İqtisadiyyat
3239
25 Dec 2024 | 10:59

"Apple"ın bazar dəyəri tarixdə ilk dəfə 4 trln. dollar səviyyəsinə yaxınlaşır

“Apple” süni intellektlə idarə olunan səhmlərin artımı fonunda 4 trilyon dollar dəyərə yaxınlaşır. Noyabr ayından bəri səhmlərinin 16 faiz artmasının ardından “Apple” tarixi yarışda Nvidia və Microsoft-u qabaqladı. Bu, şirkətin bazar dəyərinə təxminən 500 milyard dollar əlavə etdi. Bazar ertəsi bazarın bağlanışına görə Apple-ın dəyəri təxminən 3,85 trilyon dollardır və onun səhmləri sessiyada 0,31 faiz artaraq hər səhm üçün 255,27 dollara çatıb.
 
50 Park Investments şirkətinin baş direktoru Adam Sarhan deyib: “Apple-ın bazar dəyərinin 4 trilyon dollara yaxınlaşması onun texnologiya sənayesindəki davamlı üstünlüyünün sübutudur”. 
 
“Appl”e əvvəlki trilyon dollarlıq rekorda çatan ilk Amerika şirkətidir. Son bir neçə il ərzində şirkət süni intellekt strategiyasını müəyyən etməkdə ləng olduğuna görə tənqid edilir. İyun ayında kreativ süni intellektni tətbiqlərinə inteqrasiya etmək planlarını elan etdikdən sonra, Apple dekabrın əvvəlində OpenAI-nin ChatGPT-ni öz cihazlarına inteqrasiya etməyə başlayıb.
 
 “Apple Inc” 2025-ci maliyyə ilində satışları rekord həddə çatdıracaq, Wedbush”un analitiki Den Ayvz proqnozlaşdırır.
 
Morgan Stanley analitiki Erik Vudrinq qeyd edib ki, yaxın müddətli iPhone tələbi aşağı olaraq qalsa da, bu, məhdud “Apple” Intelligence imkanlarının və coğrafi əlçatanlığın nəticəsidir və hər ikisi genişləndikcə, iPhone tələbini yaxşılaşdırmağa kömək edəcək. Səhmlərin son yüksəlişi Apple-ın qiymət-qazanc nisbətini 33,5-ə çatdırdı ki, bu da demək olar ki, üç ilin ən yüksək səviyyəsidir. 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər