Son 5 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik nə qədər artıb? - RƏSMİ 
İqtisadiyyat
2236
03 Dec 2024 | 09:51

Son 5 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik nə qədər artıb? - RƏSMİ 

Son beş ildə (2018-2024) ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib.
 
Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır.
Link kopyalandı!
Son xəbərlər