Kriminal
942
15:32, Bu gün

"İlin ən uğurlu iş xanımı" dələduzluq ittihamı ilə hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.
 
İş üzrə Dövlət Sosial Müdafiə Fondu ilə yanaşı, 132 nəfər zərərçəkən, ümumilikdə 465 min manat zərər var. İttihama görə, ziyanın 428 min 375 manat hissəsi vətəndaşlara, 37 min manatı isə DSMF-yə vurulub. Müttəhim ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, azadlığa buraxılıb. Hazırda 43 min manat ödənilməmiş ziyan qalıb.
 
Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.
 
İttihama münasibət bildirən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Külli miqdarda dələduzluqda ittiham olunan Havvaxanım Rüstəmova ev dustaqlığındadır.
 
Qeyd edək ki, "Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir. O, xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.
 
Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
Proses yanvarın 27-də davam edəcək.
 
Link kopyalandı!
Son xəbərlər