38 yaşlı kişi qaynı arvadına videoları göndərdi, gecə evinə girdi... – ŞOK TƏFƏRRÜAT
Kriminal
Oxunub: 3357
09 Jul 2024 | 14:07
38 yaşlı kişi qaynı arvadına videoları göndərdi, gecə evinə girdi... – ŞOK TƏFƏRRÜAT
Lənkəranda 1986-cı il təvəllüdlü Elbrus qaynının arvadı Nuranəyə (adlar şərti verilib – red.) təcavüz edib.
 
Elbrus 6 oktyabr 2022-ci ildə, saat 23 radələrində sərxoş vəziyyətdə Lənkəran rayonunun kəndində yaşayan qaynı Muradın evinə gəlib.
 
O, ehtirasını təmin etmək üçün Muradın arvadı Nuranə ilə cinsi əlaqədə olmaq istəyib. Qadın ona etiraz edib, müqavimət göstərib. Elbrus qaynı arvadının müqavimətini qırmaq üçün zor tətbiq etməklə ona xəsarətlər yetirib.
 
Daha sonra soyunaraq qaynı arvadına qarşı seksual xarakterli hərəkətlər edib. Yerə yıxaraq onunla cinsi əlaqədə olmağa çalışıb.
 
Nuranənin aktiv müqaviməti ilə qarşılaşan Elbrus qaynı Muradın əlində işıqla küçədən gəlməsini zənn edərək hadisə yerini tərk edib.
 
İstintaq orqanı tərəfindən Elbrusun barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) maddəsi ilə ittiham elan edilib.
 
“Qaynımın arvadını uşaqlıqdan sevmişəm”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, 2007-ci ildə həmkəndlisi Xədicə ilə ailə həyatı qurub, iki övladı dünyaya gəlib: “Zərərçəkmiş Nuranə mənim qaynım Muradın arvadıdır. Evlərimiz qonşudur, arada təxminən 150 metr məsafə var. Qaynım Murad və onun ailə üzvləri ilə aramızda heç bir şəxsi ədavət və düşmənçilik olmayıb. Mən qaynımın arvadı Nuranəni uşaqlıqdan sevmişəm. Lakin bu barədə heç kimə heç nə deməmişəm. Ailə üzvlərimin təkidi ilə Xədicə ilə evlənmişəm.
 
Nuranənin ailəsi ilə mehriban qohumluq münasibətlərim olub. Həmişə onlara gedib-gəlmişəm. Nuranəgil də bizə gedib-gəlib”.
 
“Sevdiyimi bildirdim, o isə...”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin martında artıq Nuranəyə içində saxladığı sevgi hissini etiraf etməyi qərara alıb:
 
“Bu məqsədlə ilk dəfə 2022-ci ilin martında Nuranənin istifadəsində olan mobil nömrənin votsapına sevgi məzmununda qısa videolar, gül və ürək şəkilləri göndərdim. Əvvəlcə sözümü açıq deməyə çəkindim. Nuranə həmin mesajları gördü, məndən nə üçün bu məzmunda mesajlar göndərdiyimi soruşdu. Onu sevdiyimi və artıq onsuz qala bilmədiyimi bildirdim. Nuranə bu cür sözlər deməməyimi, bizim qohum olduğumuzu, qohum kimi mənə hörmət etdiyini, bunu kiminsə bildiyi təqdirdə biabırçılıq ola biləcəyini söylədi.
 
Mən də Nuranəyə qarşı olan hislərimi idarə etməkdə çətinlik çəkdiyimi, onunla yaxın münasibətdə olmaq istədiyimi bildirdim. Ondan mənimlə münasibət qurmasını tələb etdim. Nuranə mənə “yox” cavabı verdi. Buna baxmayaraq ona yenə mesajlar yazmağa və zənglər etməyə başladım. Evlərinə gedəndə təklikdə ona öz fikrimi də bildirdim.
 
Lakin Nuranə həmişə “yox” cavabı verərək ərini sevdiyini, ona qarşı başqa cür hərəkət etməyəcəyini dedi”.
 
“Dedim, sənin ananı çox sevirəm”
 
Elbrusun ifadəsinə görə, 6 oktyabr 2022-ci ildə kənddə yerləşən şadlıq sarayında qonşusu Musanın qızının toy məclisi olub: “Həmin toya Nuranə də əri və kiçik qızı ilə gəlmişdi. Toyda təxminən yarım litr araq içdim. Orada Nuranəni gördüm və yenidən ona qarşı hislərimin gücləndiyini hiss etdim. Qərara aldım ki, toydan sonra fürsət düşən kimi Nuranəgilə gedim, təklikdə onu tuta bilsəm, cinsi əlaqədə olum.
 
Nuranənin kiçik qızı Nərmini yanıma çağırdım. Onunla bir az söhbət edərək zarafatlaşdıq. Həmin vaxt sərxoş idim. Nərminə bildirdim ki, sənin ananı çox sevirəm, bu barədə heç kimə heç nə demə, həmçinin bizi nə vaxtsa birlikdə görsən, yenə bu barədə heç kimə heç nə demə, əgər desən məndən incimə.
 
Məqsədim o idi ki, toydan sonra Nuranəgilə gedim, Nərmin məni orada görsə, heç kimə heç nə deməsin. Çünki əvvəllər də dəfələrlə Nuranəni təklikdə tutmaq üçün onlara getmişəm. Lakin həmişə qızı onun yanında olub.
 
Bu sözlərimdən sonra Nərmin məndən qorxdu, qaçaraq anasının yanına getdi. Həmin vaxt Nuranə də məni gördü”.
 
“Sizə gəlirəm, şərəfsiz ərin evdədirmi?”
 
Elbrusun sözlərinə görə, saat 23 radələrində toydan çıxıb, ətrafa göz gəzdirib və Nuranənin toyda olmadığını görüb: “Başa düşdüm ki, onlar da evlərinə gediblər. Həmkəndlim Sahibin taksisində yaşadığımız kəndə tərəf gəldim. İstisu qəsəbəsində avtomobildən düşərək yaşadığım kəndə doğru piyada getməyə başladım. Yolda Nuranəyə zəng edərək evdə olub-olmadığını soruşdum. O da evdə olduğunu bildirdi. “Bir azdan sizə gəlirəm, şərəfsiz ərin evdədirmi?” - soruşdum.
 
Nuranə ərinin yolda olduğunu, hələ evə gəlmədiyini bildirdi, onlara gəlməyimə etiraz etdi. Əsəbləşərək Nuranəni və ərini söydüm, təhqir etdim, telefonu söndürdüm”.
 
“Yalvardı ki, gəlmə”
 
Elbrus qeyd edib ki, daha sonra Nuranəgilin evlərinə doğru piyada gedib: “Həyətin giriş qapısının ağzına çatanda yenidən Nuranəyə zəng etdim, evdə kimin olduğunu soruşdum. Evdə tək olduğunu, lakin ərinin hər an gələ biləcəyini deyərək mənə yalvardı, onlara gəlməməyimi xahiş etdi.
 
Muradın hələ gəlmədiyini eşidəndə daha da cürətləndim. Həyətə girdim, təndirxana tərəfdən olan qapıdan evin birinci mərtəbəsinə daxil oldum. Qohum olduğumuzdan əvvəllər evə maneəsiz daxil olub-çıxdığım üçün bu dəfə də eyni şəkildə hərəkət etdim.
 
Mən zala daxil olanda uşaqların yatdığını düşündüyüm üçün nisbətən asta səslə danışmağa başladım. Nuranə irəli gələrək əsəbi şəkildə məndən evi tərk etməyimi tələb etdi. Onun əynində qısaqol yay donunu gördüm və ona qarşı hislərim yenidən alovlandı. Yaxınlaşaraq onu öpmək istədim. Lakin Nuranə əli ilə məni geriyə itələdi. Ona “artıq bu gün mənim olacaqsan, çoxdankı arzumu bu gün həyata keçirəcəyəm” dedim. Yenidən ona yaxınlaşdım, o məni özündən uzaqlaşdırdı.
 
Nuranənin özündən uzaqlaşdırması məni daha da həvəsə gətirdi. Ona yaxınlaşdım, sinəsindən öpməyə çalışdım. Nuranə başıma şillə vuraraq itələdi. Müqavimətini qırmaq üçün onun sifət nahiyəsinə 3-4 şillə və yumruqla zərbə vurdum. Nuranə yerə yıxıldı. Burnundan qan açıldı və sifət nahiyəsi də qanadı”.
 
“İyrənc hərəkətlər etməyə başladım”
 
Elbrusun ifadəsinə görə, Nuranə yerə yıxılan kimi onun qarşısına gedib: “Nuranə yerdə, yarı oturaq vəziyyətdə qaldı. Onun qarşısında dayanaraq şalvarını dizə qədər endirdim, ona qarşı seksual xarakterli hərəkətlər etməyə başladım.
 
Nuranə üzünü kənara çevirdi. Saçından tutaraq sifətinə, ağzına qarşı iyrənc hərəkətlər etməyə başladım. O, arxaya çəkildi. Nuranənin hər iki sifət nahiyəsindən sıxdım, zorla seksual xarakterli hərəkətlər etməyə davam etdim”.
 
“Bu bədən mənim olmalıdır”
 
Təqsirləndirilən şəxs deyib ki, cinsi əlaqədə olmaq üçün Nuranəni itələyib yerə yıxıb: “Həmin vaxt Nuranə əlləri və ayaqları ilə müqavimət göstərərək məni vururdu. Mən tez-tez qapıdan çölə boylanaraq kiminsə gəlib-gəlmədiyini yoxlayırdım. Hər an Muradın gələ biləcəyindən qorxurdum. Sonuncu dəfə çölə baxanda heç kimin gəlmədiyini gördüm. Nuranə ilə cinsi əlaqədə olmaq üçün onun üstünə uzandım. Sinə və boyun nahiyəsini öpməyə çalışdım. Lakin Nuranə mənə mane oldu, əlləri ilə başıma vurdu.
 
Əlimi atıb donunu yuxarı qaldırdım, budlarını sıxmağa başladım, cinsi əlaqədə olmaq istədim. Ayaqları ilə məni itələdi, ayağım hamamın çölündəki əlüzyuyanın aşağı hissəsinə dəyib sındırdı. Yenidən Nuranənin üzərinə uzandım. “Sən bu bədəni nə üçün mənə rəva görmürsən, bu bədən mənim olmalıdır” dedim. Lakin Nuranə etiraz edərək məni özündən uzaqlaşdırdı.
 
Bu zaman qaynım Muradın gələ biləcəyini düşündüm. Çölə baxdım, küçə tərəfdə işıq gəldiyini gördüm. Şalvarımı yuxarı çəkərək təndirxana tərəfdən çıxdım və həyətin sol tərəfindən meşəlik əraziyə keçdim. Qaçaraq yaşadığım evə getdim”.
 
“Qorxdum, məcbur qalıb mehriban oldum”
 
İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, 2007-ci ildə həmkəndlisi və əmisi oğlu Muradla ailə həyatı qurub, birgə nikahlarından üç övladları dünyaya gəlib: “Elbrusla ailə quran baldızım da bizimlə qonşuluqda yaşayır.
 
Mənim baldızım və ailəsi ilə münasibətlərim həmişə yaxşı olub. 2022-ci ilin martında baldızımın əri Elbrus votsap vasitəsilə mənə sevgi mesajları yazmağa başladı. Onun mənə bu məzmunda mesajlar yazmasından qorxuya düşdüm. Ona bildirdim ki, Elbrus, bu nə deməkdir, sən nə üçün mənə sevgi məzmunlu mesajlar yazırsan, mahnı və videolar göndərirsən?
 
Bildirdi ki, məndən xoşu gəlir, məni sevir, mənsiz qala bilmir, mənimlə cinsi əlaqədə olmaq istəyir. Ona bunun mümkünsüzlüyünü, ərimə, ailəmə sadiqliyimi dedim. Lakin Elbrus məndən əl çəkmirdi. Qorxumdan bu barədə ərimə bildirmədim. Məcbur qalıb Elbrusla mehriban danışdım ki, məndən uzaqlaşsın”.
 
“Demişəm ki, yanımda qalsın”
 
Zərərçəkmiş qeyd edib ki, Elbrus həmişə müxtəlif bəhanələrlə tez-tez onlara gəlib, ərinin baş verənlərdən məlumatı olmadığı üçün Elburusun onlara gəlməsinə adi qaydada, qohum kimi normal baxıb:
 
“Elbrus bir neçə dəfə mən evdə kiçik qızımla olanda bizə gəlib, mənimlə söhbət etmək istədiyini bildirib. Lakin onun artıq-əskik hərəkət edə biləcəyindən qorxduğum üçün həmişə kiçik qızıma demişəm ki, yanımda qalsın.
 
Elbrus müxtəlif bəhanələrlə qızımı evdən uzaqlaşdırmağa çalışırdı, ona deyirdi ki, gedib həyətdə oynasın, ya da otağında televizora baxsın. Lakin qızım yanımdan əl çəkmirdi. Hiss edirdim ki, Elbrus mənimlə təklikdə qalarsa, mənə qarşı nəsə artıq hərəkət edə bilər”.
 
“Ərimə və qayınatama qarşı nalayiq ifadələr işlətdi”
 
Nuranənin ifadəsinə görə, oktyabrın 6-da atasının dayısı nəvəsinin toy mərasiminə gediblər: “Elbrus da həmin toy mərasimində idi. Hərəkətlərindən hiss etdim ki, spirtli içki içib. Toyda kiçik qızımla söhbət edirdi. Bunu kənardan gördüm və hiss etdim ki, qızım çox qorxub.
 
Elbrus nə demişdisə, qızım özünü çox narahat hiss edirdi. Saat təxminən 22 radələrində qızımla birlikdə toydan çıxaraq evə qayıtdıq. Ərim toyda qaldı.
 
Evə gələndən sonra uşaqlar bir az televizora baxaraq yatdılar. Mən də ərimi gözləməyə başladım. Sonuncu dəfə uşaqlara baş çəkəndə yuxuya getmişdilər.
 
Mən zalda olanda Elbrus zəng edərək məni toyda gördüyünü, çox bəyəndiyini, gözəl göründüyümü, mənə qarşı olan hislərinə sahib çıxmaqda çətinlik çəkdiyini və bizə gəldiyini bildirdi. Ona gəlməməyi bildirdim. Elbrus ərimə və qayınatama qarşı nalayiq ifadələr işlətdi, onları söyərək gələcəyini dedi.
 
Elbrusun səsindən içkili olduğunu hiss etdim, dediklərinin yalan ola biləcəyini, bizə gəlməyəcəyini düşündüm”.
 
“Mənim üçün öldüyünü bildirdi”
 
Nuranə deyib ki, bir az keçdikdən sonra həyətdən səs eşidib: “Elbrusun küçədən evimizə doğru gəldiyini gördüm. Qaçaraq evə keçdim, qapını bərkdən örtdüm ki, Elbrus qapını örtüldüyünü görərək evə gəlməsin.
 
Mən zalda oturanda Elbrus qapını açıb içəri daxil oldu. Ona doğru gedib içkili olduğunu, bizdən getməsini və hər an ərimin gələ biləcəyini dedim. O, yaxınlaşıb əlini sinəmə atdı. Məni çox bəyəndiyini, mənim üçün öldüyünü bildirdi. Əlimlə əlini itələdim. Əvvəlcə məni tutdu, özünə tərəf çəkdi və məni öpmək istədi. Lakin onu özümdən uzaqlaşdırdım. Uşaqlar səs eşitməsin deyə asta səslə yalvardım ki, getsin, etdiyi hərəkət düzgün hərəkət deyil, nəsil arasında qan düşə bilər.
 
Amma Elbrus əl çəkmirdi. Məndən ərimə zəng etməyimi, harada olması ilə maraqlanmağımı tələb etdi. Ərimə zəng edib onun başqa kənddə bəyin evində olduğunu, bir azdan çıxaraq evə gələcəyini öyrəndim. Telefonu söndürən kimi Elbrus yenə də üstümə gəldi. Onu özümdən uzaqlaşdıran zaman qollarımdan tutub məni divara sıxdı, sinəmdən öpməyə çalışdı. Elbrusu arxaya itələdim”.
 
“Ərin də sənə bu cür kayf yaşadır?”
 
Nuranənin sözlərinə görə, bu zaman Elbrus onun sifətinə şillə və yumruqla zərbə endirib: “Mən müvazinətimi itirərək divarın dibindəki səkinin üzərinə yıxıldım. Burnumdan qan açıldı. Elbrus qollarımdan tutaraq məni zalın döşəməsinə yıxdı, yarı oturaq vəziyyətdə qaldım, sifətimdən qan axırdı.
 
Bu vaxt Elbrus mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Mənə ayıb yerini göstərərək “bu da səni istəyir, görürsən, nə vəziyyətə gəlib” sözlərini deyirdi. Həmin vəziyyətdə mənə yaxınlaşdı, saçımdan tutaraq başımı özünə tərəf çəkdi. Mən geriyə dartınmaq istəsəm də, buna gücüm çatmadı. Mənə qarşı iyrənc hərəkətlər etdi, ağzımı açmağımı tələb etdi. Mən isə ağzımı açmırdım. Elbrus sifətimdən əli ilə tutaraq mənə qarşı iyrənc seksual hərəkətlər etdi.
 
Boğulduğum üçün geriyə dartınmaq istəsəm də, əli ilə başımın arxasından güc verərək imkan vermirdi. İyrənc hərəkətlər edə-edə bildirirdi ki, xoşuna gəlir, ərin də sənə bu cür kayf yaşadır?”
 
“Meşəlik əraziyə doğru qaçdı”
 
Nuranə qeyd edib ki, daha sonra Elbrus ona yenə də şillə ilə vurub: “Mən yerə uzandım, o da şalvarı dizində həmin vəziyyətdə üstümə uzandı və donumu yuxarı qaldırdı. “İndi bu dəqiqə mənim olacaqsan” dedi. Onu üstümdən kənarlaşdırmağa çalışırdım. Ona həm əlimlə, həm də ayağımla zərbələr endirdim. “Sən çox şərəfsiz adamsan, rədd ol bizim evdən” sözlərilə ona müqavimət göstərirdim. Bir neçə dəfə yalandan “çöldən işıq gəlir, ərim gəldi” dedim.
 
Elbrus bu zaman bir az qabağa gedərək qapıdan çölə baxdı və sonra geri qayıtdı. Sonuncu dəfə bu sözü deyəndə, qapıdan çölə baxdı. Küçədən işıq gəldiyini görərək “şərəfsiz ərin gəlir” dedi, tez şalvarını çəkərək təndirxana tərəfdən çıxdı, meşəlik əraziyə doğru qaçdı.
 
Mən tez ayağa qalxaraq əynimi dəyişdim. Üzümə su vurdum, üzümün qanını təmizlədim, işıqları söndürərək yatdığım otağa getdim.
 
Mən otağa girəndən qısa müddət sonra ərim gəldi. O məni bu vəziyyətdə görməsin deyə yorğanı başıma çəkdim. Ərim evə gəldikdən sonra yorğun olduğundan yatdı.
 
Növbəti gün səhər açılanda yerimizdən qalxdıqdan sonra ərim üz-gözümün göyərdiyini gördü. Məndən nə baş verdiyini soruşdu. Mən qorxduğum üçün yalandan hamamda yıxıldığımı dedim. O da mənə inandı”.
 
Zərərçəkmiş qeyd edib ki, qonşu kənddə yaşayan bacısı oktyabrın 8-də onun yıxıldığını eşidib və onlara gəlib: “Mənim vəziyyətimi gördü, nə baş verdiyini soruşdu. Təklikdə ona hər şeyi danışdım. Bu qayda ilə baş verənləri qohumlarım da bildi və biz şikayət etdik”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Elbrus 5 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Oxşar xəbərlər
22:08, Bu gün
Binəqədidə əməliyyat: odlu silah götürüldü
22:00, Bu gün
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
21:52, Bu gün
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
21:44, Bu gün
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
21:41, Bu gün
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
21:36, Bu gün
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
21:28, Bu gün
Bakıda 4 ulduzlu otel yanır
21:20, Bu gün
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
21:12, Bu gün
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
21:04, Bu gün
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
20:56, Bu gün
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
20:48, Bu gün
Yuxuda telefon görmək nə deməkdir?
20:40, Bu gün
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
20:32, Bu gün
"Kadırov Putinə qarşı çıxıb?.."
20:26, Bu gün
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
20:21, Bu gün
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
20:18, Bu gün
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
20:17, Bu gün
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
20:15, Bu gün
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
20:11, Bu gün
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
20:03, Bu gün
Bu restoranda nöqsanlar aşkarlandı
19:56, Bu gün
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
19:49, Bu gün
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
19:42, Bu gün
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
19:36, Bu gün
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
19:30, Bu gün
İdman etmədən arıqlamağın FƏSADLARI
19:24, Bu gün
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
19:18, Bu gün
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
19:12, Bu gün
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
19:06, Bu gün
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
19:00, Bu gün
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
18:54, Bu gün
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
18:49, Bu gün
"Ağ ölüm”lə mübarizə - FOTO
18:48, Bu gün
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
18:42, Bu gün
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
18:36, Bu gün
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
18:24, Bu gün
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
18:18, Bu gün
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
18:14, Bu gün
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
18:10, Bu gün
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
18:05, Bu gün
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
17:58, Bu gün
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
17:54, Bu gün
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
17:50, Bu gün
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
17:49, Bu gün
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
17:45, Bu gün
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
17:41, Bu gün
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
17:36, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
17:32, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
17:26, Bu gün
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
17:19, Bu gün
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
17:13, Bu gün
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
17:07, Bu gün
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
17:02, Bu gün
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
16:57, Bu gün
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
16:57, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
16:50, Bu gün
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
16:44, Bu gün
Şamxal Həsənov vəzifəsindən azad olundu
16:38, Bu gün
İrana vurulan şillə - VİDEO
16:32, Bu gün
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
16:25, Bu gün
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
16:18, Bu gün
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
16:12, Bu gün
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
16:05, Bu gün
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:46, Bu gün
ATMU ali təhsil müəssisələrinin sərgisində
15:45, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
GÜNLÜK
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır