“Müstəqil ölkəni yaltaqlar deyil,  müstəqil əqidəli vətəndaşlar qurmalıdır...”
Oxunub: 4171
18 Oct 2019 | 14:19
“Müstəqil ölkəni yaltaqlar deyil,  müstəqil əqidəli vətəndaşlar qurmalıdır...”
Müstəqillik(!) günümüzü qeyd edirik. Dövlət(!) müstəqilliyimizin bərpasının elan edildiyi günü... Hərçənd boğazdan yuxarı “müstəqillik- ən böyük sərvətimizdir” deyib özünün, ailəsinin, tayfasının var-dövlət qazanmaq müstəqilliyi, azadlığı üçün çalışanlar üçün nə bu gün- 18 Oktyabr, nə  28 May - Respublika günü, nə də 9 Noyabr – Milli Bayraq günü batində heç bir məna kəsb etmir. Çünki belələri dünən sovet-rus bayrağı altında da, bu gün üçrəngli Azərbaycan türk-müsəlman bayrağı altında da eyni bir əqidəyə malikdirlər: mümkün qədər yüksək vəzifə qazanmaq və “el” dilində desək, yeyib-dağıtmaq, yəni ölkənin, xalqın sərvətlərini öz şəxsi, ailə, tayfa maraqları üçün müstəqil(!), azad(!)  şəkildə talamaq, dağıtmaq... Sabah, Allah iraq eləsin, bir İvan İvanov, yaxud bir Aşot Sarkisyan da gəlib Bakıda rus, yaxud erməni bayrağı qaldırsa, belə buqələmunlar yenə onlara da yalmanıb-yaltaqlanıb murdar, üfunətli nəfs tuluqlarını qoruyub saxlayaraq  işğalçı, düşmən bayraqları altında da  öz xalqlarının qanını sormaqda davam edəcəklər... Necə ki, 28 ildir  hüquqi cəhətdən müstəqil ölkədə Azərbaycan bayrağı, Azərbaycan gerbi altında, Azərbaycan himninin sədaları altında bacardıqları qədər milli sərvətlərimizi çapıb-talayır,  sadə, məzlum vətəndaşlara qan uddururlar...

*** 

Sözümün canı ondadır ki, müstəqil ölkə belə çoxüzlü, simasız, əqidəsiz, yaltaq, rüşvətxor, kölə xislətli məxluqlarla deyil, müstəqil düşüncəli, əqidəli, dürüst, halal, qanunpərəst vətəndaşlarla qurulmalıdır...  

***

Nə yazıqlar ki, son 28 illik demokratik adlanan şəraitdə zaman-zaman yaltaqlara, haramxorlara meydan verildi. Və onlar Allaha asi olmuş və Qiyamətədək insanları, bəşəriyyəti doğru yoldan çıxaracağını vəd etmiş Şeytanın qulları, canişinləri kimi bu ölkəyə, bu xalqa bacardıqları zərbələri vurdular və buna davam edirlər... 

***

Bunlar havadan deyilən sözlər deyil, bunlar bütün xalqın, hər bir şüurlu vətəndaşın gözü qarşısında baş verən və hətta müstəqil(!) ölkənin prokurorluqları, məhkəmələrinin araşdırıb sübut etdikləri və hələ “en” qədəri araşdırılıb sübut edilməmiş acınacaqlı, faciəvi faktlardır... Və nə yazıqlar ki, belə yaramaz əqidəli insan cildli məxluqlar bu gün də həm aşağıda, həm yuxarıda, həm müxalifətdə, həm iqtidarda kifayət qədərdir. Bu barədə etiraflar dövlət başçısının bu günlərdə keçirdiyi iqtisadi müşavirədə də  eşidildi...

***

Dövlət başçısı “altdan-altdan” dövlətə qarşı iş görənlərdən danışdı... Kimdi onlar? Həmin kölə, yaltaq xislətli, dövlət, hökumət qurumlarının içərisində və ətrafında yallanan, yalmanan çaqqal sürüləri...

*** 

Dövlət başçısı müxtəlif  iri layihələrin icrası ilə bağlı rəhbərliyə təqdim edilən, şəxsi qazanc əldə etmək məqsədi ilə “şişirdilmiş rəqəmlərdən” danışdı... Kimlərdi o rəqəmləri şişirdənlər? Əlbəttə, yenə həmin əqidəsiz, simasız, çoxüzlü, yaltaq rüşvətxor və korrupsionerlər...

*** 

On illərdir ki, bu kölə, yaltaq xislətlilərin qurduğu və dəstəklədiyi korrupsiya şəbəkəsi ölkəni və xalqı, dövlət büdcəsini talan etməklə, hər birimizin cibinə girməklə yanaşı, həm də kütləvi şəkildə vətəndaşların düşüncə, əqidə sistemini pozur, onları məddahlığa, yalana, saxtakarlığa, fırıldağa, dələduzluğa, rüşvətxorluğa məcbur etməklə müstəqil dövlətçiliyimizə, ordumuza ikrah hissi ilə baxmağa vadar edir...

**** 

Artıq ölkədə yaltaqlıq, rüşvətxorluq, saxtakarlıq, dələduzluq tipli cəmiyyəti çökürdən, müstəqilliyimizə meydan oxuyan “xərçəng” xəstəlikləri tüğyan edir. Gündəlik həyatda hər birimizin rastlaşdığı, eləcə də kriminal xəbərlərdə səslənən, görüntülənən saysız-hesabsız xəyanət, cinayət faktları dediklərimizin bariz sübutudur...

*** 

Və nə qədər ki, getdikcə məmləkəti daha çox saran bu düşüncə, bu əqidə, bu həyat tərzi sistemi kəskin bir dönüşlə dəyişdirlməyib, dünyanın ən ali, ən müasir islahatlarını da başlatsan, bu ölkədə onları sonacan layiqincə həyata keçirmək mümkün olmayacaq...

*** 

Adi bir rayonda  rüşvətxor, dələduz icra başçısını  və ya rəisi, prokuroru vətəndaşların qanuni və haqlı etirazlarından qoruyan, onların həmin bölgənin son qarışınadək satıb-talamasını təmin edən kimlərdir? Yuxarılardakı və ətraflarındakı yaltaqlar... Öz əqidələrində olan məxluqlar... 

***

Bəzən  aşağılardakı vəzifəsiz, pulsuz-parasız, alçaq “ranqlı” yaltaqlar gələcəkdə özlərinə, yaxud övladlarına 5-10 manat pul, yaxud  kiçik bir vəzifə verilməsi üçün belə başçılara, nazirlərə o dərəcədə yaltaqlanırlar ki, onları o dərəcə də mədh edirlər ki, həmin başçı və ya nazirlər elə bilirlər ki, onlar nəinki rəhbərlik etdikləri bölgə, yaxud nazirliyin, bütövlükdə Azərbaycanın yiyəsidirlər. Odur ki, harınlayır, qudurur və cəzasızlıq şəraitində ağıllarına gələni edirlər...

***

Bir sözlə, öncə dediyimiz kimi, müstəqil ölkə bu gün müstəqil düşüncəli, əqidəli, dürüst, Vətənsevər, dövlətsevər, qanunsevər, inanclı insanlara, vətəndaşlara möhtacdır... Yalnız belə insan(!) vəzifə adamlarının sayəsində  ölkədə gerçək islahatlar həyata keçirmək, eyni zamanda torpaqlarımızı da işğaldan azad etmək mümkündür...

***

Müstəqil əqidəli insan, vətəndaş heç də dikbaş, ipə-sapa yatmayan şəxslər anlamına gəlmir. Onlar bacarıqlı, savadlı, öz işini gərəyincə bilən, şəxsiyyətli, qürurlu vətəndaşlar, eyni zamanda özlərindən yuxarıdakı vəzifə sahiblərinin qanuni(!) tapşırıq və göstərişlərini layiqincə yerinə yetirə bilən adamlardır. Kimlərsə qanunsuz tapşırıq və göstərişləri icra etməyənləri “dikbaş” hesab edirsə, o başqa məsələ...

***

Amma ona qəti əmin olmaq lazımdır ki, ölkəni, dövləti irəli – gerçək müstəqilliyə, gerçək inkişafa aparacaq şəxslər üzdə başçıya, nazirə, Prezidentə yaltaqlanıb, onları ifrat tərif edənlər deyil, gördüyü nöqsanlara, xətalara, cinayətlərə göz yummayan və yeri gələndə ən yüksək vəzifəli şəxsin də səhvini, günahını üzünə söyləyə bilən şəxsiyyətlərdir(!)...

Sultan Laçın 


Oxşar xəbərlər
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO