Bu məhsulların idxalı 8 il ƏDV-dən azad ediləcək
İqtisadiyyat
1159
20 Dec 2024 | 16:08

Bu məhsulların idxalı 8 il ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan avtobusların satışı, hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Vergilər Məcəlləsinə edilən dəyişiklikdə nəzərdə tutulur.
 
Hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
 
"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə 16 dekabrda III oxunuşda qəbul edilib.
 
Link kopyalandı!
Son xəbərlər