Ağdaşda məktəbli qızla evində görüşüb hər şey etdi: Atası biləndə... – Şok təfərrüat
Kriminal
1003
14:16, Bu gün

Ağdaşda məktəbli qızla evində görüşüb hər şey etdi: Atası biləndə... – Şok təfərrüat

Ağdaş rayonunda 2002-ci il təvəllüdlü Ehtiram yetkinlik yaşına çatmayana Laləyə (adlar şərti göstərilib – red.) qarşı seksual hərəkətlər edib.
 
Ehtiram on altı yaşına çatmadığı ona aşkar surətdə məlum olan Lalə ilə ilk dəfə 2023-cü ilin dekabr ayının əvvəllərində onun öz razılığı ilə könüllü olaraq Ağdaş rayonunun kəndində yaşadığı evin həyətyanı sahəsində tikilməkdə olan evin hamamında təbii və qeyri-təbii yolla cinsi əlayə girib.
 
Bundan başqa, 2024-cü ilin fevral ayının əvvəllərində o, təkrarən həmin yerdə qeyri-təbii yolla, sonuncu dəfə isə 2024-cü ilin mart ayının sonlarında çardağın altında təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli digər hərəkətlər edib.
 
“Nömrələrimizi verdik”
 
İstintaq orqanı tərəfindən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır, ruhi-əsəb və hər hansı digər xəstəliyi yoxdur:
 
“Ağdaş rayon sakini Laləni tanıyıram. 2023-cü ilin yaz aylarında onunla bir neçə dəfə məktəbə gedib-gələn və avtobusda olan zaman qarşılaşmışam. Sonradan bir-birimizdən xoşumuz gəldi. Bu səbəblə bir-birimizlə könüllü şəkildə nömrələrimizi verdik, vatsap vasitəsi ilə əlaqə saxladıq”.
 
“Yarımtikilidə görüşdük”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 12 iyun 2023-cü ildən etibarən Lalə ilə sevgili olublar: “2023-cü ilin avqust ayında anam və əmimin arvadı elçi getdilər. Lakin atası Sahib Lalənin yaşının az olduğunu, gələcəkdə yaşı tamam olanda istəyərlərsə bir şey fikirləşəcəyini dedi. Lakin bir-birimizi istədiyimizdən danışmağa davam etdik. 7-10 gündən bir yolda görüşərək söhbətləşdik.
 
2023-cü il dekabr ayının əvvəllərində vatsap vasitəsi ilə yazışıb görüşdük, cinsi əlaqədə olmaq qərarına gəldik. Lalənin yaşadığı həyətdə tikilməkdə olan evdə görüşməyi planlaşdırdıq. Axşam saat 20 radələrində həmin evin həyətinə getdim. Birlikdə yarımtikili vəziyyətdə olan hamama keçdik. Orada öpüşməyə başladıq. Lalənin razılığı ilə qeyri-təbii yolla onunla cinsi əlaqədə oldum. Bundan sonra yenə onun öz razılığı ilə təbii yolla cinsi əlaqədə olduq. Lalənin bakirəliyi pozuldu. Biz ümumilikdə təxminən 15 dəqiqə təbii və qeyri-təbii yollarla cinsi əlaqədə olmuşuq”.
 
“Anasından icazə aldım”
 
Ehtiramın ifadəsinə görə, 2024-cü ilin fevral ayının əvvəllərində vatsapda yazışan zaman görüşüb və söhbətləşmək qərarına gəliblər: “Lalə görüşmək üçün anasından icazə almağımı istədi. Onun anası Süsənə zəng edərək niyyətimi bildirdim. Lalənin anası buna icazə verdi. Axşam saat 20 radələrində onların həyətinə getdim. Birlikdə yarım ikili vəziyyətdə olan hamamda söhbət etdik. Qarşılıqlı şəkildə cinsi əlaqədə olmaq qərarına gəldik. Öpüşməyə başladıq, sonra qeyri-təbii cinsi əlaqədə olduq”.
 
Ehtiram qeyd edib ki, 2024-cü il martın sonlarında yenidən görüşmək qərarına gəliblər: “Bu dəfə həyətlərinin digər tərəfində, babasının evinin arxa hissəsində gizli görüşməyi planlaşdırdıq. Axşam saat 20 radələrində evin həyətinə gəldim, birlikdə çardaqda söhbət etdik, öpüşməyə başladıq. Sonra Lalənin öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Bundan sonrakı müddətlərdə Lalə ilə cinsi əlaqədə olmadıq”.
 
“Lalə hər şeyi danışdı”
 
Təqsirləndirilən şəxs bildirib ki, 2024-cü ilin mart ayının sonlarında Lalənin atası onunla əlaqə saxladığından şübhələnib və bu barədə tənbeh edib: “Bu barədə Lalə də mənə dedi. Martın 30-da Lalə ilə münasibətlərimizi atasına deməyi barədə qərarlaşdıq.
 
Mən Lalənin atasına ümumi şəkildə görüşərək söhbətləşdiyimizi, hədiyyələşdiyimizi dedim. Atası bu səbəblə “102” xidmətinə zəng edərək onları narahat etməyim barədə məlumat verdi.
 
Lalə bundan sonra anasına bir neçə dəfə könüllü olaraq təbii və qeyri-təbii yollarla cinsi əlaqədə olmağımızı danışdı.
 
Lalə ilə ad günündə və 14 fevral - Sevgililər günündə bir-birimizə hədiyyə almışıq. Bir-birimizə qarşılıqlı şəkildə sevgi mesajları yazmışıq, şəkillər göndərmişik”.
 
“7-10 gündən bir yolda görüşərək söhbətləşdik”
 
İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, Ağdaş rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, orta məktəbin 9-cu sinif şagirdidir, ruhi-əsəb və hər hansı digər xəstəliyi yoxdur: “2023-cü ilin yaz aylarında Ehtiram mənimlə bir neçə dəfə yaşadığı kənd ərazisində məktəbə gedib-gələn və avtobusda olan zaman qarşılaşmışdı. Sonradan bir-birimizdən xoşumuz gəldi. Bu səbəblə bir-birimizə könüllü şəkildə nömrələrimizi verdik, vatsapla əlaqə saxladıq.
 
12 iyun 2023-cü ildən etibarən sevgili olmuşuq. 2023-cü ilin avqust ayında Ehtiramın anası ilə əmisinin arvadı elçi gəldi. Lakin atam yaşımın az olması səbəbi ilə buna razı olmayaraq gələcəkdə yaşım tamam olarsa və istəyərlərsə bir şey fikirləşəcəyini dedi. Buna baxmayaraq bir-birimizi istədiyimizdən danışmağa davam etdik. 7-10 gündən bir yolda görüşərək söhbətləşdik”.
 
Zərərçəkmiş qeyd edib ki Ehtiramla 2023-cü ilin dekabr ayının əvvəllərində yazışan zaman görüşüb, cinsi əlaqədə olmaq qərarına gəliblər. Ehtiramla dəfələrlə görüşüb, cinsi əlaqədə olublar:
 
“2024-cü il mart ayının sonlarında atam Ehtiramla əlaqə saxladığımdan şübhələndi, məni tənbeh etdi. Mən də bunu Ehtirama dedim. Martın 30-da Ehtiramla münasibətlərimizi atama demək barədə qərarlaşdıq.
 
Ehtiram atama ümumi şəkildə görüşərək söhbətləşməyimizi, hədiyyələşməyimizi dedi. Atam “102” xidmətinə zəng edərək Ehtiramın məni narahat etdiyi barədə məlumat verdi. Bundan sonra anama Ehtiramla bir neçə dəfə könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmağımı danışdım”.
 
“Məni məcbur etməyib”
 
Zərərçəkmişin sözlərinə görə, Ehtiramla ad günündə və 14 fevral - Sevgililər günündə bir-birilərinə hədiyyə alıblar: “Aramızda sevgi mesajları olub. Ehtirama normal, yarı çılpaq və çılpaq vəziyyətdə şəkillər göndərmişəm. Cinsi əlaqədə olan zaman gələcəkdə evlənmək düşüncəsində olduğumuzu, nikah bağlayaraq ailə həyatı quracağımızı bildirmişik.
 
Ehtiram mənimlə cinsi əlaqədə olan zaman yaşımınm on altıya çatmadığını bilib.Onunla könüllü cinsi əlaqədə olmuşam. Ehtiram məni məcbur etməyib. Bu barədə bizdən başqa heç kimin xəbəri olmayıb”.
 
Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
 
Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi qeyd edib ki, təqsirləndirilən Ehtiramla zərərçəkmiş Lalənin niyyəti ailə qurmaq olub, Ehtiram cavanlıq edib, fikirləşməyib ki, bunun sonu cinayətlə nəticələnə bilər. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində cəza növü olmayan cəza təyin olunmasını istəyib.
 
Hər iki tərəfin şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti və dövlət ittihamçısının protesti - heç biri təmin olunmayıb. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər