“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
Kriminal
Oxunub: 296
16:01, Bu gün
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi Təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov sorğu-sual edilib.
 
Hakim elan edib ki, Rafail Xələfov əvvəllər məhkəmədə şahid qismində ifadə verib. Lakin Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti ilə o, təkrar məhkəməyə çağırılıb. Buna səbəb bəzi şahidlərin ifadəsi ilə onun dediklərinin uyğun gəlməməsi olub. Hakim onu da qeyd edib ki, Rafail Xələfov təqsirləndirilən şəxslərlə birgə məsuliyyətə cəlb edilsə də, sonra onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
 
Daha sonra Rafail Xələfov Nizami Məmmədovun vəkillərinin sullarını cavablandırıb.
 
Rafail Xələfov qeyd edib ki, barəsində olan cinayət işi üzrə istintaq davam edir. Vəkilin daha bir sualı Rafail Xələfovun sonuncu dəfə məhkəmədə şahid qismində dindirildikdən sonra nə qədər ziyanın dövlət büdcəsinə ödəməsi ilə bağlı olub. Polkovnik məhkəmədə dindiriləndən sonra dövlət büdcəsinə ziyanla bağlı ödəniş etdiyini desə də, məbləği açıqlamaq istəməyib.
 
Amma Rafail Xələfovun vəkili bu məbləği açıqlayıb. Vəkil deyib ki, Rafail Xələfov tərəfindən hələ ki cəmi 800 min manat ödəniş edilib.
 
Vəkil Rəşad Mirmehdizadənin “Təftiş Şöbəsinin zabiti olan Teymur Teymurov məhkəmədə gəlib ifadə verdi ki, sizinlə onun arasında verdiyi məbləğlərdə ziddiyət var. Ümumiyyətlə bunu təsdiq edirsiz?” sualına Rafail Xələfov belə cavab verib: “İlkin ifadəmdən başqa bütün ifadələrimi təsdiq edirəm. Amma mənim Teymur Teymurovla heç bir problemim olmayıb. İbtidai istintaqda ilkin ifadəmi verən zaman bir qədər fikirli olmuşam”.
 
İbtidai istintaqda Rafail Xələfovun birinci verdiyi ifadəsinin həm Nizami Məmmədovun, həm də yoxlayıcıların verdikləri ifadələrlə üst-üstə düşməsi barədə verilən suala isə Rafail Xələfov belə cavablandırıb: “Biz həmin zabitlərlə bir yerdə xidmət etmişik. Bu pulları bir yerdə mənimsəmişik. Bu barədə danışmaq istəmirəm”.
 
Rəşad Mirmehdizadə daha sonra Bayram Bayramova suallar ünvanlayıb. Ondan alınan məbləğlə bağlı Rafail Xələfovla aranızdakı epizodda çox ziddiyətli məqamların olduğunu deyib.
 
Bayram Bayramov bildirib ki, Rafail Xələfovla birlikdə 2021-ci ildə onun maliyyə xidmətinin rəisi olduğu korpusda yoxlama aparmağa gəliblər. Onun sözlərinə görə, həmin dövrdə bilinən və bilinməyən vəsaitlər olub: “Yoxlamaya gələnlər bilinən vəsaitlərlə bağlı 30 faiz, bilinməyən vəsaitlərlə bağlı isə 60 faiz alıblar. “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı Həsən Paşayevlə Rafail Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir".
 
Rafail Xələfov bildirib ki, həmin məsələ ilə bağlı bundan əvvəl dindirmə zamanı ətraflı ifadə verib: “Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, mənə verdi fərqi yoxdur. Ümumilikdə Bayram həmin gün 950 min manat pul verib”.
 
Daha sonra Rəşad Mirmehdizadə Cəlal Kazımova suallar verib. Vəkil Cəlal Kazımovla Rafail Xələfovun ifadələri arasında verilən məbləğlə bağlı mübahisəli rəqəmlər olduğunu diqqətə çatdırıb və bu barədə Cəlal Kazımovun nə deyə biləcəyini soruşub. Cəlal Kazımov hakimlərə müraciət edərək Rafail Xələfovun oğlunun hazırda məhkəmə zalında olduğunu deyib. Cəlal Kazımov onun zaldan çıxmağını xahiş edib: “Bəzi məsələlər var, onun atası barədə bu sözləri eşitməyini istəmirəm”.
 
Hakim Fikrət Əliyev bu məhkəmə prosesinin qapalı keçirilmədiyini deyib və Rafail Xələfovun oğlunun zalda oturmağının hər hansı bir qanun pozuntusu olmadığını bildirib. Hakim qeyd edib ki, qapalı olan məqam varsa, prosesi qapalı keçirə bilərlər. Amma sonradan bu məsələ müzakirə edilmədən proses davam etdirilib.
 
Cəlal Kazımov deyib ki, Rafail Xələfovla bəzi məbləğlərdə aralarında ziddiyət var: “210 min manatda, Fariz Nəbiyevlə bağlı 70 mində, bir də inspeksiya pulu adı ilə 2 dəfəyə verilən 140 mində. Bu pulların hamısını Rafail Xələfova vermişəm”.
 
Rafail Xələfov isə deyib ki, həmin məbləğlərin hamısını aidiyyəti üzrə rəhbərliyə çatdırıb.
 
Cəlal Kazımov onu da qeyd edib ki, 143 milyonluq cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var, bu pullar da Rafail Xələfovdadır. O açıqlama verməlidir.
 
Daha sonra Rafail Xəfəlova Cəlal Kazımovun vəkili Əli Adıgözəlov suallar verib.
 
Əli Adıgözəlov “Cəlal Kazımov demir ki, həmin məbləği alıb cibinizə qoymusunuz. Misal üçün, həmin məbləğdən 140 min manatı inspeksiya və ya kurasiya pulu kimi almısınız. Bu halı təsdiq edirsiz?” sualına Rafail Xələfov belə cavab verib: “İnspeksiya pulu olub, kurasiya pulu yox. Alınıbsa da verilib yuxarıya. Cəlal Kazımov 140 min inspeksiya pulu verib, təsdiq edirəm”.
 
Daha sonra vəkilin Cəlal Kazımovun “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi olan Anar Məmmədovun bağını satdırmaq istəməsi ilə bağlı sualına Rafail Xələfov belə cavab verib: “Anar Məmmədov pul verən deyildi. Mən ifadəmdə də qeyd eləmişəm ki, bu haldan xəbərim yoxdur. Anar Məmmədovu təftiş işçilərim yoxlamayıb, Cəlal Kazımovun özü yoxlayıb”.
 
Cəlal Kazımov isə bildirib ki, 2018-ci ildə yoxlama zamanı təftişçilərin sırasına onun özü də qatılıb: “Anar Məmmədovun maliyyə xidmət rəisi olduğu hərbi hissədə 89 min manat yeyinti olduğu deyilsə də, 300 min manat mənimsəmə aşkar etdim. Mən həmin hərbi hissənin aktını dərhal yazmadım. Mən Anara dirənmişdim ki, evini satıb dövlətdən mənimsədiyi pulu ödəsin. Həmin aktı 5 aydan sonra yazdım. Cəmi 30 min manat pul verdi, ondan da 24 min manatı mənə çatdı”.
 
Daha sonra Rafail Xələfov inspeksiya pulu adı altında yığılan məbləğlə bağlı suallara belə cavab verib: “Bilmirəm, mən o məbləği deyə bilmərəm. 450 min manat mənimsəmə çıxıb”.
 
Rafail Xələfov Namiq Poladova pul verilməsi ilə bağlı suallara isə belə cavab verib: “Namiq Poladov məni sürgün etmişdi. Amma mən bu barədə bir söz deyə bilmərəm. Bilirəm ki, məndən söz almaq istəyirlər”.
 
Rafail Xələfovun dindirilməsi bitdikdən sonra Vüsal Əlizadənin vəkili müvəkkilinin həbsdə olan ipoteka yüklü evinin üzərindən həbsin götürülməsini məhkəmədən xahiş edib: “Əlimizdə çeklər var, pulu tam ödəmişik, ancaq bank arayışı vermək istəmir. Pulumuzu dərhal alırlar, ancaq arayışı bir aya verirlər. Evin üzərindən həbsi götürün, sataq dövlətin pulunu ödəyək”.
 
Hakim Fikrət Əliyev isə ödəmə ilə bağlı banka sorğu verildiyini, o cavab gələndən sonra bu məsələyə qayıdacağını qeyd edib.
 
Bundan sonra vəkil Rəşad Mirmehdizadə 143 milyon məbləğin şişirdildiyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib:
 
“İfadə verən şəxslərin ifadələrindən də aydın olur ki, bu məbləğ şişirdilib. Qeyd edim ki, Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiq ediblər, hər il yoxlamalar aparıblar, yeyinti aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin Xəzinədarlığı hara baxırdı, əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib, sübutlar yoxdur. Bəzi məbləğlərə ittiham tərəfi də qiymət verə bilmir, açıq qalıb. Hüquqlarını müdafiə etdiyim şəxsə əlavə olaraq 4,6 milyon manatla bağlı ittiham veriblər. Namiq Poladov gəlib bu məsələyə aydınlıq verməli idi, o vəsatətim də təmin olunmadı. Rafail Xələfov ilkin ifadəsində bütün məsələlərlə bağlı düzgün ifadə versə də sonradan "fikirli olmuşam" deyib ifadəsini dəyişib. Halbuki ilkin ifadəsi ilə həm Nizami Məmmədovun, həm yoxlayıcıların, həm də hərbi hissələrin maliyyə xidmət rəislərinin ifadələri üst-üstə düşür. Biz ilkin ifadəmizdə nəyi necə demişiksə bütün istintaq və məhkəmə boyu onun üstündə də dururuq”.
 
Cəlal Kazımov da 143 milyonluq ittihamla razılaşmadığını söyləyib: “Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Xəzinədarlıqdan çıxarılan məbləğlər şişirdilmiş rəqəmlərdir. Hərbi hissələrdə hərbçilərə verilən nağd ödənişlərin hamısı qalıb bizim boynumuzda, halbuki bu hal demək olar, bütün hərbi hissələrdə olub. Rafael Xələfov da aldığı məbləğləri inkar edir”.
 
Növbəti proses oktyabrın 11-də davam edəcək.
 
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
 
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
 
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
 
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyondan çox hissəsi ödənilib.
 
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. /Teleqraf.com/
 
Oxşar xəbərlər
19:12, Bu gün
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
19:08, Bu gün
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
19:00, Bu gün
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
18:52, Bu gün
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
18:47, Bu gün
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
18:40, Bu gün
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
18:33, Bu gün
İş müsahibəsində belə danışmalıyıq
18:25, Bu gün
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
18:20, Bu gün
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
18:15, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18:12, Bu gün
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
18:10, Bu gün
Azərbaycan XİN Nepala başsağlığı verib
18:07, Bu gün
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
18:05, Bu gün
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
18:04, Bu gün
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
18:00, Bu gün
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
17:59, Bu gün
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
17:55, Bu gün
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
17:51, Bu gün
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
17:45, Bu gün
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
17:39, Bu gün
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
17:33, Bu gün
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
17:27, Bu gün
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
17:21, Bu gün
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
17:16, Bu gün
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
17:11, Bu gün
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
17:07, Bu gün
Əli Əsədov qərar imzaladı
17:03, Bu gün
Bu universitetə yeni rektor təyin olundu
16:59, Bu gün
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
16:55, Bu gün
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
16:50, Bu gün
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
16:45, Bu gün
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
16:40, Bu gün
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
16:35, Bu gün
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
16:30, Bu gün
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
16:25, Bu gün
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
16:19, Bu gün
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
16:13, Bu gün
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
16:07, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:01, Bu gün
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
15:57, Bu gün
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
15:51, Bu gün
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
15:45, Bu gün
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
15:39, Bu gün
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
15:34, Bu gün
Oktyabr ayının HAVA PROQNOZU
15:28, Bu gün
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
15:22, Bu gün
Rusiya Kiyev şəhərini 5 saat ərzində dronlar hücumuna məruz qoyub
15:16, Bu gün
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
15:11, Bu gün
Vəkilliyə qəbulun müraciətləri elektron formada keçiriləcək
15:05, Bu gün
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
15:00, Bu gün
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
14:55, Bu gün
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi - SİYAHI
14:51, Bu gün
İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanladı
14:47, Bu gün
"Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik" - Dövlət başçısı
14:43, Bu gün
İlham Əliyev XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan DANIŞDI
14:39, Bu gün
Prezident: "Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir"
14:35, Bu gün
Bəşəriyyətin ortaq dili
14:30, Bu gün
"Zelenski dəstəyin gücləndirilməsini istəyir, ABŞ gözləmə mövqeyindədir" - "The Wall Street Journal"
14:26, Bu gün
Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı
14:21, Bu gün
İşdən gələn kişi arvadının xəyanət etməsindən şübhələndi: "Həyətə qaçdım..." – ŞOK
14:19, Bu gün
Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU
14:16, Bu gün
Prezident Slutskini qəbul etdi
14:12, Bu gün
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
14:07, Bu gün
Zahid Oruc: "Çevrilişin ləkəsi hələ də..."
14:01, Bu gün
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
13:56, Bu gün
"Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim" - VİDEO
13:51, Bu gün
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
13:46, Bu gün
Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? - AÇIQLAMA
13:40, Bu gün
Milli Məclisin komitələri formalaşdırıldı
13:35, Bu gün
Varlılar niyə milyonluq tablolar alır? – Zənginlərin vergi hiyləsi
13:29, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi seminar keçiriləcək
13:23, Bu gün
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
13:18, Bu gün
Sabah bu ərazilərdə qar yağacaq - PROQNOZ
13:12, Bu gün
“Bir-birimizə uyğun olmamışıq” - Çinarədən Əlibəyə - VİDEO
13:06, Bu gün
"Putin heç də həmişə adekvat deyil" - Zelenski
13:00, Bu gün
Məşhur aparıcı Amerikadakı həyatından DANIŞDI
12:55, Bu gün
“Turistik Kənd” layihəsinə start verilib
12:50, Bu gün
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
12:45, Bu gün
İsrail ordusunun hücumu nəticəsində Bəşər Əsədin general qardaşı öldü
12:40, Bu gün
İranda bir gündə iki dəfə polis məntəqəsinə hücum olub - FOTO
12:35, Bu gün
"COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələr hücumlarını intensivləşdiriblər" - İcma
12:30, Bu gün
Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurdu
12:25, Bu gün
Bu xanımlara kolleclərdə vəzifə verildi
12:20, Bu gün
“Azərbaycanın milli parklarının tanıtımı” bu dəfə Gəncədə - FOTO
12:15, Bu gün
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
12:13, Bu gün
Kiber ordular yaradılır, insanlar kütləvi hədəfdə - Ekspertdən həyəcanlı açıqlama
12:08, Bu gün
Milli Məclisin ilk plenar iclası başladı
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
11:58, Bu gün
Bakıda 5 nəfərdən 13 kq narkotik aşkarlandı - VİDEO
11:54, Bu gün
Əjdər İsmayılov VƏFAT ETDİ
11:50, Bu gün
Aysel boşandığı birinci əri ilə bir arada - VİDEO
11:46, Bu gün
İşdə məhəbbət macərası, başgicəlləndirici uğur vədi və... - Sentyabrın 30-nun ULDUZ FALI
11:40, Bu gün
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi - FOTO
11:35, Bu gün
Nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir
11:33, Bu gün
Azərbaycanlı milyarder Rusiyadan deport edilir
11:30, Bu gün
Əsl zeytun yağını necə tanıyaq?
11:27, Bu gün
Xankəndidə qapalı tipli yeni yarımstansiya tikilir - VİDEO
11:24, Bu gün
Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etdi - FOTO
11:21, Bu gün
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
11:18, Bu gün
Facebook-dan istifadə edənlərə XƏBƏRDARLIQ - Bu yolla sizi aldada bilərlər
GÜNLÜK
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB