Azərbaycan da nağdsız ödənişə keçsə... - hazırlıqlar bitir?
İqtisadiyyat
Oxunub: 956
11:09, Bu gün
Azərbaycan da nağdsız ödənişə keçsə... - hazırlıqlar bitir?
Azərbaycanda nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür
 
Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların maksimum məbləğinə məhdudiyyət qoyacaq düzəlişlər hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, bu qanunvericilik təşəbbüsü idarənin rəsmi saytında yerləşdirilib.
 
Bildirilib ki, vergi orqanı dəyəri 7 min türk lirəsini (205 ABŞ dolları) keçən mal və xidmətlər üçün nağd ödənişlərə məhdudiyyət qoyulmasını zəruri hesab edir. Dəyişikliklər qəbul olunarsa, fiziki və hüquqi şəxslər müəyyən edilmiş həddən artıq məbləğdə ödənişləri nağdsız üsulla həyata keçirməlidirlər. Tələblərin pozulması alıcılar üçün cərimələrlə nəticələnə bilər. Təşəbbüsdə qanun pozucunun ən azı 5 min lirə (146 dollardan çox) və ya satınalma məbləğinin 10 faizini ödəməli olacağı nəzərdə tutulur.
 
Türkiyə hakimiyyət orqanlarının fikrincə, bu tədbir alıcı və satıcı arasında maliyyə münasibətlərinin şəffaflığını artıracaq, həmçinin vergilərin yığılması prosesini optimallaşdıracaq. Türkiyə rəsmiləri daha əvvəl qeyd edib ki, vergi idarəsi tərəfindən idarə olunmayan əməliyyatların payı kifayət qədər yüksəkdir. 
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatın əsasən, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
 
“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
 
Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 
Mərkəzi Bankın ötən ay təqdim etdiyi məlumata əsasən Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb. Bildirilib ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artıb.
 
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə tətbiq edilməyə başlanacaq təcrübə dünyanın əksər ölkələrində tətbiq olunur. V.Bayramov xüsusilə Avropa ölkələrində nağdlı ödənişlərə limitlər tətbiq olunduğuna diqqət çəkdi: “İnkişaf etmiş ölkələrdə praktik olaraq qeyri-nağd ödənişlərlə bağlı hər hansı çətinlik yoxdur. Çünki vətəndaşların böyük əksəriyyəti qeyri-nağd ödənişlərdən istifadə edir. Azərbaycanda oxşar təcrübədən bütün sektorlar üzrə olmasa da, seçilmiş sektorlar üzrə istifadə olunur. Bir sıra sektorlarda nağd ödənişlərlə bağlı limitlər var. Bəzi sektorlarda, məsələn, məbləği nisbətən böyük olan alqı-satqılarda ödənişlər yalnız qeyri-nağd formada həyata keçirilə bilər. Mənzillərin alqı-satqısı da qeyri-nağd formada ola bilər. Məqsəd nağdsız ödənişlərin stimullaşdırılması və təşviq edilməsidir. Gələcəkdə bu sahədə islahatların dərinləşməsi vacibdir. Çünki xüsusilə ”ƏDV geri al" layihəsi ilə plastik kartlarla ödənişlərə maraq artıb. Nağdsız ödənişlərin həcmində artım müşahidə olunur. Bu tip inzibati hesab olunan mexanizm və meyarların tətbiq edilməsi də nəticə etibarilə nağdsız hesablaşmaların tətbiq edilməsinə və dəstəklənməsinə, eyni zamanda nağdlı hesablaşmaların həcminin azalmasına gətirib çıxara bilər. Ona görə də Türkiyədə tətbiq ediləcək praktikaya uyğun olaraq gələcəkdə Azərbaycanda da bu sahədəki islahatların həm sektorların sayının artırılması, həm də müəyyənləşdirilmiş limitlərə baxılması formasında genişləndirilə bilər".
 
İqtisadçı ekspert Eldəniz Əmirov nağd alışların 205 dollara qədər azaldılaraq limit tətbiq edilməsini birmənalı şəkildə yanlış qərar hesab edir. “Yeni Müsavat” açıqlamasında ekspert mövqeyini belə əsaslandırdı: “Bu qərarın arxasında dayanan əsas səbəb bütün alış-veriş prosesində pul dövriyyəsinə nəzarəti tamamilə gücləndirmək, eyni zamanda yığımları artırmaqdır. Buna şəffaflıq demək olar, amma bu eyni zamanda insan haqlarının pozulmasıdır. Birdən-birə 205 ABŞ dolları məbləğində məhdudiyyət doğru deyil. İqtisadiyyatı bu metodlarla inkişaf etdirmək mümkün deyil. ABŞ təcrübəsinə nəzər salsaq, 10 min ABŞ dollarından artıq nağd pul alan hər hansı şəxs əməliyyat haqqında rəsmi məlumat (arayış) təqdim etməlidir”. 
 
O ki qaldı Azərbaycan təcrübəsinə, ekspert qeyd etdi ki, ölkəmizdə də nağd hesablaşmalarla bağlı müəyyən məhdudiyyətlər var: “Bu bilavasitə Azərbaycanda müvafiq ”Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasınının qanununun 3.3 maddəsi ilə tənzimlənir. ƏDV ödəyiciləri, və son 12 aylıq dövriyyəsi 200 min AZN-dən artıq olan, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bir kateqoriya üzrə bölünmüş və ay ərzində  30 min AZN-dən artıq olmamaqla ödənişləri nağd həyata keçirə bilərlər. Digər vergi ödəyiciləri isə, başqa sözlə desək, hər kəs ödənişləri ay ərzində 15 min  manatdan artıq olmamaqla nağd həyata keçirə bilərlər. 15 min manat təxminən 8800 ABŞ dollarıdır. Bəzi sahələrdə, məsələn, kənd təsərrüfatı təyinatlı müəyyən məhsullar üçün məhdudiyyətlər tətbiq edilmir".  
 
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
 
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. Bu ilin yanvar-avqust ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 410,6 min manat təşkil edib.
Oxşar xəbərlər
19:10, Bu gün
Cənubi Koreyaya yenidən zibil şarları göndərildi
19:03, Bu gün
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
18:55, Bu gün
Türkiyə gözəlindən tənqidlərə cavab: savadsız insanlar...
18:48, Bu gün
Pensiya yaşı çatmadan pensiya kapitalından istifadə imkanı kimlərə yaradıla bilər?
18:40, Bu gün
Qadın pişiyi sayəsində xərçəng olduğunu öyrəndi
18:33, Bu gün
Dollara tələbat artır - Manat ucuzlaşacaq?
18:25, Bu gün
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
18:18, Bu gün
Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"
18:10, Bu gün
Vurulan təyyarəni düşmən üzərinə çırparaq şəhid olan polkovnik...
18:05, Bu gün
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
18:00, Bu gün
Kütləvi istefalar BAŞLADI - Bu partiyanın 41 üzvü...
17:55, Bu gün
Qarşı cinslə ilk görüş üçün ƏN PİS GÜN: Bu tarixlərdən istifadə etməyin!
17:48, Bu gün
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
17:41, Bu gün
Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...
17:35, Bu gün
O, İrəvandakı partiya iclasında soydaşlarımızın Ermənistandan köçürülməsi haqda Stalinin qərarının əleyhinə çıxış etdi?..
17:34, Bu gün
"Bu, informasiya terroru, azad sözə və jurnalist peşəsinə hücumdur" - Zaxarova
17:27, Bu gün
Silahların xarakteri dəyişməyə başladı – Hücum sistemləri Ermənistana göndərilir
17:20, Bu gün
"Nazirlər də işə velosipedlə getsin!" - Ekspert Bakının tixac problemindən danışdı - VİDEO
17:13, Bu gün
Nuran Abdullayev Forumdan danışdı: "Əsas hədəfimiz bütün dünyada yaşayan azərbaycanlı həkimləri birliyə cəlb etməkdir"
17:10, Bu gün
MSK iddiaları araşdırdı: "Bu seçki məntəqələrində qanun pozuntuları..."
17:04, Bu gün
Temperatur enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
16:57, Bu gün
Xəzər dənizində ZƏLZƏLƏ oldu
16:51, Bu gün
Ermənişünas alim tarixi faktları açıqladı: "Ermənilərin Qafqazda dövlət qurmaq planı olmayıb"
16:44, Bu gün
ABŞ Konqresindən Azərbaycana həmlə – Sentyabrın 19-da...
16:37, Bu gün
Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir - FOTO
16:30, Bu gün
Rusiya Polad Bülbüloğluna mükafat verdi
16:23, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb
16:17, Bu gün
İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən AÇIQLAMA
16:13, Bu gün
“Sentyabrın 15-i Azərbaycan tarixi üçün olduqca əlamətdar və tarixi gündür”- VİDEO
16:10, Bu gün
Türkiyə kəşfiyyatının rəhbəri Ankarada HƏMAS rəhbərliyi ilə görüşdü
16:06, Bu gün
Evdə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO
16:00, Bu gün
İranda ötən əsrdən qalan bomba tapıldı - VİDEO
15:53, Bu gün
"Vikipediya"dan şəhid məqalələrini silənlər vətən xaininin dostlarıdır" - Şəhid qardaşı
15:46, Bu gün
Zakir Həsənovun müavini Çinə getdi - FOTO
15:39, Bu gün
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı - FOTOLAR
15:33, Bu gün
İran Yerətrafı orbitə öz istehsalı olan tədqiqat peykini buraxdı
15:26, Bu gün
Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? - RƏSMİ CAVAB
15:19, Bu gün
Dünya artıq Azərbaycanla hesablaşır - "Etibarlı tərədaş olduğumuzu sübut etmişik"
15:12, Bu gün
"Bu söhbəti bitirmək çox asandır": ABŞ Dövlət Departamenti Putinin son bəyanatları haqqında
15:05, Bu gün
Qubada 85 yaşlı qadın özünü asdı
14:58, Bu gün
Ermənistanı gözləyən təhlükə - ABŞ İrəvanı uçuruma aparır - ŞƏRH
14:51, Bu gün
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO
14:44, Bu gün
Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY
14:37, Bu gün
Türk birliyi yolunda daha bir MÜHÜM ADDIM
14:30, Bu gün
Prezident və xanımı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərdi
14:24, Bu gün
"Bu, təhlükəli oyundur": NATO Ukraynaya qoşun yeritmək istəyir?..
14:17, Bu gün
Ömürlük ipoteka ödəyək, yoxsa kirayə qalaq? - AÇIQLAMA
14:11, Bu gün
Mərakeşdə erməni təxribatının qarşısı alındı - FOTO
14:05, Bu gün
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatdı, "Mercedes" pilotu birinci oldu - YENİLƏNİB
13:59, Bu gün
Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü
13:53, Bu gün
“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”
13:51, Bu gün
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:46, Bu gün
"Uşaqpulu birmənalı bərpa olunmalıdır, əks təqdirdə...” - Sosioloqdan SOS
13:43, Bu gün
Yeni tikilən binada mənzil alarkən nələrə diqqət yetirmək lazımdır? - Vəkil məsləhəti
13:40, Bu gün
"Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq" -  Dubravka Cedoviç
13:34, Bu gün
"Baydenlə Starmerin danışıqları başa çatıb, nəticə nədən ibarətdir?" - BBC
13:28, Bu gün
“Qərb təkcə ABŞ-dan ibarət deyil” – VİDEO
13:24, Bu gün
"Formula 1": "Haas" pilotu Azərbaycan Qran-prisində qəza törətdi
13:20, Bu gün
Prezident Fatma Səttarovanın ailəsinə başsağlığı verdi
13:16, Bu gün
Bu ərazilərə leysan yağıb - FAKTİKİ HAVA
13:10, Bu gün
"Formula 1": "Alpin" pilotu Bakıda uğursuzluqla üzləşdi
13:04, Bu gün
Narin Güranın qətli ilə bağlı həbs edilənlərin sayı artdı
12:59, Bu gün
"Kamala Harris debatı uddu, lakin seçkinin  taleyi hələ qeyri-müəyyəndir...”
12:46, Bu gün
Universitetlər tələbələri belə aldadır - VACİB MƏLUMAT
12:39, Bu gün
18 yaşlı qadının bıçaqlanmasının yeni DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub
12:32, Bu gün
Blinken danışıqlardakı irəliləyişi alqışladı - ABŞ yazılı açıqlama yaydı
12:26, Bu gün
Azərbaycan tarixində mühüm gün - Bakının qurtuluşundan 106 il ötür
12:20, Bu gün
Nuru Paşaya həsr olunan, Türk Dünyasının himninə çevrilən məşhur mahnı haqda İLGİNC FAKTLAR  
12:19, Bu gün
Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib
12:16, Bu gün
KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub
12:12, Bu gün
Məktəbdə kağız pulu, fond pulu, təmir pulu yığılması - Hüquqi məsuliyyət YARADIR
12:06, Bu gün
“Bildik, pis oğlansan, aldadırsan, badalaq gəlirsən…” – Serial aktyoru
12:00, Bu gün
“Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır” - Kamaləddin Qafarov
11:55, Bu gün
Azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı - VİDEO
11:51, Bu gün
Qusarda motosiklet aşdı - Ölən var
11:48, Bu gün
“Qarabağ” “Səbail”i qəbul edəcək - Premyer Liqa
11:45, Bu gün
Bakıdan Sumqayıta gedənlərə XOŞ XƏBƏR 
11:43, Bu gün
İranın qırmızı xətti keçilir – “Başqa yol yoxdur”
11:40, Bu gün
Elnur Məmmədliyə yeni vəzifə verildi
11:35, Bu gün
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub - FOTO
11:30, Bu gün
“Formula 1” pilotlarının qazancı bu qədərdir - 205 milyon...
11:22, Bu gün
Maaş 165 min manatdır, amma işçi tapılmır
11:17, Bu gün
Azərbaycan nefti ucuzlaşıb
11:09, Bu gün
Azərbaycan da nağdsız ödənişə keçsə... - hazırlıqlar bitir?
11:00, Bu gün
Onları parlaq gələcək gözləyir: tezliklə həyatı dəyişəcək 5 BÜRC
10:54, Bu gün
“İndi Nəcməddin Sadıkov ortada yoxdur” - 20 milyonu necə bölüblər?
10:42, Bu gün
Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub
10:38, Bu gün
Bu məhsullar çay və ya qəhvə ilə qəbul edilməməlidir
10:29, Bu gün
Payızda gözlənilmədən varlanacaq BÜRCLƏR
10:20, Bu gün
"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının qarşısında acizdilər"- EKSPERT 
10:12, Bu gün
Meymunçiçəyi üçün ilk peyvənd təsdiqləndi: İlk kimlərə vurulacaq?
10:06, Bu gün
Fatma Səttarova vəfat etdi
09:59, Bu gün
VACİB XƏBƏRDARLIQ - Sentyabrın 18-dən marta qədər...
09:51, Bu gün
DYP hərəkət iştirakçılarına müraciət etdi
09:41, Bu gün
Paşinyanın xanımını "qadağan edilmiş şəhər"ə buraxdılar...-VİDEO
09:40, Bu gün
KOBSKA-nın komitə rəhbərləri ilə görüş keçirilib
09:33, Bu gün
İnternet qiymətləri ilə bağlı SON XƏBƏR - Hüquqi əsası yoxdur! 
09:31, Bu gün
Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB + FOTOLAR
09:28, Bu gün
Azərbaycanlılar ölkəyə pul göndərə bilmir – Səbəb
09:17, Bu gün
Formula-1 bu şəhərlərimizdə də keçirilə bilər - Rəsmi
GÜNLÜK
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
13 Sep 2024 | 20:24
"Mənim də atam səfir olsa, "Dünya gözəli" seçilərdim"
00:25, Bu gün
Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
13 Sep 2024 | 19:32
İranda ciddi problem yaranır - Maraqlı məlumatlar
13 Sep 2024 | 20:10
Toyda gəlinin sinəsinə pul qoydular - Bəy də izlədi - FOTOLAR
13 Sep 2024 | 19:54
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - VİDEO
13 Sep 2024 | 20:02
Maaş 165 min manatdır, amma işçi tapılmır
13 Sep 2024 | 20:55
Lalənin verilişinin aqibəti bəlli oldu
13 Sep 2024 | 22:23
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
AYLIQ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
13 Sep 2024 | 20:24
"Mənim də atam səfir olsa, "Dünya gözəli" seçilərdim"
00:25, Bu gün
Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
13 Sep 2024 | 19:32
İranda ciddi problem yaranır - Maraqlı məlumatlar
13 Sep 2024 | 20:10
Toyda gəlinin sinəsinə pul qoydular - Bəy də izlədi - FOTOLAR
13 Sep 2024 | 19:54
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - VİDEO
13 Sep 2024 | 20:02
Maaş 165 min manatdır, amma işçi tapılmır
13 Sep 2024 | 20:55
Lalənin verilişinin aqibəti bəlli oldu
13 Sep 2024 | 22:23
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar