alır
07 Sep 2024 | 17:13
Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...
07 Sep 2024 | 17:06
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
07 Sep 2024 | 17:00
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
07 Sep 2024 | 16:54
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
07 Sep 2024 | 16:47
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
07 Sep 2024 | 16:41
Britaniyalı akademik: "COP29 Azərbaycan üçün mühüm bir addımdır"
07 Sep 2024 | 16:35
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
07 Sep 2024 | 16:29
Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
07 Sep 2024 | 16:22
Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi... - ŞƏRTLƏR
07 Sep 2024 | 16:16
Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...
07 Sep 2024 | 16:13
İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 16:02
Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
07 Sep 2024 | 15:56
Prezident İlham Əliyev fərman imzaladı
07 Sep 2024 | 15:49
"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN
07 Sep 2024 | 15:42
Keçmiş məhkum və onun qadın şərikində narkotik vasitə aşkarlandı - VİDEO
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 15:30
Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
07 Sep 2024 | 15:24
Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi - FOTO
07 Sep 2024 | 15:19
“Hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçının küçələrdə nə işi var?”
07 Sep 2024 | 15:12
Bazarda qiymətlər aşağı düşəcək: Yeni meyarlar müəyyənləşdi
07 Sep 2024 | 15:05
Sizi uğursuz edən 6 VƏRDİŞ
07 Sep 2024 | 14:58
"İsrail strateji təşəbbüsü əldən verib, İran isə hələ döyüşə başlamayıb" - İRNA agentliyi
07 Sep 2024 | 14:52
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
07 Sep 2024 | 14:46
Afət Fərmanqızıdan etiraf: "Həmin verilişə görə biz ayrıldıq" - VİDEO
07 Sep 2024 | 14:40
Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi ŞƏRT qoyurlar
07 Sep 2024 | 14:34
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatdı 
07 Sep 2024 | 14:27
Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
07 Sep 2024 | 14:20
COP29 Azərbaycan Sədrliyinin diplomatik korpusun üzvləri üçün ikinci brifinqi baş tutub - FOTO
07 Sep 2024 | 14:13
Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?
07 Sep 2024 | 14:06
Ağdam və Bakıda maşın qaçıranlar tutuldular
07 Sep 2024 | 14:00
"Manatlıq taksi"lərlə bağlı AÇIQLAMA
07 Sep 2024 | 13:56
Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA
07 Sep 2024 | 13:50
"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski
07 Sep 2024 | 13:44
Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
07 Sep 2024 | 13:40
Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
07 Sep 2024 | 13:36
İdmançımız finala vəsiqə qazandı
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 13:27
İlham Zəkiyev bu dəfə medal qazana bilmədi
07 Sep 2024 | 13:23
Vilayət Eyvazov TDT ölkələrinin DİN rəhbərlərinin iclasında İŞTİRAK ETDİ - FOTO
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 13:13
Xankəndidə silah-sursat tapıldı
GÜNLÜK
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 08:20
Rusiya-Ukrayna ilə müharibəsinin bitməsinin ŞƏRTLƏRİNİ AÇIQLADI -Payızda...
07 Sep 2024 | 08:49
 TƏCİLİ! Rusiyanın kəndləri boşaldılır - BU SƏBƏBDƏN 
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 08:11
Ukrayna ordusu Rusiyanın bu ərazisini bir aydır ki, nəzarətdə saxlayır...-VİDEO-XÜLASƏ
07 Sep 2024 | 06:50
"İran artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib..."-“The Wall Street Journal
07 Sep 2024 | 09:12
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
HƏFTƏLİK
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 08:20
Rusiya-Ukrayna ilə müharibəsinin bitməsinin ŞƏRTLƏRİNİ AÇIQLADI -Payızda...
07 Sep 2024 | 08:49
 TƏCİLİ! Rusiyanın kəndləri boşaldılır - BU SƏBƏBDƏN 
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 08:11
Ukrayna ordusu Rusiyanın bu ərazisini bir aydır ki, nəzarətdə saxlayır...-VİDEO-XÜLASƏ
07 Sep 2024 | 06:50
"İran artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib..."-“The Wall Street Journal
07 Sep 2024 | 09:12
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər