Ukraynada
Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşı həbs
edilib.
Adı
açıqlanmayan həmyerlimiz Dvoryanskiy küçəsində 26 yaşlı şəxsi bıçaqla
öldürməkdə şübhəli bilinir. Hadisə barədə polisə təcili tibbi yardımdan xəbər
veriblər. Onlar xəsarət alan şəxsdə kəsici və deşici xəsarətlərin olduğunu
bildiriblər.
Aparılan
araşdırmalar nəticəsində məlum olub ki , səhər saat 5 radələrində 2 nəfər
tələbə yataqxanasının yanından keçərkən onlardan birinin mobil telefonu zəng
çalıb. Bu vaxt telefon sahibi zəng edəni eşitmədiyindən söyüş söyməyə başlayıb.
Həmin vaxt diskotekadan gələn tələbələr yataqxananın qarşında yığışıb söhbət
edirlərmiş. Naməlum şəxsin telefonla söyüşlə danışmasını özünə təhqir kimi
qəbul edən isə bizim həmyerlimiz olub. Onlara irad bildirdikdən sonra tərəflər
arasında mübahisə başlayıb və həmyerlimiz 26 yaşlı şəxsə bıçaqla zərbə endirib.
Təqsirləndirilən şəxs artıq həbs olunub və onun barəsində qəsdən adam öldürmə
maddəsi ilə cinayət işi başlanıb. Ukrayna qanunvericiliyinə görə, 26 yaşlı
həmyerlimizi 7 ildən 15 ilə qədər ciddi cəza gözləyir.