ABŞ Ticarət Palatasının vitse-prezidenti nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini açıqlayıb
İqtisadiyyat
175
09:49, Bu gün

ABŞ Ticarət Palatasının vitse-prezidenti nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini açıqlayıb

"Missiyamızın əsas məqsədi hər hansı saziş imzalamaq deyil, bazarınızı öyrənmək və onun ehtiyaclarını anlamaqdır".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
 
Onun sözlərinə görə, missiya şirkətlərə Azərbaycan biznesinin fəaliyyəti ilə tanış olmaq, həmçinin mövcud imkanlar və hökumətin planları barədə məlumat almaq imkanı yaratmaq məqsədi daşıyır.
 
"Qarşılıqlı fəaliyyət ikitərəfli olmalıdır. Məsələn, biz Azərbaycan Prezidenti İlham Əliyevi və nazirləri Vaşinqton və ya Nyu-Yorka səfərləri zamanı ABŞ şirkətlərinin nümayəndələri ilə görüşmək üçün qəbul etməyə şad olarıq. Tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə ABŞ-nin müxtəlif regionlarında Azərbaycan hökumətinin və özəl sektorunun nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil etmək niyyətindəyik", - deyə K.Çoksi qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər