Bizi sosial şəbəkələrdən izləyin:
Sentyabrda dünya ərzaq qiymətləri son 18 ayda ən yüksək templə artıb.
Moderator.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq hesabatına istinadən xəbər verir ki, bəzi ərzaq mallarının beynəlxalq qiymət indeksi sentyabrda avqust ayından faiz və bir il əvvəlki müvafiq göstəricidən 2,1 faiz yuxarı olmaqla 124,4 bənd təşkil edib. Bu ilin sentyabrına qədər mart-may ayları arasında qiymətlərdə cüzi artım müşahidə olunsa da, indeks 2023-cü il səviyyəsindən aşağıda qalıb.
FAO bildirir ki, əsas ərzaq məhsullarının qiymətlərinin artmasında əsas rolu şəkərin beynəlxalq qiymətlərinin 10,4 faiz artması oynayıb. Bundan əlavə, sentyabrda FAO taxıl qiymətləri indeksi 3 faiz artıb. Buna buğda və qarğıdalı üçün ixrac qiymətlərinin artması səbəb olub. FAO izah edir ki, beynəlxalq buğda qiymətləri əsasən Kanada və Avropa İttifaqında həddindən artıq yağışlı hava şəraitinin məhsullara mənfi təsiri ilə bağlı narahatlıqlar səbəbindən artıb. Bahalaşma Qara dəniz regionundan tədarükün rəqabətli qiymətlərilə qismən kompensasiya edilib.
Sentyabrda bitki yağı qiymət indeksi 4,6 faiz, süd məhsulları 3,8 faiz və ət indeksi 0,4 faiz artıb.