Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb".
Moderator.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" hesabında paylaşım edib:
"Sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları sahələrində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək".