İxracdan əldə olunan daha 139 milyon manat ölkəyə qaytarıldı
Kriminal
2233
27 Dec 2024 | 12:28

İxracdan əldə olunan daha 139 milyon manat ölkəyə qaytarıldı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
 
Bildirilir ki, kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 139 milyon manat pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilib:
 
"Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
 
Hazırkı vaxtadək Bakı şəhərinin Nəsimi, Səbail və Sabunçu rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 107 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
 
Bundan başqa, Göyçay, Şamaxı, Quba, Cəlilabad, Qax və Salyan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 18,63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31,6 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
 
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər