Bakıda ögey ananı öldürüb gölə atdılar - Ərlə arvadın cinayəti - FOTO
Oxunub: 3900
05 Jun 2022 | 11:24
Bakıda ögey ananı öldürüb gölə atdılar - Ərlə arvadın cinayəti - FOTO

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Daxil olan məlumat əsasında həmin evə gedən əməliyyatçılar orada yaşayan, 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyevanın yoxa çıxdığının şahidi olublar. Həmçinin, mənzilin divarında, sanitar qovşağının sağ tərəfində və evin giriş qapısında, üzərində qanabənzər ləkələr müşahidə ediblər. 

Ətraflı

Aprelin 2-də Qərənfil Baxşəliyevanın cəsədi qırmızı rəngli xalçaya bükülmüş vəziyyətdə Qaradağ rayonu ərazisində yerləşən göldə aşkar edilir. 

Dərhal Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qərənfil Baxşəliyevanın meyitində 16 ədəd xəsarət izi aşkar edilir. Qadının ölümünə isə beyin toxumasına qansızma səbəb olub. 

Baş vermiş qətllə bağlı Qərənfil Baxşəliyevanın ögey qızı, 1999-cu il təvəllüdlü Günay Məmmədova və kürəkəni, 1993-cü il təvəllüdlü Həmzə Verdiyev şübhəli şəxs qismində saxlanılıblar.

Moderator.az lent.az-a istinadən sözügedən cinayət işinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, Həmzə Verdiyev rəsmi nikahda olan arvadı Günay Məmmədovanın atası Firdovsi Məmmədova məxsus nömrəsiz fərdi evdə yaşayıb. Qayınanası Fövqiyyə Məmmədovanın vəfatından bir müddət sonra qayınatası Qərənfil Baxşəliyeva ilə evlənib. Qadının həmin evə vərəsə kimi iddialı ola biləcəyini fikirləşərək, gələcəkdə ev bölgüsündən məhrum etmək üçün Günay Məmmədova ilə birlikdə onu öldürməyi qərarlaşdırıblar. Bu məqsədlə, 2021-ci il martın 25-i saat 19 radələrində Firdovsi Məmmədov Qaradağ rayonunun Səngəçal qəsəbəsində iş növbəsində olmasından istifadə edərək, evin dəhlizində, arxadan Qərənfil Baxşəliyevaya yaxınlaşıb, əlindəki baltanın küp və iti hissələri ilə əvvəlcə özü, sonra həyat yoldaşı, qadının onu öldürməmələri barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə baş nahiyəsinə çoxsaylı zərbələr endiriblər. 

 

Sonra meyiti xalçaya büküb, guya qadının küsüb evdən getməsi görüntüsünü yaratmaqla, cinayəti gizlətməkdən ötrü mərhumun paltarlarını, pul kisəsini və şəxsiyyət vəsiqəsini çemodana yığıblar. Daha sonra meyiti, baltanı və çemodanı "Renault" markalı, 99-SR-187 dövlət nömrə nişanlı avtomobillin yük yerinə yerləşdiriblər. Gizlində onları aparıb Lökbatan-Puta magistral yolunun kənarında yerləşən gölə atıblar. 

İş üzrə dindirilmiş Həmzə Verdiyev bildirib ki, 2001-ci ilə qədər Astara şəhərində, həmin ildən etibarən isə Bakı şəhərinin Xəzər rayonunda yaşayıb. Binə qəsəbəsində yerləşən 136 saylı tam orta məktəbi 2010-cu ildə bitirib. 2018-ci ilə qədər fərdi qaydada rəngsaz kimi çalışıb, sonra müxtəlif taksi şirkətlərində sürücü işləyib. Günay Məmmədovanı da taksi fəaliyyəti ilə məşğul olan zaman tanıyıb. Belə ki, Günayı atası və xalası ilə birlikdə "Bakı Sağlamlıq Mərkəzi"ndən Biləcəri qəsəbəsinin M.Aslanov küçəsində yerləşən evlərinə aparıb: 

"Məndə onun nömrəsi qalmışdı. Sonra onunla əlaqə saxladım və münasibətlərimiz yarandı. 2019-cu il fevralında nişanlandıq və martın 14-də toyumuz oldu. Həyat yoldaşımın anası Fövqiyyə Musayeva onkoloji xəstəlikdən vəfat edəndən sonra, atası Firdovsi Qərənfil Baxşəliyeva ilə qeyri-rəsmi ailə həyatı qurdu. Bu Günaya çox pis təsir etdi. Bu səbəbdən onunla atası arasında tez-tez mübahisələr olurdu. Noyabrın 19-da bizim qızımız dünyaya gəldi. 2021-ci ilin yanvar ayında biz qayınatamın evinə köçdük".

Təqsirləndirilən şəxs bildirib ki, Günayla Qərənfilin arasında mütəmadi söz-söhbət yaranıb: "Ögey anası Günaya onlarla birlikdə yaşaya bilmədiyini, uşağın səsindən əsəbiləşdiyini deyirdi. Hətta qadın evi satacaqları ilə bağlı danışırdı. Günay isə ona evin anasına məxsus olduğunu deyərək satılmasına qarşı çıxırdı".

Həmzə Verdiyev qeyd edib ki, 2021-ci il martında Günay ona artıq Qərənfillə bir evdə yaşaya bilmədiyini və onu öldürmək qərarına gəldiyini deyib: 

"Arvadıma bunu tək bacarmazsan dedim və onu sakitləşdirməyə çalışdım. Lakin fikrinin ciddi olduğunu gördüm və qadını birlikdə öldürməyi təklif etdim. 4-5 gün Qərənfili necə öldürəcəyimizi düşündük. Uzun müzakirədən sonra qərara gəldik ki, qətli Firdovsi gecə növbəsində olan gün törədək və meyiti Qaradağ rayonu ərazisində yerləşən gölə ataq. Martın 25-i saat 18 radələrində övladımı aparıb Günayın xalasıgilə qoydum və evə qayıtdım. Qərənfil evdə idi. O, hamam otağının qapısını açmaq istəyəndə arxadan balta ilə başına iki zərbə endirdim. Günay qonaq otağının qarşısında dayanıb bizə baxırdı. Ona dedim ki, televizorun səsinin artırsın. Qadın üzü üstə yerə yıxılan kimi ardıcıl 3-4 dəfə də zərbələr vurdum. Günay qorxudan qışqırırdı. Ona sakitləşməsini, artıq bu işə başlamışıqsa sona çatdırmalı olduğumuzu bildirdim. Günay sakitləşdi və gördü ki Qərənfil hələ ölməyib. Bıçağı götürdü və onun başına daha 3 zərbə endirdi. Bizim əsas məqsədimiz qadını tez öldürmək və hadisə yerini təmizləmək idi. Günayın vurduğu zərbələrdən sonra artıq Qərənfil öldü. O, tam hərəkətsiz vəziyyətdə uzanmışdı. Biz onu yerdə olan qırmızı rəngli xalçaya bükdük. Qadının guya evdən çıxıb getməsi səhnəsini yaratmaq məqsədi ilə ona məxsus paltarları və pul kisəsini qırmızı rəngli çemodana yığdıq. Kimyəvi vasitələrlə döşəmədə, tavanda və divarlarda olan qan ləkələrini sildik. Bu müddət ərzində Firdovsi dayanmadan Qərənfilin mobil telefonuna zəng edirdi. Günay telefonu açdı və Qərənfilin geyinərək evdən getdiyini dedi. Daha sonra meyiti maşının yük yerinə qoyduq. Avtomobilə əyləşib, plan üzrə Sulutəpə, ardınca Xocasən dairəsi istiqamətində hərəkət etdik. Lökbatan-Puta yolunda, avtomobil hərəkətdə olarkən Günay pəncərədən baltanı tulladı. Bundan 400 metr sonra maşını saxlayıb çemodanı suya atdıq. Daha sonra xalçaya bükülmüş meyitə mişar daşı bağlayıb gölə tulladıq. İşi bitirib evə qayıdanda Firdovsi zəng etdi və bizi 4-cü polis şöbəsinə çağırdı. Şöbəyə getdik və hadisə ilə bağlı izahatlarımızı verdik".

Təqsirləndirilən Günay Məmmədova qeyd edib ki, martın 25-də mübahisə edərkən Qərənfil Baxşəliyeva onun anasını və qızını söyüb. Qərənfil fiziki cəhətdən zəif qadın olub. Onu tək öldürüb, əri Həmzə yalnız evdəki izləri və meyiti gizlətməyə köməklik edib. Baxşəliyevanı öz istəyi ilə öldürüb, əməlinin uzunmüddətli cəza ilə nəticələnə biləcəyini dərk edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Oruc Baxşəliyev ifadəsində göstərib ki, bacısı Qərənfil Baxşəliyeva 2015-ci ildə Türkiyədə həmkəndliləri Samit Məmmədovla ailə həyatı qurub. Həmin vaxtlar onun valideynləri digər bacı-qardaşları ilə birlikdə İstanbul şəhərində yaşayıblar. Uşaqları olmadığına görə 2017-ci ildə bacısı boşanıb. 2019-cu ildə Qərənfil Firdovsi Məmmədovla qeyri-rəsmi ailə həyatı qurub və Bakı şəhərinə köçüb. Qərənfilin sözlərinə görə, yoldaşının birinci nikahdan olan qızı Günay əri Həmzə ilə yaşadıqları evə köçdükdən sonra aralarında mülklə bağlı mübahisələri yaranıb. 

Firdovsi ona evi sataraq ayrı-ayrı evlər almaq istədiyini, bununla da həmin mübahisəyə son qoyacağını deyib. 

2021-ci il martın 26-da Firdosi ona zəng edərək Qərənfilin evdən çıxıb, getdiyini söyləyib. Narahat olaraq, Naxçıvandan Bakıya gəlib və 4-cü Polis Şöbəsinə gedib, bacısının itkin düşməsi ilə əlaqədar izahat verib. Aprelin 2-də Qərənfilin Günayla Həmzə tərəfindən qətlə yetirildiyini bilib, meyitini təhvil almaq üçün Binəqədi rayon Patoloji Anatomiya şöbəsinə gəlib.

Şahid Firdovsi Məmmədov ifadəsində göstərib ki, martın 25-i saat 19 radələrində arvadı Qərənfil telefon zənglərinə cavab vermədiyi üçün, qızına zəng edib. Günay Qərənfilin paltosunu geyinərək, harasa çıxıb getdiyini deyib. Bacısı İmarətlə telefonla əlaqə saxladıqda, sonuncu ona Qərənfilin telefonundan Nərgizin telefonuna "namaz qılım, gələcəm" məzmunlu mesaj gəldiyini söyləyib. Bunu eşidəndə o, şübhələnib. Belə ki, arvadı heç kimə mesaj yazmayıb, o, "WhatsApp"la yalnız zəng etməyi bacarıb. Ona görə də dərhal Qərənfili axtarmaqlarını tapşırıb. Evlərinə gedən bacısına və digər yaxınlarına Günay və Həmzə onun çıxıb, getdiyini bildiriblər. Onun xahişi ilə qohumları polisə zəng edib, Qərənfil Baxşəliyevanın yoxa çıxması ilə bağlı məlumat veriblər. Özü işdən icazə alıb saat 23 radələrində evə gəlib:

"Günayla Həmzə evdə yox idi. Mənzilə daxil olanda divarın və tavanın üzərində qanabənzər ləkələr gördüm. Tez yataq otağına baxdım. Qərənfilin bəzi paltarları, içərisində şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantası və qırmızı rəngli çemodan yox idi. Qızıma zəng edib tez evə gəlməsini tələb etdim. Lakin o gəlmədi. Bundan sonra mən şübhələndim". 

Şahid Cəmilə Verdiyeva bildirib ki, martın 26-da oğlu Həmzə həyat yoldaşı ilə gəlini Günay ad günü ilə əlaqədar onlara gəliblər. Çay içərkən gəlini ögey anası Qərənfilin namaz vaxtı onları təhqir etdiyini və paltarlarını geyinərək çıxıb, getdiyini deyib. Bundan sonra Həmzə 4-cü polis şöbəsinə və prokurorluğa dəvət olunduqda o, narahat olub. Amma oğlu qadının yoxa çıxmasından xəbərsiz olduğunu bildirib. Bir həftədən sonra o eşidib ki, Həmzə ilə Günay həbs olunublar. 

Məhkəmə iclasında Həmzə Verdiyev ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, cinayətin törədilməsində iştirak etməyib, Qərənfil Baxşəliyevanı onun həyat yoldaşı qətlə yetirib. 

Günay Məmmədova özünü qismən təqsirli bilib. Məhkəmədən xahiş edib ki, onun övladı Sevgi Verdiyeva xalası Ülviyyə Novruzovanın himayəsində qalsın.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza verilməsini istəyib.

Məhkəmə Həmzə Verdiyevin və Günay Məmmədovanın əməllərini CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə Həmzə Verdiyev 19, Günay Məmmədova isə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Oxşar xəbərlər
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib