Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi
2280
03 Dec 2024 | 12:52

Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Kamal Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Moderator.az pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə K.Əhmədovun cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Kamal Əhmədova ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub. Qərarın icrası Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
 
Qeyd edək ki, rəsmi məlumata əsasən, bu aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
 
Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Link kopyalandı!
Son xəbərlər