Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
İqtisadiyyat
215
14:27, Bu gün

Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?

Azərbaycan ötən il kərə yağı idxalını 78% artırıb və bu da o deməkdir ki, biz çox az miqdarda yağ istehsal edirik, həmçinin tamamilə idxaldan asılıyıq.
 
Bu sözləri Gundem.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ötən il Azərbaycanın Rusiyaya 940 ton kərə yağı ixrac etməsini şərh edərkən deyib.
 
Ekspert bildirib ki, bizim istehlak etdiyimiz kərə yağı əsasən xaricdən ya birbaşa gətirilmiş, ya da böyük həcmdə gəlib, sonra qablaşdırılmış yağlardır:
 
“Həmin yağlar ölkəmizdə qablaşdırıldığı üçün yerli istehsal kimi göstərilir. Ona görə də statistik məlumatlar qarışdırılır və məlumatların qarışdılması tək yağda yox, ət sahəsində də özünü göstərir.
 
Rusiyaya ixrac olunan yağa gəldikdə isə qeyd edim ki, ötən il Rusiyada kərə və digər yağların qiymətində kəskin artım olub. Bu da istehsalın azalması ilə bağlıdır. Rusiyaya tətbiq olunmuş embarqo ölkənin yağ istehsalına da təsir edib. Ona görə də Türkiyə, ərəb ölkələrinin ardınca Azərbaycana kərə yağının tədarükü üçün müraciət olunub. Ötən il bu hadisə tək yağda yox, yumurta istehsalında da özünü göstərib”.
 
Qeyd edək ki, ötən il Azərbaycandan Rusiyaya 940 ton kərə yağı ixrac edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.
Link kopyalandı!
Son xəbərlər