İqtisadiyyat
607
13:18, Bu gün

"İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
 
Moderator.az xəbər verir ki, iyulda “İnci Kredo” Kredit İttifaqı MMC tərəfindən 2025-ci ilin II rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İnci Kredo” Kredit İttifaqı MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdi.
Link kopyalandı!
Son xəbərlər