Bizi sosial şəbəkələrdən izləyin:
Federal Ehtiyat Sisteminin bu gün açıqlayacağı faiz qərarı bazarda qızıl və dolların məzənnəsini formalaşdıracaq amillərdən biri olacaq.
Moderator.az. xəbər verir ki, Federal Ehtiyat Sisteminin noyabr iclasında faiz dərəcəsi 25 baza bəndi azaldılaraq 5 faizdən 4,75 faizə endirilib.
FES faiz dərəcələrini azaltdığı zaman dolların qısa və orta müddətli dövr üçün dəyəri ucuzlaşır.
Faiz dərəcələri aşağı salınarsa, bu beynəlxalq bazarlarda dollarla satılan qızılın unsiyasının dəyər qazanmasına səbəb olacaq. Belə ki, qızılı etibarlı sığınacaq hesab edən investorların bu yığım vasitəsinə üz tutması qiymətləri yüksəldəcək.
ABŞ Mərkəzi Bankının faiz endirimi ümumilikdə fond bazarına müsbət təsir göstərir. Aşağı faiz dərəcələri şirkətlərin daha az xərclə borc almasını, investisiya və inkişaf perspektivlərini stimullaşdırır. Belə bir şəraitdə şirkətlərin səhmlərinə tələb artır, birjalarda yüksəliş yaradır. Eyni zamanda, aşağı faiz dərəcələri depozitlər və istiqrazlar kimi aşağı riskli investisiyaların cəlbediciliyini azaldır və investorları səhmlərə yönləndirir.
FES-in faiz dərəcəsini aşağı salması kriptovalyuta bazarına da əhəmiyyətli təsir göstərə bilər. Belə ki, investorları ənənəvi maliyyə sistemindən kənar yüksək gəlir axtarmağa başlayırlar. Bu vəziyyət riskli aktivləri hesab edilən kriptovalyutalara marağı artırır.
Analitiklərə görə, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini artırarsa, dollar bahalaşacaq. Artan faiz dərəcələri ABŞ-da valyuta təklifini artıraraq inflyasiyanı nəzarətdə saxlayır. Belə olan halda dollar inkişaf etməkdə olan ölkələrin valyutaları qarşısında möhkəmlənir.
Faiz artımı qərarı qızılın qiymətinə də təzyiq göstərir. Dollar gəlirləri artan sərmayəçilərin qızıla marağı azalır və nəticədə qiymətli metal dəyər itirir. Yüksək faiz dərəcələri dövründə qızılın etibarlı investisiya aləti kimi cəlbediciliyi də aşağı olur.
Bu arada FES rəsmilərinin bir-birinin ardınca verdiyi açıqlamalar yeni faiz endirimi ehtimalını gücləndirib. Qurumun siyasət faizini 25 baza bəndi azaldacağı gözlənilir. Gələn il isə cəmi iki faiz endiriminin olacağı proqnozlaşdırılır.