Dizel və gübrə ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salındı - FOTO
İqtisadiyyat
406
10:45, Bu gün

Dizel və gübrə ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salındı - FOTO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
 
Moderator.az xəbər verir ki, Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.
 
İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
 
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
 
4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə 14 aprel tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər