Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafı davam edir
İqtisadiyyat
Oxunub: 250
12:43, Bu gün
Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafı davam edir
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
 
İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.
 
Moderator.az xəbər verir ki, AZƏRTAC Azərbaycan-İtaliya əlaqələrinə qısa nəzər salıb.
 
Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
 
Siyasi münasibətlər
 
Tarixə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya prezidenti, baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ulu öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.
 
Ümumiyyətlə, ölkələrarası münasibətlərdə qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.
 
İqtisadiyyat və energetika
 
Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
 
İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub.
 
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.
 
2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 5,6 milyon ABŞ dolları olub.
 
İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.
 
Ötən il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: "Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir".
 
Bu ilin mayında İtaliya Senatında təşkil olunan "Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli oldu.
 
Humanitar əlaqələr
 
Humanitar sahələrində əlaqələrə gəldikdə, deməliyik ki, mədəniyyət sahəsində iki ölkə arasında münasibətlər də uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir.
 
2020-ci ildə İtaliyada "Azərbaycan Mədəniyyət İli" elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir.
 
Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür.
 
İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək.
 
Beləliklə, qədim tarixə malik olan Azərbaycan-İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Əlbəttə, Azərbaycan-İtaliya mədəni əlaqələri bunlarla yekunlaşmır. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır.
 
Bir sözlə, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.
 
 
 
Oxşar xəbərlər
15:15, Bu gün
"Pəhrizə başlayandan kökəlmişəm"
15:10, Bu gün
Reanimasiyaya yerləşdirilən məşhur meyxanaçının son durumu AÇIQLANDI
15:05, Bu gün
Bakıda yaşayış binasının damı uçdu - VİDEO
14:59, Bu gün
Yadplanetlilərin yaşaya biləcəyi yer – MARAQLI KƏŞF
14:55, Bu gün
Maşından həmkəndlisinin üstünə tüpürdü - Həbs edildi
14:49, Bu gün
Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."
14:43, Bu gün
150 balla tələbə qəbulu edirlər: Format dəyişməlidir...
14:36, Bu gün
Rusiya Lvovun mərkəzinə zərbə endirib, çoxsaylı qurbanlar var
14:36, Bu gün
“Biz Qərbi Azərbaycan məsələsində də tarixi ədaləti bərpa etməliyik”
14:31, Bu gün
Əri Rusiyada olan qadını qayınları iş yoldaşı ilə tutdular: "Təzəcə..." – ŞOK TƏFƏRRÜAT
14:26, Bu gün
Yasamalın bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
14:20, Bu gün
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
14:15, Bu gün
Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO
14:09, Bu gün
Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi həlak olub
14:03, Bu gün
Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"
13:57, Bu gün
BDU-nun dosentinə qarşı DƏLƏDUZLUQ: “Uca İnşaat” MMC müəllimin 9 000 manatını MƏNİMSƏDİ – FOTOFAKT
13:54, Bu gün
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
13:50, Bu gün
Renkanın səhhəti pisləşdi - FOTO
13:44, Bu gün
Bazarda qiymətlərə belə nəzarət ediləcək - Yeni qaydalar
13:38, Bu gün
"Putin öz niyyətindən heç vaxt əl çəkməyəcək" - "Foreign Policy"
13:32, Bu gün
Kazanda keçiriləcək BRİСS sammitində Ermənistan da iştirak edəcək
13:27, Bu gün
Nigar Camal yaşlı kişilərlə nərd oynadı - VİDEO
13:21, Bu gün
Azərbaycan - İsveç matçına satılan biletlərin sayı açıqlandı
13:15, Bu gün
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO
13:10, Bu gün
Azərbaycanda hansı dəmiryol dayanacaqlarından ödənişsiz istifadə etmək mümkündür? - FOTO
13:04, Bu gün
Bakıda qız oğlana 30 minlik maşın hədiyyə etdi - VİDEO
13:01, Bu gün
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
13:00, Bu gün
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
12:55, Bu gün
Ailə qura bilməyən qadın falçıya müraciət etdi, evindən 4 "cadu" tapıldı
12:54, Bu gün
“Onları sobaya atıb yandırmaq istəyirəm”
12:50, Bu gün
UEFA Çempionlar Liqası: "Neftçi" "Sankt-Pölten"lə üz-üzə
12:48, Bu gün
Bəraət almış Füzuli Adıgözəlov yenidən həbs edildi
12:43, Bu gün
Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafı davam edir
12:41, Bu gün
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
12:36, Bu gün
Sabah 34 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
"Qurbanla dostam, "Xəzər-Lənkəran" azarkeşiydim, Neftçi"dən uzaqlaşmağım..."
12:25, Bu gün
Apteklərdə yoxlamalar: Nöqsanlar aşkarlandı
12:19, Bu gün
Sentyabrın 4-dən 4 bürc ciddi çətinliklərlə üzləşəcək
12:13, Bu gün
Jurnalistin evindən oğurluq edənlər saxlanıldı
12:08, Bu gün
Bakıda parkdan körpə dölü tapıldı
12:03, Bu gün
"Qarabağ" bu transferə görün nə qədər XƏRCLƏDİ
12:02, Bu gün
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək
11:58, Bu gün
Azərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi - FOTO
11:53, Bu gün
Yaxında boşanacaq bürclər - Onları ayrılıq gözləyir
11:50, Bu gün
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
11:50, Bu gün
Mürsəl İbrahimov Sabunçuya rəis TƏYİN ETDİ
11:42, Bu gün
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ
11:38, Bu gün
Paris-2024: Azərbaycan təmsilçisi məğlub olub
11:35, Bu gün
Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq
11:30, Bu gün
Əhalinin avtobus dərdi: ictimai nəqliyyat problemi AYNA-dan niyə görünmür? - VİDEO
11:25, Bu gün
FHN metroda təlim keçirilib
11:14, Bu gün
Havada tozun miqdarı azalıb
11:11, Bu gün
Azərbaycanda 15 nəfər suda boğularaq ÖLÜB - RƏSMİ
11:03, Bu gün
“İstisu” mineral su zavodu ən müasir standartlara uyğun inşa edilib
11:02, Bu gün
Avtomobilindən küçəyə zibil atan 109 nəfər cərimələnib
10:55, Bu gün
İsrailin milli təhlükəsizlik naziri ölkəsini Qəzza ilə bağlı danışıqları dayandırmağa çağırıb
10:53, Bu gün
Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
10:51, Bu gün
Dünya çempionu karyerasının ən pis məşqçisinin adını açıqlayıb
10:40, Bu gün
Türkiyədə "Narkoçelik-37" əməliyyatı nəticəsində 227 şübhəli saxlanılıb
10:30, Bu gün
Manukyan HƏRƏKƏTƏ KEÇDİ - Qarabağdan əl çəkməyəcəyik!
10:26, Bu gün
Binəqədinin qaz təchizatında fasilə yaranacaq
10:14, Bu gün
Rusiyada Ukrayna XİN-in nümayəndəsinin başına mükafat ayırdılar: Bu sözlərinə görə
10:01, Bu gün
SON DƏQİQƏ! Dmitri Kuleba istefa verdi
09:57, Bu gün
"Bu Beynəlxalq Cinayət Məhkəməsi əməlli-başlı məzhəkədir" - "Le Fiqaro"
09:50, Bu gün
Azərbaycan nefti 4 %-ə yaxın ucuzlaşıb
09:46, Bu gün
Ermənistan prezidentinin xanımı özünü reklam etməyi xoşlamır...-Bəs birinci xanım kimdir?..
09:45, Bu gün
Rusiya ilə Çin arasında dəmir yolu körpüsü inşa ediləcək
09:38, Bu gün
"Qarabağ ermənilərinin geri qayıtması 3 halda mümkündür..." - ERMƏNİ DÜSTURU
09:26, Bu gün
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ! Sentyabrın 5-dən 21-dək...
09:16, Bu gün
Peskov: Putin G20 sammitində iştirakla bağlı hələ qərar verməyib
09:06, Bu gün
Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
08:49, Bu gün
Dalaşan deputatın yerinə O SEÇİLDİ
08:35, Bu gün
Parisdə qızıl medal qazanan parataekvondoçu qalibiyyətini şəhid ailələrinə həsr edib
07:30, Bu gün
“Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…”
06:57, Bu gün
"Çin Tayvanı işğal etməyə hazır deyil, lakin Rusiyaya soxula bilər..." - "Telegraph"
03 Sep 2024 | 23:58
Rusiya XİN: Qərbə bağlı beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi qərəzlidir
03 Sep 2024 | 23:57
Metyu Miller: ABŞ Qəzzada atəşkəslə bağlı Dohada keçirilən məsləhətləşmələri konstruktiv hesab edir
03 Sep 2024 | 23:56
Paris-2024: Lamiyə Vəliyeva paralimpiya çempionu olub
03 Sep 2024 | 23:34
BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb
03 Sep 2024 | 23:27
“Deyirdi ki, anamın iyini səndən alıram”- Fədayə Laçın övladlığa uşaq götürüb?-AÇIQLAMA+ÖZƏL
03 Sep 2024 | 23:04
Vüqar Rəhimzadə: "Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir"
03 Sep 2024 | 23:00
Səhər bir stəkan su içməyin 5 səbəbi
03 Sep 2024 | 22:52
Bakıda dəhşət: Motosikleti vurub, avtobusun altına saldı - VİDEO
03 Sep 2024 | 22:45
Norveç Ukrayna üçün HHM sistemləri və PUA alınmasına 50 milyon avro ayırıb
03 Sep 2024 | 22:41
"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."
03 Sep 2024 | 22:38
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
03 Sep 2024 | 22:36
Dünyamızın YENİ BÖYÜK PROBLEMİ: hər dörd nəfərdən biri UNO-ları görüb
03 Sep 2024 | 22:35
Lamiyə REKORD qıraraq olimpiya çempionu oldu - FOTO/VİDEO
03 Sep 2024 | 22:30
Putinin Monqolustanda belə qarşılanması... - Kreml
03 Sep 2024 | 22:24
“Bu insanlarda xərçəng yarada bilər, çünki...”-Bakıda müşahidə edilən tozla bağlı TÜKÜRPƏDİCİ açıqlama-ÖZƏL
03 Sep 2024 | 22:20
SON DƏQİQƏ - Bu ölkədə müxalifət liderini ÖLDÜRMƏK İSTƏDİLƏR
03 Sep 2024 | 22:17
"Müsəlman ölkələrinin resursları NATO-ya analoji olan hərbi qüvvə yaradılmasına kifayət edir..."
03 Sep 2024 | 22:13
"İsrail blokada olunmalı və vahid İslam Ordusu yaradılmalıdır"- "Yeni Şafak"
03 Sep 2024 | 22:05
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
03 Sep 2024 | 21:58
Borrellin "resepti" AB ilə Rusiyanı toqquşduracaq - Zaxarova
03 Sep 2024 | 21:51
Yoqurt ürək xəstəliyinə səbəb ola bilər
03 Sep 2024 | 21:44
Yatdığınız çarpayının tərəfi sizin ŞƏXSİYYƏTİNİZDƏN XƏBƏR VERİR
03 Sep 2024 | 21:40
Qərb Gürcüstanda təxribata hazırlaşır
03 Sep 2024 | 21:39
ABŞ yaxın vaxtlarda Ukraynaya “JASSMs” raketlərinin tədarükünü elan edə bilər
03 Sep 2024 | 21:37
"İİV-ə müayinə olaq, sağlam olaq" layihəsi həyata keçirilib
GÜNLÜK
03 Sep 2024 | 16:30
Türk generaldan Ermənistana sərt xəbərdarlıq: "Qarşılığı çox ağır olacaq!"
03 Sep 2024 | 22:41
"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."
03 Sep 2024 | 15:43
Evlərini bu cür kirayə verənlərin nəzərinə - CƏRİMƏLƏNƏCƏKSİNİZ
03 Sep 2024 | 19:59
İcma: Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik
03 Sep 2024 | 18:58
Onun evində 600 nəfər işləyir - Asiyanın ən varlı adamı
03 Sep 2024 | 18:42
Polad Həşimovun həyat yoldaşına yüksək VƏZİFƏ VERİLDİ
03 Sep 2024 | 16:59
“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”
03 Sep 2024 | 15:49
Elə bir müsibət yoxdur ki, sizin başınıza gəlməmiş, o, bir kitabda yazılmamış olsun – Paşa Yaqub yazır 
03 Sep 2024 | 15:24
Netanyahu "Filadelfiya dəhlizi" haqqında bəyanatla çıxış edib
03 Sep 2024 | 15:30
İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
AYLIQ
03 Sep 2024 | 16:30
Türk generaldan Ermənistana sərt xəbərdarlıq: "Qarşılığı çox ağır olacaq!"
03 Sep 2024 | 22:41
"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."
03 Sep 2024 | 15:43
Evlərini bu cür kirayə verənlərin nəzərinə - CƏRİMƏLƏNƏCƏKSİNİZ
03 Sep 2024 | 19:59
İcma: Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik
03 Sep 2024 | 18:58
Onun evində 600 nəfər işləyir - Asiyanın ən varlı adamı
03 Sep 2024 | 18:42
Polad Həşimovun həyat yoldaşına yüksək VƏZİFƏ VERİLDİ
03 Sep 2024 | 16:59
“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”
03 Sep 2024 | 15:49
Elə bir müsibət yoxdur ki, sizin başınıza gəlməmiş, o, bir kitabda yazılmamış olsun – Paşa Yaqub yazır 
03 Sep 2024 | 15:24
Netanyahu "Filadelfiya dəhlizi" haqqında bəyanatla çıxış edib
03 Sep 2024 | 15:30
İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO