FED uçot dərəcəsini endirdi: Dünya iqtisadiyyatında nələr gözlənilir? - AÇIQLAMA
İqtisadiyyat
675
15:21, Bu gün

FED uçot dərəcəsini endirdi: Dünya iqtisadiyyatında nələr gözlənilir? - AÇIQLAMA

ABŞ-nin Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini gözlənildiyi kimi 4.75%-dən 4.50%-ə endirib.
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, FES tərəfindən uçot dərəcəsinin endirilməsinə dair bu, cari il ərzində artıq, sayca 3-cü qərardır:
 
“Məlumdur ki, adı çəkilən qurum 2020-ci ildəki pandemiya dövründən sonra dolları bahalaşdırmaq kursunu tutmuşdu. Çünki ötən dövr ABŞ valyutasını möhkəmləndirməyə, yəni bahalaşdırmağa ehtiyac var idi. Cari ildə vəziyyət artıq dəyişib. Dolları ucuzlaşdırmaq tələb olunur. Odur ki, sentyabrdan etibarən ABŞ mərkəzi bankı sayılan FES uçot dərəcəsini aşağı salmaq siyasəti yürüdür. Məqsəd dünya maliyyə bazarlarında və qeyri-müəyyənliyi aradan qaldırmaqdır, nefti ucuzlaşdırmaq və qızıla yatırımı azaltmaqdır. Ucuzlaşdırma siyasəti ehtiyatla, mərhələli olaraq həyata keçirilməkdədir, yəni 0,5 % bənd həddində... “.
 
İqtisadçi qeyd edib ki, bunun növbəti il ərzində də davam etdiriləcəyi gözlənilir:
 
“Belə ki,  FES-in bu dəfəki pul dəyərinin endirimi üzrə siyasəti faizin 0,25 % bəndi azaldılaraq 4,25-4,50 % aralığına endirməkdən ibarət olub. Bundan əvvəl, sözügedən aralıq 4,50 - 4,75 % həddində idi. 2025-ci il ərzində bu cür azı iki dəfə qərar qəbul ediləcəyi gözlənilir. Yəni ki, ümumən 0,5 % həddində. Hətta bunun, 1 % həddində təşkil edəcəyini bildirinlər də var. Lahin hər şeyi növbəti ildə ortaya çıxacaq vəziyyət müəyyən edəcək. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bahalı pul siyasəti heç bir ölkə üçün sərfəli deyil, o cümlədən ABŞ üçün də... Amerika valyutası dünyanın aparıcı valyutasıdır, neftin qiyməti və qızılın dəyəri baxımından ABŞ iqtisadiyyatı üçün dolların baha olması xüsusən məqsədəuyğun və yaxud sərfəli deyil. Bu, iqtisadi artımı əngəlləyir. Odur ki, Ağ Evin növbəti sahibi - Donald Tramp dövründə ucuz pul siyasəti prioritet xarakter daşıyacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər