Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... – ŞOK
Kriminal
968
14:25, Bu gün

Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... – ŞOK

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Həsən yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib – red.) əxlaqsız hərəkətlər edib.
 
Hadisə 20 sentyabr 2022-ci ildə Ceyranbatan bağlar massivində baş verib.
 
Həsən həmin gün saat 11 radələrində 2015-ci il təvəllüdlü Fazilənin köməksiz vəziyyətindən istifadə edərək, yəni azyaşlı olduğundan müqavimət göstərə bilməyəcəyini anlayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onu intim hərəkətlərə məcbur edib.
 
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir, bir qızı var: “Mən fəhlə işləmişəm, uşağın atası Bəhlulu çoxdan tanıyıram. Neçə illər onun xalası uşaqları ilə işləmişəm. Uşağım xəstə olub, onların evinə aparmışam, Bəhlulun anası dua yazıb. Uşağı həmin gün mağazada siqaret alanda gördüm. Onu ittihamda deyilən yerdə görməmişəm.
 
Özüm Sumqayıtda “Kimyaçılar” tərəfdə qalıram. Mən o ərazidə fəhlə işləmişəm, uşaq əlində qələm, karandaş olan paketlə mağazadan çıxıb. Mən də o mağazadan çıxaraq 9 nömrəli avtobusa minib Sumqayıta gəlmişəm. Uşağa qarşı elə hərəkət etməmişəm”.
 
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb. Həmin ifadədən məlum olur ki, Həsən ona elan olunmuş ittiham üzrə özünü təsirli bilib. İfadəsində göstərib ki, təxminən 11 ildir Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif tikinti obyektlərində fəhlə işləməklə dolanışığını təmin edir:
 
“Sonradan adını bildiyim Bəhlulu və onun azyaşlı qızı Faziləni əvvəllər tanımamışam. Onlarla heç bir münasibətim olmayıb. Təxminən 2022-ci ilin iyul ayından etibarən Ceyranbatan bağlar massivində yerləşən evlərin birində fəhlə işləmişəm. Hər gün təxminən səhər saat 8 radələrində işə getmişəm, axşamüstü isə işdən çıxıb kirayə yaşadığım evə gəlmişəm”.
 
Həsənin sözlərinə görə, 20 sentyabr 2022-ci ildə təxminən saat 8 radələrində həmişəki kimi Ceyranbatan bağlar massivində yerləşən evdə işləməyə gedib: “İş yerinə çatanda birlikdə işlədiyim Elmarla rastlaşdım. O mənə ailəsində problem olduğunu, bu gün işləməyəcəyini dedi. Mən də daha işə getməyib geri qayıtdım.
 
Bir qədər ətrafda gəzişdikdən sonra “4 Qardaş” restoranının yaxınlığındakı marketdən özümə siqaret aldım, sonra kirayə yaşadığım evə qayıtmaq qərarına gəldim. Təxminən saat 11 radələrində ara küçələrin birinə keçərək təbii ehtiyacımı ödəməyə başladım. Şalvarımın qabağını açaraq işimi görən zaman yanımdan təxminən 6-7 yaşlarında Fazilənin keçdiyini gördüm. Ehtirasım oyandığından Fazilənin əlindən tutaraq onun əlini öz intim yerimə toxundurmaq qərarına gəldim. Ona “ay qız, əlini mənə ver” deyib, əlindən tutdum.
 
Faziləni əli ilə intim yerimdən tutmağa məcbur etdim. O isə əlimi kənara çəkməyə çalışdı”.
 
Həsən qeyd edib ki, buna baxmayaraq Faziləni zorla məcbur edib: “Dediklərimi edən zaman qışqıraraq əlini kənara çəkməyə çalışdı. Mən isə ona vermədim. Fazilənin dırnaqları intim yerlərimi cızdı. O, qışqırdığından qorxdum və onu buraxdım. Oradan qaçaraq uzaqlaşdım. Bakı-Sumqayıt yoluna çıxdım, oradan tanımadığım avtobusla yaşadığım evə gəldim. Həmin vaxt ətrafa diqqət yetirdim, ətrafda heç kimin olmadığını gördüm.
 
Faziləyə heç kimin kömək edə bilməyəcəyinə əmin olduqdan sonra onun əlini zorla tutaraq əxlaqsız hərəkətlərə məcbur etdim. Oradan qaçan zaman şalvarının qabağını bağlamışdım və arxamdan o yerə bir qadının gəldiyini görmüşəm.
 
Həmin vaxt bir anlıq ehtirasa gəldiyimdən belə bir əməl tutmuşam. Başqa hər hansı məqsədim olmayıb. Sadəcə Fazilənin əli ilə bir neçə saniyəlik də olsa intim yerimi tutmasını və ehtirasımın sakitləşməsini istəmişəm. Əvvəllər heç kimə qarşı seksual xarakterli hərəkətlər etməmişəm və ya digər cinayət əməli törətməmişəm”.
 
İş üzrə zərərçəkmiş Fazilənin sözlərinə görə, Ceyranbatan bağlar massivində atası, anası, bacıları, babası və nənəsi ilə birlikdə yaşayır, orta məktəbinin 2-ci sinfində oxuyur: “Sentyabrın 20-də təxminən saat 10:45-də evdə nənəm mənə pul verdi ki, marketdən konfet alım. Mən də pulu alaraq evimizdən təxminən 300 metr aralıda yerləşən marketə konfet almağa getdim.
 
Marketdən evə qayıdanda Həsən mənə yaxınlaşaraq “ay qız, əlini mənə ver” deyib sağ əlimdən tutdu və özünə tərəf dartdı. Onun şalvarının qabağı açıq idi, ayıb yeri görünürdü. Həsən əlimi zorla dartaraq ayıb yerini tutmağıma məcbur etdi, mənə qarşı intim hərəkətlər etdi. Qorxaraq qışqırdım və ağlamağa başladım.
 
Nənəm qışqırıq səsimə yanıma gələndə Həsən qaçaraq getdi. Evə gələndən sonra Həsənin hərəkətlərİ barədə valideynlərimə və nənəmə danışdım. Həsəni əvvəllər görməmişəm və tanımamışam”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 11 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmündən apellysiya şikayəti verərək, işinə haqq, ədalətlə baxılmasını xahiş edib.
 
Onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər