Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi
İqtisadiyyat
1520
17 Sep 2024 | 22:55

Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi

Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.
 
“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların davamı olaraq, komissiaynın həmsədrləri ikitərəfli ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər”, - bəyanatda deyilir.
 
Əsasən, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd olunur ki, A.Overçuk və Ş.Mustafayev bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Link kopyalandı!
Son xəbərlər