Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 5% artaraq 6 milyard 2 milyon 253 min manata çatıb.
Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 632,559 milyon manat əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 145,605 milyon manat, aksizlər üzrə daxilolmalar 184,829 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 39,259 milyon manat təşkil edib.