Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi:
Kriminal
638
14:37, Bu gün

Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Nahid həmyerlisi Ləmana (adlar şərti verilib – red.) təcavüzə cəhd edib.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nahid 3 sentyabr 2023-cü ildə fəhlə işlədiyi MMC-də gecə növbəsindən çıxıb və səhər saatlarında evə gəlib.
 
Gün ərzində sipirtli içki qəbul edib, yüngül dərəcəli sərxoş vəziyyətdə yaranmış cinsi ehtirasını təmin etmək məqsədi ilə bir neçə dəfə yaşadıqları binanın həyətində gördüyü və qiyabi tanıdığı qonşu Ləmannın əri Salehin axşam saatlarında avtomobilini binanın qarşısında görməyib.
 
Salehin evdə olmadığını yəqin edib və saat 23:30-da pəncərədən Ləmanın mənzilinə daxil olub. Qadının hamamdan çıxdığını görəndə onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Ləman qorxaraq mənzilin qonaq otağına keçib və qapını bağlayıb.
 
Nahid əlindəki bıçaqla qapının kilidini açmaq niyyəti ilə qapının pənçərəsini və tutacağını sındırıb. Əlindəki bıçağı nümayiş etdirib və zor hədəsi ilə Ləmanla cinsi əlaqədə olmağı təkid edb.
 
Ləman Nahidin qarşısını ala bilməyəcəyindən qorxaraq qışqırıb və qonşuları köməyə çağırıb. Vəziyyəti belə görən çağırılmamış qonaq mənzili tərk edib və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.
 
İstintaq orqanı tərəfindən Nahidin barəsində Cinayət Məcəlləsinin 29,149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ittiham üzrə özünü təqsirli bilməyib.
 
O, ifadəsində göstərib ki, hadisə baş verən gün spirtli içkinin təsiri altında evinə gedib, harada və kiminlə görüşməsini xatırlamır: “Mən Ləmanın yaşadığı evə getməmişəm, onun evinə girməmişəm. Barəmdə Mingəçevir Şəhər Məhkəməsində inzibati qaydada işə baxılarkən tanımadığım şəxslərdən biri mənə bağışlanmağımı deməsini, bu zaman məni buraxacaqlarını söyləyib. Buna görə məhkəmədən məni bağışlamasını xahiş etmişəm”.
 
Məhkəmədə Nahidin ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb. İbtidai istintaqa verdiyi ifadəsində o göstərib ki, 3 sentyabr 2023-cü ildə işlədiyi şirkətdə gecə növbəsini təhvil verdikdən sonra gün ərzində spirtli içki qəbul etdiyinə görə alkoqolun təsiri altına düşüb. Sərxoşlıuğun təsiri altında həmin gün harada, nə ilə məşğul olmasını xatırlamadığını deyib.
 
Nahid qeyd edib ki, artıq sentyabrın 3-dən 4-nə keçən gecə evdə çarpayıda yatdığı zaman anası onu yuxudan oyadıb, qonşuluqda yaşayan Salehin evinə daxil olması və bununla əlaqədar bir neçə polis əməkdaşının gəlməsi barədə məlumat verib:
 
“Polis əməkdaşları ilə şöbəyə getdim. Sərxoşluğum yoxlandıqdan sonra şöbənin saxlama yerində 24 saatdan çox qalıb şəhər məhkəməsinə aparıldım. Məhkəmədə inzibati qaydada barəmdə işə baxılarkən olanların heç birini xatırlamadığımı bildirdim”.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, sentyabrın 3-də saat 23:30-da övladlarını yataq otağında yatızdırdıqdan sonra qapını bağlayaraq yuyunmaq üçün hamama keçib:
 
“Bir neçə dəqiqə sonra hamamdan çıxdım və dəsmala bükülərək qonaq otağına keçərkən yataq otağının qapısının açıldığını gördüm. Yataq otağında azyaşlı uşaqlarımdan birinin oyandığını zənn etdim. Nahidin dəhlizdə əlində bıçaqla durduğunu gördüm. Nahiddən yüksək səslə evimdə nə etdiyini soruşdum. Qonaq otağının qapısını dərhal üzünə bağlayıb içərdən kilidlədim. Həmçinin Nahiddən evimi tərk etməsini tələb etdim.
 
Nahid sözlərimə heç bir məhəl qoymadı. Qapını əlləri və ayağları ilə vuraraq “aç qapını, səni istəyirəm, aç qapını” deyə ifadələr işlətdi. Qapının açılmadığını görəndə əlində olan bıçaqla qapının tutacaq yerini zədələyib sındırdı. Bıçağın tutacaq yeri ilə qapının şüşəsinə bir neçə zərbə vuraraq şüşəni çatlatdı. Mənimlə cinsi əlaqədə olmaq istədiyini təkidlə bildirdi. Nə etsəm xeyri olmadığını, mənimlə cinsi əlaqədə olacağını dedi”.
 
Ləman qeyd edib ki, daha sonra qorxudan və həyacandan qışqıraraq qonşuları köməyə çağırmağa başlayıb:
 
“Səsimi eşidən Nahid qaçaraq evi tərk etdi. Uşaqlarım səsimə oyanaraq ağlamağa başladıqda qonaq otağının qapısını açdım, onları sakitləşdirmək üçün yataq otağına keçdim. Gördüm ki, eyvanda olan əşyaları dağılıb.
 
Evin quruluşuna görə yataq otağının pəncərəsi eyvana, eyvanın pəncərəsi isə artıq binanın arxa həyətyanı sahəsinə açıldığından Nahid evə pəncərədən daxil olub, eyvandan da yataq otağına keçib. Nahidlə barışmamışam, onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişəm”.
 
Məhkəmə sənədlərində məlum olub ki, bundan əvvəl Nahid İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkib əlamətlərinin olub-olmaması barədə icraata baxılarkən onun əməlində Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin cinayət tərkib əlamətləri olduğundan həmin dövrdə inzibati xəta protokolu ilə başlanmış inzibati iş üzrə icraata xitam verilib. Bu səbəbdən materiallar hüquqi qiymət verilməsi üçün şəhər prokurorluğa göndərilib.
 
Daha sonra Mingəşevir Şəhər Məhkəməsinin qərarı ilə Nahidin barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddəsinə tovsif edilib.
 
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahid 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi qeyd edib ki, müvəkkili bu günədək heç bir cinayət əməli və hətta inzibati xəta belə törətməyib.
 
Müdafiəçinin bildiridiyinə görə, təqsirləndirilən şəxs yaşadığı ünvanda müsbət xarakteriza olunur və özü ailə başçısıdır, heç vaxt münaqişə etməyib. Həmçinin onun bir azyaşlı övladının olması da qeyd olunub. Müdafəçi bildirib ki, isintaq orqanı və Şəki Ağır Cinayətlər Məhkəməsi bu hallara düzgün qiymət verməyib. Müdafiəçi onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib.
 
Link kopyalandı!
Son xəbərlər