Bizi sosial şəbəkələrdən izləyin:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhəri və Samux rayonunda keçirdiyi əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
H.Niyazov və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.