Salyan reallıqları
Köşə
Oxunub: 4358
08 Jun 2014 | 12:22
Salyan reallıqları

Salyan məni çox isti qarşıladı. Dünya yaranandan bəri bütün qonaqlarını qızmar günəşiylə qarşıladığı kimi. Günəşlə Kür çayının birlikdə yoğurub bərəkətə çevirdiyi bu torpağa səfərim son zamanlar rayonun icra başçısı haqqında mətbuatda gedən yazıları araşdırmaqdan çox, Salyanla tanışlıq xarakteri daşıyırdı.

Allah bu diyara həyat üçün lazım olan hər şeyi verib- təbii istilik enerjisi sayılan bol günəş, su, münbit topraq. Üstəlik, yerləşdiyi məkan da şimalla cənubu birləşdirən ticarət yolu üzərindədir. Salyan bu təbii və coğrafi mövqeyiylə yanaşı yetişdirdiyi insanlarla da dünyanın elm və mədəniyyət xəzinəsinə gözəl töhfələr verib. Bu diyarda Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürk, Qafqazın ilk şeyxülislamı Axund Məhəmmədəli Hüseynzadə, bəstəkar Arif Məlikov kimi ziyalıarımız yetişib. Görünür, məhz bu xüsusiyyətlərinə görə də mən Salyanı olduğundan çox-çox böyük təsəvvür edirdim. Salyan isə kiçik qəsəbəyə oxşayırmış.

Bu şəhəri gəzdikcə öz-özümə düşünürdüm; könül istərdi ki, Azərbaycan hakimiyyəti diqqətini paytaxtdan kənara yönəltsin, regionlarımızın inkişafına investisiyalar yatırsın. Hər il Bakının küçələrinə tökülən kapital regionların böyüməsinə yönəldilsəydi, indi gəzdiyim bu şəhər də belə balaca qalmaz, insanlarla qaynayardı. Nəticədə vətəndaşlarımızın işgörmə imkanları artar, iqtisadiyyatımız neftdən asılılıqdan qurtular, ölkəmiz dünyanın ən imkanlı dövlətlərindən birinə çevrilərdi. Nə yazıq ki, bütün bunlar hələ də xoş arzu olaraq qalır.

Buna baxmayaraq Salyan, üzərində əl gəzdirilmiş qəsəbə təsiri bağışlayır, binaların fasatını bəzəyən üzlük daşları, asfaltlanmış, vaxtaşırı süpürüldüyü hiss olunan yollar göz oxşayırdı. Xüsusilə yeni tikilmiş icra hakimiyyətinin binası rayonun boy-buxunundan belə hündür görünürdü.

Ətrafımı seyr etdikcə Salyan icra başçısının bu yaxınlarda mətbuatda səsləndirdiyi sözlər yadıma düşdü. Jurnalistlərin suallarını cavablandıran Tahir Kərimov rayonun abadlaşdırılması üçün Salyana 2 milyon manat vəsaitin ayrıldığını demişdi. Təsəvvür edirsinizmi? Cəmi-cümlətani 2 milyon manat. Hardasa Bakının hansısa məktəbinin təmirinə xərclənən qədər vəsait əhalisi 120 mini keçən bir rayonun abadlaşdırılması üçün ayrılır.

Qonağı olduğum Salyan sakinindən bu pulla bu qədər işin necə görüldüyünü soruşdum. Qonaqcım Salyanın yalnız büdcədən ayrılan vəsaitlə abadlaşdırılmadığını, bu işə rayonun yerli iş adamlarının da cəlb olunduğunu söylədi: “Rayonun abadlaşdırılması məsələsi yalnız icra hakimiyyətinin işi deyil və olmamalıdır. Salyan bizim məskənimizdir. Hər kəs öz evini təmiz, baxımlı saxlamağa çalışdığı kimi iş adamları da öz yaşadığı rayonun abadlığında maraqlı olurlar. Əsas odur ki, bu istəyi koordinasiya edə biləsən. Bunu isə icra hakimiyyəti təşkil edir. Yeni icra başçımızın fəaliyyətini bu mənada uğurlu saymaq olar”.

Əsl vətəndaş mövqeyi. Doğrusu, mənəvi dəyərlərin, vətəndaşlıq hissinin qıta çəkildiyi indiki dövrdə belə sözləri eşitmək insanı xeyli duyğulandırır. Qonaqçımın öz rayonları haqqında dediklərini dinlədikcə düşünürdüm; həqiqətən də müxtəlif insanlar eyni məsələyə fərqli tərəflərdən yanaşırlarmış. Salyana gələrkən rayon haqqında bilgi aldığım əslən salyanlı olan bir dostum məhz bu faktları əsas gətirərək icra başçısının öz səlahiyyətlərindən istifadə edərək kapitalını artırdığını deyirdi. Onun sözlərinə görə, Tahir Kərimovun bundan əvvəl işlədiyi Daşkəsəndə daş karxanası var imiş və o, Salyanın abadlaşdırılması adı altında yerli iş adamlarına və müəssisə rəhbərlərinə şəhərin müxtəlif hissələrinə üzlük daşı çəkdirirmiş.

Qonaqçımdan bu məlumatın nə dərəcədə həqiqətə uyğun olub olmadığını soruşmadım. Əvvəla, ona görə ki, vətəndaşlıq və rayon təəssübkeşliyi mövqeyindən çıxış edən bu adamın mənə verəcəyi cavabı bilirdim. İkincisi, iş görülən yerdə bu qədər söz-söhbətin çıxmasını normal hesab edirdim. Əsas odur ki, iş görülür və Salyan abadlaşır. Bu abadlaşma nəticəsində hamının büdcəsi öz statusuna görə böyüyür. İstər inşaatda işləyən fəhlənin, istərsə də onu işlə təmin edən sahibkarın. Sahibkarın kim olması isə artıq çox da önəm daşımayan detaldır və abadlığın real nəticəsini görən əhalini maraqlandırmır.

Üstəlik, Salyanın isra başçısının iradəsindən asılı olmayan Azərbaycan reallıqları var. Bu reallıqlar bəzən qanunvericiliyimizlə uzlaşmır. İcra başçılarının iş adamı kimi fəaliyyətini yasaqlayan qanunlar da bunlardan biridir. Ona qalsa, eyni qanunlar nazirlərə, komitə rəislərinə, deputatlara da şamil olunur. Amma heç kim iddia edə bilməz ki, Azərbaycanda hansısa iri məmurun biznes təsərrüfatı yoxdur. Bəzi mətbuat orqanlarının dənizdə üzən akulaları görməzlikdən gələrək çayda "çömçəquyruq" axtarması bu mənada ədalətli görünmür.

"Çömçəquyruq" demişkən, Salyanda balıqdan tutmuş digər kənd təsərrüfatı məhsullarına qədər çoxsaylı təsərrüfat obyektləri var. Ölkəmizin ən məhsuldar diyarlarından olan Salyan məhsuldarlığı ilə demək olar ki, bütün iri məmurların diqqətini cəlb edib. Ümumiyyətlə bu rayonda iqtisadi həyatla bərabər idarəetmə məsələsi də yalnız icra başçısından asılı deyil. Bunun ən böyük dəlili yeni icra başçısının özündən əvvəlki sələfindən qalan kadrlara toxunmamasıdır. Bu isə öz kadrlarıyla işləməyi xoşlayan Azərbaycan idarəçilik sistemində yalnız bir halda mümkündür-regional rəhbər köhnə kadrları işdən azad etmək qüdrətinə olmur.

Rayon əhalisiylə qısa söhbətlərim də bu ehtimalı qüvvətləndirir. Onların bildirdiyinə görə, yeni icra başçısı indiki vəzifəsinə təyin olunanda həyata keçirdiyi ilk iş bəzi rayon rəhbərlərinin yuvasına çöp uzatmaq olub. Belə ki, köhnə icra başçısı yerli iş adamlarının fədakarlığı sayəsində Kür daşqınından zərərçəkmişlər üçün 90-100 arasında ev inşa edib, amma onlardan bəzilərini təsadüfi adamlara, o cümlədən rəhbər şəxslərə hədiyyə veribmiş. Bu da rayonda daşqından zərərçəkmişlər arasında ciddi narazılıq yaradıb. Sonradan narazılığın artdığını görən sabiq başçı siyasi iradə qarşısında öz günahını yumaq və rayondan millət vəkili seçilmək məqsədilə evləri Heydər Əliyev Fondunun adına keçirib. Beləcə, yeni xələfinə narazı salınmış əhali buraxaraq özü paytaxta, Milli Məclisdə salyanlıları təmsil etməyə gedib. Yeni icra başçısı isə onun qucağına atılan bu od topasını rayon rəhbərlərinin adına keçirilmiş evləri zərərçəkənlərə qaytarmaqla söndürüb.

Elə bu faktın özü Salyanda köhnə kadrların işindən çox da razı qalmayan, amma onları dəyişdirə bilməyən yerli rəhbərliyin mövcudluğundan xəbər verir və eyni zamanda son vaxtlar ölkə mətbuatında Salyan rayonu və onun icra başçısı haqqında mütəmadi informasiya axışının əsl səbəblərinə işıq tutur. Axı hansı rayonun icra başçısı haqqında eyni kəlmələri söyləmək mümkün deyil? Niyə məhz bu qədər potensial hədəflər görülməzkən Tahir Kərimov nişangaha alınır.

Sözsüz ki, bu kəlmələrlə Tahir Kərimovu müdafiə etmək fikrində deyiləm. Onun haqqında deyilənlər doğru da, yalnış da ola bilər. Amma insaf da yaxşı şeydir. Mətbuatda yazılan kəlmələrin hər biri yalnız Salyana xas olan özəlliklər deyil. Bütün rayonlarda təmir və abadlaşdırma işi icra başçısının güvəndiyi, yaxından tanıdığı insanlara həvalə edilir və əslində burda qəbahət axtarmaq hardasa düzgün də deyil. Heç kim təsadüfi adamlara ciddi işlər həvalə etməz. Xüsusilə də iş üçün ayrılacaq büdcə vəsaiti bu qədər məhduddursa. Odur ki, Salyan haqqında yayılan informasiyalar mənim aləmimdə yuvasına çöp uzadılan arıların vızıltısına bənzəyir. Kim  bilir, bəlkə də informasiya qaynağını elə icra hakimiyyəti binasının içərisində, rayon rəhbərinin yan-yörəsində axtarmaq lazımdır. İrəli sürdüyümüz bu mülahizənin nə qədər əsaslı olub olmadığını təbii ki, zaman göstərəcək.

Sual oluna bilər; Salyanda doğrudanmı heç bir problem yoxdur, insanlar şad-xürrəm yaşayırlar? Əlbəttə, xeyr. Salyan da Azərbaycanın digər rayonları kimi problemlər içərisində çabalayır. Sadəcə, nədənsə mətbuata ötürülən informasiyalarda bu problemlərin heç birinə toxunulmur. Ümumi sözlərlə hər bir icra başçısının haqqında deyilə biləcək şablon ifadələrlə kimlərinsə kölgəsi qamçılanır. Məni vətəndaş kimi də məhz bu amil narahat edir.

Problemlərini dinlədiyim salyanlıların isə ən çox dad çəkdiyi adamlardan biri Əlikram Camalovdur. Məlumat üçün qeyd edim ki, Əliikram Camalov Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır. Salyanın el arasında "5-ci şöbə" adlanan Düzənlik məntəqəsi onun nəzarəti altındadır. Bir zamanlar ətraf kəndlərin örüş yeri olan bu məntəqəyə indi heç kimin bir qotur keçisi belə cəsarət edib girə bilməz. Nədən ki, Əlikram Camalovun "5-ci şöbə" deyilən kəndə gedən yolun üstündə “Hacı Camal xan” adlanan ucsuz bucaqsız fermaları var və bu fermaların mal-qarası həmin Düzənlik adlanan yerdə qarınlarını doyururlar. Deyilənlərə görə eyni tipli fermadan biri də Sabirabad rayonu ərazisindədir.

Şikayətçilərdən bu informasiyaları eşitdikcə tüklərim biz-biz olurdu. Allahın kərəmətinə qurban olum, bütün dünyada yalnızca insanlar arasında silkləşmə, sinifləşmə vardır. Bizdə isə bu virus hətta heyvanlara da yoluxub. Hansısa nazirin heyvanı otlayan yerdə kasıb kəndlinin dilqanmaz heyvanının nə hüququ var ki, ağız açıb mələsin.

Camalov qardaşlarının Salyanda iqtisadi bazaları bununla da bitmir. Məlumata görə, Qaraçala ərazisində Kür çayının 7-8 kəndini suyla təmin edən kanal da Əliikram Camalovun nəzarətindədir və o, istədiyi zaman suyu kəsə və kənd camaatını susuz qoya bilər. Bu informasiyaları yertində öyrənmək niyyətilə deyilən əraziyə getmək istəyirdim. Lakin Bakıya tez qayıtmaq problemi yarandığından bu niyyətim baş tutmadı. İnşallah, yaxın günlərdə bu haqda daha ətraflı yazılarım olacaq.

Azərbaycan intellektual dünyasına öz damğasını vuran Salyanın mədəniyyət sahəsində də ciddi problemləri var. Halbuki, bu rayon nəinki Azərbaycan, hətta dünya səviyyəli mədəniyyət və incəsənət xadimləriylə tanınır. Bir vaxtlar Xəlil Rza Ulutürk, Aşıq Pənah, bəstəkar Arif Məlikov kimi nəhənglər yetişdirən Salyanda indi nədənsə bu ənənələrin davam etdirilməsinə barmaqarası baxılır. Hər halda Azərbaycan Yazıcılar Birliyinin  Muğan bölgəsinin sədri Namiq Hacıheydərli belə düşünür:

“Salyan həqiqətən də indiyə qədər öz tanınmış ziyalılarıyla seçilib. Bunun başlıca səbəbi bəyənmədiyimiz sovet hökuməti dövründə mədəniyyət və incəsənət xadimlərinin tez-tez Salyana səfərləri və keçirilən tədbirlər idi. Gənc istedadlar üçün müxtəlif mədəniyyət ocaqlarında dərnəklər fəaliyyət göstərir və burada təşkil olunan görüşlərdə onların paytaxtla ünsiyyətləri yaranırdı. Beləcə, gələcəyin mədəniyyət və incəsənət xadimləri yetişirdi. Nə yazıq ki, son zamanlar bu ənənənin tamamilə unudulduğu müşahidə olunur. Şəxsən mən Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədriyəm. Özüm də şəxsən salyanlıyam. Buna baxmayaraq bir dəfə belə salyanlı gənclərlə görüşüm keçirilməyib. Bu sahəyə rəhbərlik edən şəxs kimi bildirirəm ki, yalnız mənimlə deyil, heç kiminlə bu cür vacib görüşlərə şərait yaradılmır. Özü də tək Salyanda yox, digər rayonlarda da vəziyyət belədir. Bu günkü yerli rəhbərlər yalnız iqtisadi layihələrə yer və vəsait ayırırlar. Halbuki, milləti millət edən əsas faktor onun mədəniyyəti və incəsənətidir”

Sonda Namiq Hacıheydərli ümidvar olduğunu bildirdi ki, bu sözlərini rayon rəhbərliyi xoşməramlı mesaj kimi qəbul edəcək və məlum çatışmazlığın aradan qaldırılmasında əlindən gələni əsirgəməyəcək. 

Nə deyək? Biz də moderator.az saytı olaraq Namiq bəyin bu ümidlərinin reallaşacağını təmənna edirik.

Heydər Oğuz

Oxşar xəbərlər
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib