Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana gətirilən minik avtomobillərinin idxal qiyməti bahalaşıb. Belə ki, hesabat dövründə 1 milyard 417 milyon 981 min dollar dəyərində minik avtomobili idxal olunub. Ötən il bu rəqəm dəyər ifadəsində 1 milyard 377 milyon 362 min dollar təşkil edib.
Moderator.az Dövlət Gömrük Komitəsinin gömrük statistikasına istinadən xəbər verir ki, idxalın miqdarında 9,1% azalmaya baxmayaraq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində artım qeydə alınıb.
Belə ki, minik avtomobillərinin xaricdən alışı rezidentlərə 40 milyon 618 min dollar baha başa gəlib.
2024-cü ilin 11 ayının nəticələrinə görə 1 ədəd minik avtomobilinin orta idxal qiymət 19 min 68 dollar olub. 2023-cü ilin yanvar-noyabr aylarında orta idxal qiyməti 16 min 833 dollar təşkil edib.