Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub
İqtisadiyyat
1288
03 Nov 2025 | 10:58

Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub.
 
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
 
Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür.
 
Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.
Link kopyalandı!
Son xəbərlər