Azərbaycanda kiçik bizneslər inkişaf etmək üçün TikTok-dan necə istifadə edir?
İqtisadiyyat
1823
12 Sep 2024 | 17:10

Azərbaycanda kiçik bizneslər inkişaf etmək üçün TikTok-dan necə istifadə edir?

TikTok-un yalnız əyləncə platforması olduğunu düşünənlər yanılırlar! Əslində, bu platforma sahibkarlara öz brendlərini tanıtmaq üçün mükəmməl imkanlar yaradır. TikTok, yaradıcılıq yanaşması sayəsində real həyatda mövcud olan bizneslərin rəqəmsal dünyada fərqlənməsinə kömək edən güclü bir vasitəyə çevrilib.
 
TikTok-da bizneslər brend hesabı yaradaraq əyləncəli və orqanik məzmunla platformanın icmasının sevgisini qazanmaq üçün bütün imkanlara malikdirlər. Bu, mesajların doğru şəkildə çatdırılmasına, söhbətlərin təşviqinə və məhsul təklifinin nümayişinə kömək edir.
 
Bunun üçün böyük büdcə və ya peşəkar avadanlıq tələb olunmur. Əgər smartfonunuz, bir qədər yaradıcılığınız və trendlər, eləcə də innovativ yanaşmalarla təcrübə aparmaq arzunuz varsa, platformada brendinizin fərdi səsini tapmaq yolundasınız.
 
Bu məqalədə TikTok-dan istifadə edərək inkişaf edən və öz hədəflərinə çatmağa çalışan Azərbaycanın dörd uğurlu kiçik və orta biznesi ilə tanış olacaqsınız.
 
 
Bu hesab Bakıda məşhur aksesuar mağazasına məxsusdur və TikTok-da böyük uğur qazanıb: 13.7K izləyicisi var və bəzi videoları 1 milyondan çox baxış əldə edib. Mağaza əsasən qadınlara müxtəlif zərif və orijinal bəzək əşyaları, çantalar, şarflar və digər aksesuarlar təqdim edir. Paylaşılan videoların populyarlığı sayəsində bəzi məhsullar dərhal satılır, bəzi aksesuarlar isə hətta satış rekordu qırır. Nəticədə mağaza bu günlərdə yeni – 2-ci filialını da müştərilərinin ixtiyarına verib. Bu hesabın hekayəsi, biznes sahibləri üçün necə geniş auditoriyaya çatmağın canlı nümunəsidir. 
 
 
Şamlar sadəcə romantik və sakitləşdirici atmosfer yaratmır, həm də özünüz və ya sevdikləriniz üçün mükəmməl hədiyyə seçimidir. sham_decora hesabı da məhz bu sahədə uğur qazanıb. Bu hesabda müxtəlif fiqurlarda, rənglərdə, ətirli və ətirsiz 100% təbii şamlar satışa çıxarılır. Üstəlik, hər müştəriyə fərdi yanaşma təqdim edərək xüsusi şamlar hazırlayırlar. Onların ən çox baxılan videosu yarım milyona yaxın izlənmə toplayıb və bu video, şamların hazırlanması prosesini detallı şəkildə göstərdiyi üçün çox sevilir.
 
 
Orijinal və eksklüziv hədiyyələr hazırlayan Luxury Box Azerbaijan müştərilərinə premium  hədiyyələr təqdim edir. TikTok hesabında 2,3 milyon baxış toplayan bu video romantik mövzulu “Milyon al qızılgül” mahnısını xatırladır. Sevgililər Gününə özəl hazırlanan bu qeyri-adi hədiyyə izləyicilər arasında böyük marağa səbəb olub. Hesabın ən yüksək baxış alan videolarından birində isə saxsı qabı sındıraraq ondan möhtəşəm hədiyyənin hazırlanması ilə bağlıdır. Bu hesab, yaradıcı məzmunun bizneslərə necə viral uğur qazandıra biləcəyini göstərir.
 
 
TikTok-da yaradıcı işlərə yer verən və ilham dolu videolar paylaşan Funcpage hesabı, hər xanımın izləməkdən zövq alacağı bir səhifədir. Burada əl işləri, aksessuarlar və digər əşyalar sifarişlə hazırlanır. 71,8K izlənmə sayı alan bir videoda yaradıcı sadə bir gips və qabdan necə şamdan hazırladığını addım-addım göstərir. Həmçinin, hesabın toxunma çantaları olduqca məşhurdur və bu çantalarla bağlı video 422,5K baxış toplayıb.
 
Rəqəmsal platformaların, o cümlədən TikTok-un gücündən istifadə edərək kiçik və orta bizneslər (KOB) ənənəvi coğrafi sərhədlərdən kənara çıxa, sərhədlərarası istehlakçılarla əlaqə qura bilərlər. Maraqlı məzmun paylaşmaq, izləyicilərlə əlaqə qurmaq və şirkətin məhsul və xidmətlərini nümayiş etdirmək kiçik bizneslərin brend kimi tanınmasının inkişafına və daha geniş auditoriyada etibar qazanmağa kömək edə bilər. Odur ki, rəqəmsal platformalar KOB-lar üçün müştəri bazasını genişləndirmək və hətta satışlarını artırmaq üçün çox mühim bir vasitədir. 
 
Link kopyalandı!
Son xəbərlər