17:11
                            
15°C
                                            
                                            Bakı
                                        
                            Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, təsisçisi olduğu "iamzerv academy"nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb.
Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə polis idarəsində araşdırmalar davam etdirilir.