2024-cü ildə ən çox  pul itirən 5 milyarder
İqtisadiyyat
4861
25 Dec 2024 | 09:56

2024-cü ildə ən çox  pul itirən 5 milyarder

Bəzi milyarderlər üçün 2024-cü il təəccüblü gəlirlər gətirdi. İlon Mask 400 milyard dollar həddini keçən ilk şəxs olsa da, Facebook-un qurucusu Mark Zukerberqin sərvəti təxminən 92 milyard dollar artıb. Dekabrın ortalarında dünyanın ən zəngin 20 adamının sərvəti heyrətamiz dərəcədə 3 trilyon dollara çatıb. Lakin Çində ləng artım və Avropada zəif fond bazarları yüzlərlə milyarderin sərvətinin azalmasına səbəb olub. Qeyd edək ki,  ən çox itirən beş milyarderdən dördü amerikalıdır.
 
Moderator.az 2024-cü ildə ən çox pul itirən 5 milyarderi təqdim edir
 
“Louis Vuitton Moet Hennessy” şirkətinin sahibi Bernard Arnault bu il ən çox pul  itirən milyarder  olub. Fransız lüks imperiyasının qurucusu yanvarın sonundan mayın sonuna kimi dünyanın ən zəngin adamı olub. Lakin mart ayında zirvəyə çatan və Parisdə siyahıya alınan LVMH səhmləri, Çində tələbin zəifləməsi ilə aprel ayından bəri davamlı şəkildə aşağı düşüb. Bu azalma Arnaultun sərvətinin təxminən 25 milyard dollarını itirməsinə səbəb oldu. Dekabrın ortalarına olan məlumata görə, Arno 171,3 milyard dollar sərvəti ilə Forbes-in Real Time Milyarderlər reytinqinə görə dünyanın 5-ci ən varlı adamıdır.
 
Meksikalı Carlos Slim Helu ikinci ən çox pul itirən milyarderlərdəndir. Onun ən dəyərli aktivi Latın Amerikası, Mərkəzi Avropa və Şərqi Avropanın 22 ölkəsində fəaliyyət göstərən Meksikada yerləşən mobil telekommunikasiya oyunçusu América Móvil-dəki səhmləridir. América Móvil səhmlərinin təxminən 20 faiz azalması Meksika pesosunun ABŞ dolları qarşısında zəifləməsi ilə birlikdə onun sərvətinin 22,9 milyard dollar azalmasına səbəb oldu. Forbes-in məlumatına görə, onun sərvəti hazırda 81,3 milyard dollardır.
 
Çində  kosmetika nəhəngini quran L'Oréal varisi Fransua Bettencourt Meyers-in də pul itirən milyarderlər arasındadır. Şimali Asiyada satışlar üçüncü rübdə şirkətin Çindəki çətin ekosistem kimi təsvir etdiyinə qarşı 6,5 faiz azalıb. Səhmlər dekabrın 13-dək təxminən 24 faiz ucuzlaşaraq Bettencourt Meyers-in xalis sərvətindən 22 milyard dollar itkiyə səbəb oldu. Bu kəskin azalmaya baxmayaraq, Meyers hələ də 74,7 milyard dollarla dünyanın ikinci ən zəngin qadınıdır.
 
Onlayn pərakəndə satış şirkəti Temu-nun ana şirkəti olan PDD Holdings-in qurucusu və keçmiş sədri Kolin Huanq bu yay Çinin ən zəngin adamı oldu. Daha sonra PDD Holdings-in səhm qiymətlərinin avqust ayından bəri kəskin 31 faiz azalması bu titulu əlindən aldı. Huang ili 36 milyard dollarlıq sərvətlə dördüncü ən zəngin Çin milyarderi kimi başa vurur ki, bu da ilin başladığı vaxtdan 15,3 milyard dollar azdır.
 
Bu il ən çox itirən beşinci şəxs Bill Qeyts olub. Lakin onun sərvətinin 12 milyard dollar azalması səhm qiymətlərinin dəyişməsindən daha çox aktivlərin yerdəyişməsi ilə bağlıdır. Billin keçmiş həyat yoldaşı Melinda French Qeyts  iyun ayında Bill & Melinda Gates Fondunun həmsədri vəzifəsindən istefa verib və xeyriyyəçilik işinə görə 12,5 milyard dollar alacağını bəyan edib. Vəsaitlərin mənbəyi açıqlanmasa da, lakin aktivlərin Gates Fondundan deyil, Bill tərəfindən ödənildiyi məlum olub.  
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər