Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
Kriminal
Oxunub: 3945
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahbacı İsayeva vəsatətlə çıxış edərək təqsirləndiirlən Aynur Bayramovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və məhkəmə zalında həbs edilməsini istəyib.
 
"Xəstə nəvəmin təcili Antaliyada əməliyyat olunması üçün 20 min dollar istədi. Biz də 34 min manat verdik. Pulu verəndə videoçəkiliş etdik. Həbs olunmasını istəyirəm"- zərərçəkmiş məhkəmədə belə deyib.
 
Zərərçəkmişlərin bir çoxu vəsatətin təmin olunmasını istəyiblər. Onlardan bəziləri təqsirləndirilən Aysel Məmmədovanın da həbs olunmasını istəyiblər. Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti əsassız hesab ediblər. Bildiriblər ki, həbs-qətimkan tədbirinin seçilməsi üçün əsaslar olmalıdır. Lakin təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə, şahidlərə təzyiqin göstərilməsi mövcud deyil. Onlar məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlirlər.
 
Təqsirləndirilən Aynur Bayramova da vəsatətlə razılaşmayıb. Bildirib ki, məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlir, himayəsində xəstə uşağı var.
 
Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra qərar elan edilib. Vəsatət təmin olunub, A.Bayramova barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
 
A.Bayramova qərara etiraz edib, həm özünün onkoloji xəstə olduğunu, həm də himayəsində xəstə uşağının olduğunu deyib: "Evdə xərçəng xəstəsi olan övladım var. Siz nə edirsiniz?"
 
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Həbs edilən A.Bayramovanın vəziyyəti pisləşdiyinə görə proses təxirə salınıb. Müttəhim konvoyun köməyi ilə cəzaçəkmə müəssisəsinə göndərilib.
 
Məhkəmə prosesi mayın 8-də davam edəcək.
 
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
 
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
 
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
 
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
 
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
 
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
 
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
 
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
 
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
 
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
 
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
 
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. /Teleqraf.com/
 
16:58
 
Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aynur Bayramova həbs olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunub.
 
Aynur Bayramova məhkəmə zalından həbs edilib.
 
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb.
 
İttihama görə, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Aynur Bayramova da təqsirləndirilənlər arasındadır.
 
Oxşar xəbərlər
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfəbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
26 Sep 2024 | 14:45
İlk köç karvanı Cəbrayıla çatdı, açarlar təqdim olundu
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq