Rusiya Abxaziyaya elektrik verilişinin əvəzində nə tələb edib?.. 
İqtisadiyyat
2130
24 Dec 2024 | 11:21

Rusiya Abxaziyaya elektrik verilişinin əvəzində nə tələb edib?.. 

Rusiyadan elektrik enerjisinin bərpası abxazlara sevinc bəxş etsə də, Moskvanın bunun müqabilində nə tələb edəcəyi sualları və mayninqlə(kripto-valyuta platformalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılması üzrə fəaliyyət - S.L.)  mübarizənin effektivliyi məsələsi narahatlıqlar doğurub.
 
Moderator.az xəbər verir ki, bu haqda "Kavkazskiy uzel" məlumat yayıb.
 
Xəbər verildiyinə görə, dünən Rusiya Abxaziyaya humanitar elektrik enerjisinin tədarükünə başlayıb. Bu haqda qondarma Abxaziya "respublikası"nın "energetika və nəqliyyat naziri" səlahiyyətlərini icra edən Cansux Nanba danışıb. 
 
21 dekabrda  Abxaziya "prezidenti" vəzifəsini icra edən Badra Qunba humanitar elektrik təchizatı xahişi ilə Rusiya hakimiyyətinə müraciət edib. “Çernomorenerqo” şirkəti dekabrın 23-dən Abxaziyada yeni elektrik enerjisi təchizatı cədvəlinin tətbiq olunacağını açıqlayıb: onun təchizatı yalnız dörd saat – gündüz iki saat, gecə isə iki saat kəsiləcək. 
 
Özlərini Abxaziyanın sakinləri kimi təqdim edən telegram-kanal istifadəçiləri "D News Abxaziya" kanalındakı məlumata şərhlərdə elektrik enerjisinin bərpa olunmasından sevinclərini bölüşüblər.
 
"Biz bütün dünya üçün adi bir hadisə olan bir şeyə sevinirik", - Yekaterina paylaşıb.
 
"Allaha şükürlər olsun! Bu məsələdə kömək edən hər kəsə təşəkkür edirəm, lakin mayninqlə mübarizə davam etdirilməlidir",- deyə "Fa Ka" yazıb.
 
Analitiklərin fikrincə, Abxaziyada kütləvi miqyasına və korrupsiyaya görə problemə çevrilən kriptovalyuta istehsalı da enerji böhranına səbəb olub.
 
"Çernomorenergo" rəhbərliyi hələ 2020-ci ildə bəyan etmişdi ki, Abxaziyanın enerji sektorundakı problemlər mayninq avadanlıqlarının kütləvi quraşdırılması ilə bağlıdır, lakin şirkətin məlumatları bunu birmənalı şəkildə mühakimə etməyə imkan vermir", - "Kavkazskiy uzel"in arayışında belə deyilir.
 
"İşıq çatışmazlığı ilə insanlara əzab vermək cəhdi müvəffəqiyyətsiz oldu (Məsələni mayninq ilə həll etmək əvəzinə, axın tələb etmək daha asandır). İndi sual budur ki, bunun qarşılığında nə olacaq?" – Narsou Kudjba soruşub.
 
Bunun müqabilində Rusiya nə istəyəcək? - Sual budur.
 
Digər istifadəçilər də oxşar sual veriblər. 
 
"Əvəzində nə tələb edəcəklər - sual budur", -deyib "Lk". "Belə görünməmiş səxavət atraksionu nə üçündür" ,– deyə İrina Rusiya hakimiyyətinin qərarına təəccüblənib. "Bu səxavət sizi təqib etmək üçün geri qayıdacaq", - "Lk" cavab olaraq yazıb.
 
Xatırladılır ki, dekabrın 9-dan Abxaziyada elektrik enerjisi gecə saatlarında (saat 21.00-dan 07.00-dək), digər vaxtlarda isə iki dəfə iki saat 20 dəqiqə ərzində məhdudiyyətsiz verilib. Dekabrın 11-də suyun səviyyəsinin kəskin aşağı düşməsi ilə əlaqədar İnqur SES-in işi dayandırılıb, gün ərzində elektrik enerjisinin verilməsi iki saat 48 dəqiqəyə enib. Yerli sakinlərin sözlərinə görə, ümumilikdə tədarük qrafikinə əməl olunur, lakin istilik, rabitə və internetlə bağlı problemlər var.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər