Bilirəm, mən sənin
sevginə layiq deyiləm,
Istəsən
lap qarşında min dəfə
səcdə
qılam, əyiləm.
Axı,
nə dəyişər,
içi
yanan,
sinəsi
körüklənən torpağına
quru
baş qoymağımdan,
Xilas
edəcəkmi tövbələr bizi,
ruhumuzun
cəhənnəm əzabında
yanmağından?!
Nə
gözəlini öyməkdən,
nə
çiçəyinə tərif deməkdən,
nə
tərif deyəni,
təltifə
layiq görməkdən,
nə
kiçilib, nə də böyüməkdən
dəyişməz
halın,
Canıma
can qatan sən ey vəfalım.
Sən
insansan, nəbzinlə bir vurur
döyünən
ürəyim,
Bakı
sənin göy səman,
Təbriz
ona dayaq olan dirəyin.
Çaylar
qolların,
dağlar
dərd çəkən başın,
Çağlayan
bulaqlardır
sənin
göz yaşın.
Təbəssümünü
görürəm
açılan
hər çiçəkdə,
Səsini
dinlər hər kəs,
səni
sevsə ürəkdən.
Bədənindir,
içindən göylərinə
xəyalımın
qanad çaldığı
torpağın,
daşın,
Səndən
güc alır mənim
ruh
yaddaşım.
Lilli
suların durular,
açılar
könüllər,
Gör
nə qədər ulduz var,
yanıb
həm də sönərlər.
Oduna
pərvanəsidir yanan
şamların,
Gəlini
olardımı səhərlər,
örpəyi
düşməsəydi üzünə
axşamların?
Olan
var, olacaq var,
Çatılmamış
gör
nə qədər ocaq var.
Gediləsi
yollar hələ qabaqda,
Qos-qoca
dünyadır,
sıxılıb
durur özü boyda tabaqda.
Yetməyib
günü hələ
haqqı
deyənin,
Sorulacaq
hesabı bir gün
haqqı
yeyənin.
Quru
candın,
içinə
can suyundan canlar qatıldı,
Biri
sənin candan aşiqin,
biri
quru cana satıldı.
Olmayandan
olanların
oldusa,
Məhəbbətin
çıraq saldı
sinəmizə
doldusa,
Sevgi
özü əqidədir,
keçiləsi
yoldusa,
Varıb
gedək Vətən adlı
yolumuza!..
Nurəddin
İsmayıl