Bakıda gözəllik salonunda dəhşətli qətl: qadın başqası ilə gəzdi, əri isə... – ŞOK
Kriminal
Oxunub: 2749
20 Jun 2024 | 14:46
Bakıda gözəllik salonunda dəhşətli qətl: qadın başqası ilə gəzdi, əri isə... – ŞOK
Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Nəcəf qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nəcibəni (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Nəcəf Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin hökmə əsasən həmin cəzası 2 il sınaq müddətinə şərti hesab edilməklə məhkum edilib.
 
Nəcəfin həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş halda daha bir ağır cinayət törədib. O, 2023-cü ilin yanvarın 11-də Tərtər Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Nəcibənin dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib.
 
Nəcəf gözəllik salonuna girib və Nəcibəni yanına çağırıb. Ona sürdüyü yüngül həyat tərzinə son qoymasını bildirib. Nəcibə isə keçmiş ərinə “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” deyib.
 
Bu zaman Nəcəf qısqanclıq zəminində qisas almaq niyyəti ilə əvvəlcədən yaşadığı mənzildən götürərək gödəkçəsinin sol cibinə qoyduğu mətbəx bıçağı çıxarıb və Nəcibəyə çoxsaylı zərbələr vurub. Ümumilikdə 25 bıçaq zərbəsi alan qadın vəfat edib.
 
İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Nəcibə ilə 2004-cü ildə ailə qurub, 2022-ci ildə boşanıblar: “İki övladımız olub. Nikah dövründə münasibətlərimiz yaxşı olub. Boşanmağımıza səbəb evdən pul götürərək getməyi olub. Boşanma səbəbi olan pul oğurluğu ilə bağlı polisə müraciət etməmişəm. Nikahımız pozulandan sonra Nəcibə gözəllik salonunda işləməyə başladı. Ona orada işləməməsi barədə xəbərdarlıq etdim. Lakin xeyri olmadı. Atasına və qardaşına xəbər yollayaraq bildirdim ki, sizin uşağınız düz yolda deyil. Onlar da ondan yana gəlib-getmədilər, baxmadılar. Ancaq anası gəlib-getdi”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Nəcibənin tanımadığı yad kişinin maşına minərək getdiyini gözü ilə görüb: “Xəbərdarlıq edərək dedim ki, sənin maşına mindiyini görmüşəm, bu yoldan qayıt, mən də məhv olaram, sən də məhv olarsan, uşaqların gələcəyi var. Bizim 17 və 18 yaşlı iki qız övladımız var. Onları da nəzərə almaq lazımdır ki, gələcəkləri məhv olub getməsin. Uşaqlarla görüşdüm, uşaqlar da bildilər. Böyük qızım hamısını danışdı, dedi ki, anası evə gəlmir. Hadisədən qabaq neçə dəfə xəbərdarlıq etdim. Mümkün olmadığından artıq onu vurası oldum. Öldürəsi olsa idim, iki ildir orada işləyirdi, gedib həmin dəqiqə öldürərdim. Ondan boşanmışdım. Hərə öz işində olub. Amma ona dedim ki, yüngül həyat tərzi keçirdiyin o yoldan qayıt. Gözəllik salonuna da danışmaq üçün getmişdim. Orada söhbət başqa cür oldu. İçəriyə girəndə balaca otağa çağırdım. Gözəllik salonunun içinə girsəm də, xanımlara yaxın getmədim. Çağıraraq dedim ki, səhv yollara gedirsən, bunu etmə. Cavabında “nə edirəm yaxşı edirəm, nə istəyərəm edərəm, get işinlə məşğul” dedi. Mən də öldürdüm. Bıçaqlayarkən heç bir müqavimət göstərmədi. Bir-iki dəfə qışqırdı. Sonra səsi kəsildi. Niyə bu qədər çox bıçaq vurmağımı özüm də bilmirəm. Özümdə olmamışam. Sənədi oxuyanda o qədər bıçaq vurulduğunu görmüşəm. Hadisə salonda olub, orada əlavə iki nəfər qadın da olub”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, qətl hadisəsi olandan sonra heç evə də getməyib: “Birbaşa 35-ci Polis Bölməsinə gedərək təslim oldum. Mən özüm şəhid övladıyam. Yalan ifadə vermirəm. Nə varsa, onu deyirəm. Orada özümdə olmamışam. Zədələri sayıb vurmamışam. Orada neçə zədə yazıldığını bilməmişəm, indi eşidirəm. Mən namus təmizləmişəm, uşaqlarımın gələcək həyatlarının məhv olmaması üçün etmişəm. Altı ay Nəcibəyə xəbərdarlıq etmişəm. Yenə də xəbərdarlıq etməyə getmişdim. Lakin orada elə sözlər dedi ki, özümü ələ ala bilmədim”.
 
İş üzrə təqsirləndirilən şəxsin qızlarından biri də ifadə verib. O, ifadəsində baş verən olayları belə izah edib: “Bizim anamız ölüb. Lakin bu valideyn itkisi deyil, elə bil ki, həyatımız əlimizdən alınıb. Anam üç il idi ki, boşanmışdı, heç bir günahı olmayıb, qeyri-etik bir hərəkət etməyib. Atam üç ildir ki, bizi ancaq tənqid və təhqir edib. Bizə çox iyrənc söyüşlər söyüb. Bununla bağlı sübutum da var. Bu, planlaşdırılmış bir işdir. Bizə ancaq deyib ki, sizi öldürəcəm, yaşadığınız yeri bilirəm, ananızı da, sizi də öldürəcəm. Ondan əvvəl də babamı bıçaqlamışdı. Babam polisə şikayət etməyə qoymayaraq, sabah üz-üzə gələcəyimizi demişdi. Anam ilə görüşüb hazırlığa getdim. Sonra bacım zəng etdi ki, deyəsən anama nəsə olub, get bax. Salonun yanına getdim. Oranın qanın içində olduğunu gördüm. Gözəllik salonunun yanında yaşamamışıq. Oradan köçmüşük. Anam hər gün saat səkkiz, doqquza qədər işləyib. Boşandıqdan sonra atamın bizə maddi köməyi yalnız aliment olub”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 17 il 7 ay 22 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
Oxşar xəbərlər
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
30 Sep 2024 | 17:51
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
30 Sep 2024 | 17:45
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
30 Sep 2024 | 17:39
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
30 Sep 2024 | 17:33
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
30 Sep 2024 | 17:27
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
30 Sep 2024 | 17:21
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
30 Sep 2024 | 17:16
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
30 Sep 2024 | 17:11
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
30 Sep 2024 | 17:07
Əli Əsədov qərar imzaladı
30 Sep 2024 | 17:03
Bu universitetə yeni rektor təyin olundu
30 Sep 2024 | 16:59
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
30 Sep 2024 | 16:55
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
30 Sep 2024 | 16:50
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
30 Sep 2024 | 16:45
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
30 Sep 2024 | 16:40
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
30 Sep 2024 | 16:35
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
30 Sep 2024 | 16:30
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
30 Sep 2024 | 16:25
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
30 Sep 2024 | 16:19
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
30 Sep 2024 | 16:13
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
30 Sep 2024 | 16:07
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
30 Sep 2024 | 16:01
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
30 Sep 2024 | 15:57
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
30 Sep 2024 | 15:51
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
30 Sep 2024 | 15:45
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
30 Sep 2024 | 15:39
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
30 Sep 2024 | 15:34
Oktyabr ayının HAVA PROQNOZU
30 Sep 2024 | 15:28
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
30 Sep 2024 | 15:22
Rusiya Kiyev şəhərini 5 saat ərzində dronlar hücumuna məruz qoyub
30 Sep 2024 | 15:16
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
30 Sep 2024 | 15:11
Vəkilliyə qəbulun müraciətləri elektron formada keçiriləcək
30 Sep 2024 | 15:05
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 07:54
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
30 Sep 2024 | 07:15
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 07:54
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
30 Sep 2024 | 07:15
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu