Dahilərin əzab və sevgi dolu eşq məktubları...
Oxunub: 6302
25 Aug 2016 | 15:30
Dahilərin əzab və sevgi dolu eşq məktubları...

Tanınmış yazarların, incəsənət adamlarının məhəbbət məktublarını oxuyarkən özümüzü bir qədər günahkar hiss edərik. Çünki onlara məxsus olanı, bəlkə də bizimlə bölüşmək istəmədiklərini onlardan icazəsiz oxuyuruq. Ancaq günah da olsa, biz bu məktubları oxumalıyıq. Oxumalıyıq və günümüzdə tez istehlak edilən bir "mal" halına gəlmiş məhəbbətin bir zamanlar daha güclü və təmiz olduğunu xatırlamalıyıq.



Moderator.az bir neçə dahi yazarın və bəstəkarın ürəyimizi isidəcək məhəbbət məktublarını təqdim edir. 




İlk olaraq Türk yazarı Camal Sürəyyanın xanımı Zühala yazdığı məktubu təqdim edirik: 

 "Həyatımsan.
 Bunu bilməyini istəyirəm. Hər şeydən əvvəl bunu bilməyini.
Bir də bir şeyi bilməyini istəyirəm: Məndən səbəbsiz yerə şübhələnirsən. Sənə heç bir zaman xəyanət etmədim. Edə bilmərəm.
Neçə ildir evliyik, bir yerdəyik. Hələ də səninlə olanda sevgindən başım fırlanır. Sevirəm səni. Hər keçən gün daha böyük bir eşqlə sevirəm. Nə olar, “akkavakkızı”, anla məni. Bu sevgimi xor görmə. Özünə yaraşdır bu sevgini.
Bu sətirləri ilk evimizin altındakı qəhvəxanadə yazıram. Və mən səni o ilk günlərdəkindən daha böyük bir ehtirasla sevirəm.
Biz iki ayrı çay kimi ayrı yerlərdən qopub gəldik, bir nöqtədə qovuşduq. Yanımızdan başqa bir qol da alaraq böyük bir göl meydana gətirdik; birlikdə axırıq indi. İndi bu necədirsə, həmişə də belə olacaq. Dənizə tökülənə, ölənə qədər. Bizim üçün tək şərt xoşbəxtlik olacaq. Heç bir şey bərabərliyimizi poza bilməz. Üçük, üç gözük biz. Sən də elə düşünürsənmi? Qəribədir, son bir-iki ayda məndən bir az uzaqlaşdın, araya məsafələr, tədirginliklər qatdığını düşünürəm, o zaman sən də eyni şeyləri düşünürsənmi?  Bunlar eşqin xüsusiyyətləridir, eşqin zaman-zaman insanın qarşısına çıxardığı imtahandır bəlkə də. Bunu belə yozmaq lazımdı. Bird aha sevirəm səni, tək budağımsan. Memoyla birlikdə, amma ondan da əvvəllsən. Bunu belə bilməlisən. Bilinməlidir bu.  
Kafenin önündən avtomobil keçir. Bir dənə də at arabası. Səni düşünərkən o atı da sevirəm. Çay içirəm. Artıq çobanyastığı çayı içəcəyəm. Necə yumuşaq, xəyalpərəst şeydir çobanyastığı. Evimizin önündə bir çobanyastığı ağacı olsun. Sən dibçəkdə də yetişdirə bilərsən. Axşam yatarkən Memoyla səndən danışdıq. Susanda da səni deyib susduq. Yatanda da səni deyib yatdıq. 
Axşamlar evə qayıdanda qapını sən aç, gözlərin”¦
Memo da məktəbdən qayıtmış olsun. Neçənci sinifdə oxusun? 
Mən bir duyğusal adamam. Keçmişdə bir filmə baxmaışdım, bir fransız filmiydi, adı “Jesuis un Sentimental” idi. O filmdəki adam kimiyəm deyəsən? 
Qəzəbim bəlli olar, həyəcanım ortaya çıxar da, sevincim, iztirabım dibə axar, orada böyüyər.
Yalnız səninlə güclüyəm. Sən olmasan bir mahiyyətim olmaz. Sev məni.
Yaşayacağıq.
Hər şeyə görə sənə borcluyam. Sənə rast gəldiyim zamanlar dağılmışdım. Sən sağaltdın məni. Əlimdən tutub qaldırdın. Mən də çörək kimi öpdüm, alnıma qoydum səni, əziz tutdum.
 Sevgi böyüdü, sevgi!
 Sən xəstəxanada hər gün yazacağam. Səni nə qədər sevdiyimi söyləyəcəyəm.
 Üzüyündən öpürəm!”

Qeyd edək ki, Zuhal Tekkanat dörd dəfə ailə həyatı quran Camal Sürəyyanın ikinci həyat yoldaşı olub. Bu evlilikdən onların Memo Emrah adlı bir oğlu dünyaya gəlib. Zühal ilə aralarındakı problemləri həll edə bilmədiklərinə görə ayrılıblar. Ayrılandan sonra Sürəyya oğlunu anasının yanında qoyub, Ankaraya qayıdıb. Camal Sürəyya xoşbəxtliyini ancaq 4-cü evliliyində tapa bilib.
 


İkinci təqdim edəcəyimiz, dahi alman bəstəkarı Lüdviq van Bethovenin heç vaxt adını çəkmədiyi gizli sevgilisinə yazdığı məktubdur: 


“Sabahınız xeyir, 7 iyulda
Hələ də yataqda olmağıma baxmayaraq düşüncələrim sənə gedir, ölümsüz sevgilim, indi və sonra şən, daha sonra kədərli tale bizi eşidəcək mi deyə öyrənmək üçün - yalnız tamamilə səninlə yaşaya bilərəm, ya da heç yaşaya bilmərəm. Bəli, ən sonunda həqiqətən qollarına uçaraq səninlə evdəyəm dəyənə qədər səndən çox uzaqda gəzməyə qərarlıyam.
Ruhlar ölkəsində sənə sarılmış ruhumu göndərərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Sənə olan sədaqətimi bildiyin üçün daha çox pərişan olacaqsan. Başqa kimsə ürəyimə sahib ola bilməz, heç vaxt, heç vaxt.
Ah, ilahi, birini bu qədər sevən insan niyə sevdiyindən ayrı qalmalıdır ki. Və indi mənim həyatım çox alçaq bir həyatdır. Sevgin məni dərhal insanların ən xoşbəxti və ən bədbəxti edir. Bu yaşda sakit və nizamlı bir həyata ehtiyacım var. Münasibətimiz də belə ola bilərmi?
Mələyim, mənə poçt arabasının artıq hər gün getdiyini söylədilər. Bu üzdən məktubu bir an əvvəl atmalıyam ki, sən də bir an əvvəl alasan. Sakit ol, sadəcə mövcudluğumuzu sakit bir nəzərdən keçirməklə yanaşı yaşama məqsədimizə çata bilərikmi. Rahat (ya da sakit) ol. Məni sev. Bu gün, dünən, göz yaşları dolu həsrət, sənin üçün, sənin üçün, sənin üçün. Həyatım, hər şeyim, əlvida.
Məni sevməyə davam et. Heç vaxt sevginin ən sadiq ürəyini səhv qiymətləndirmə.
hər zaman sənin
hər zaman mənim
hər zaman bizim”


Daha sonra, dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri olan Volfqanq Amadeus Motsartın həyat yoldaşı Constanzeyə yazdığı məktubu təqdim edirik: 


“Qeyd. Son səhifəni yazarkən kağızın üzərinə bir-birinin ardınca göz yaşları düşməyə başladı.
Amma sevinməliyəm - tut! - təccüblənəcəyin sayda öpüş uçur havada. Şeytan! Havada qaynayırlar!
Ha!ha! Üçünü tutdum. Çox ləzzətlidirlər! Bu məktuba cavab verə bilərsən, amma məktubunu Linz Poçtuna göndərməlisən. Ən etibarlı yol budur. Regensburga gedib getməyəcəyəmi hələ tam bilmədiyimdən sənə qəti bir şey deyəmmirəm. Zərfin üstünə "götürülənə qədər saxlamalısınız" yaz. Adieu.
Çox sevgili, sevgililərin sevgilisi, körpə sevgilim. Sağlamlığına diqqət et, qəsəbədə gəzməyi ağlından keçirmə. Xahiş edirəm yaz və yeni yerimizi  bəyənib, bəyənmədiyini yaz mənə, Adieu.
Səni milyonlar dəfə öpürəm...”


Bu məktubu isə böyük fransız yazarı, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri olan Viktor Hüqo sevgilisi Culyetta Druenə yazıb: 



“Bütün bu qaranlıq və siddət dolu günlərdə möhtəşəmdiniz, Culiettam.
Sevgi istədim gətirdiniz, sağ olun!
Gizləndiyim yerlərdə, daim təhlükədə gözləməklə keçən gecələrin sonunda, qapımda barmaqlarınızda titrəyən açarın səsini eşidəndə, pisliklər və qaranlıq da yox olurdu. İçəri işıq düşürdü! Çatışmalara ara veriləndə yanımda olduğunuz o qorxunc, amma müdhiş şirin saatları heç vaxt unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan sallanan o qədim əşyanı, yan-yana duran iki kreslonu, stolun bir küncündə yediyimiz yeməyi, gətirmiş olduğunuz soyuq toyuğu yaşamımız boyunca unutmayaq. Şirin söhbətlərimizi, nəvazişinizi, qayğınızı həmişə xatırlayaq.
Məni sakit və rahat gördüyünüzə təəccüblənmişdiniz. Bu sakitlik və rahatlıq haradan gəlir, bilirsinizmi? Sizdən....”


Qeyd edək ki, Viktor Hüqo Culyetta ilə tanış olanda Druen “əxlaqsız qadın” olaraq tanınırmış.  Hüqo ilə sevgili olandan sonra isə o, məhəbbəti naminə həyatını dəyişir. Həyatı boyunca sevgililərini əlcək kimi dəyişən Viktor Hüqo yalnız bircə qadını, Culyetta Drueni həqiqi qadını adlandırıb. Dürenə aşiq olanda Viktor Hüqo evil olduğuna görə Culyetta heç vaxt onun qanuni həyat yoldaşı ola bilməyib. Ancaq düz 50 il Hüqoyla  yatağını bölüşüb, əlyazmalarını köçürüb. 


Davamı var”¦

Hazırladı: Rumiyyə 

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."