Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində "Hyundai" markalı avtomobildən 10 000 manat dəyərində lotereya biletlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.